157. Konstitusiyanı və qanunları pozan birliklərin
fəaliyyətinə hansı qaydada xitam verilə bilər?
- Yalnız məhkəmə qaydasında.
158. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu
maddəsində azad sahibkarlıq hüququ necə müəyyən
olunub?
- Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz
imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə
edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi
fəaliyyət növü ilə məşğul ola bilər.
Dostları ilə paylaş: |