208. Azərbaycan Respublikası Milli Məclisinin deputatlı-
ğından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni
seçılən deputatın səlahiyyət müddəti hansı müddətlə
məhdudlaşır?
- Deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə
məhdudlaşır.
209. Azərbaycan Respublikası Milli Məclisinin deputat-
lığına namizədlərə aid tələblər hansılardır?
- Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər
bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
210. Azərbaycan Respublikası Milli Məclisinə kimlər
deputat seçilə bilməzlər?
- İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi
olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq
edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla,
başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri,
fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən,
ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə
yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli
Məclisinə deputat seçilə bilməzlər.
Dostları ilə paylaş: |