Microsoft Word 555 az lat la son varian doc


maddəsində Azərbaycan Respublikası Prezidentinin neçə



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə86/172
tarix29.12.2021
ölçüsü0,51 Mb.
#48914
1   ...   82   83   84   85   86   87   88   89   ...   172
kanstitusiya qeyd

maddəsində Azərbaycan Respublikası Prezidentinin neçə 

səlahiyyəti müəyyən olunmuşdur? 

- 32 səlahiyyəti. 



279. Azərbaycan Respublikası Prezidentinin hansı 

səlahiyyətləri vardır? 

- Azərbaycan Respublikasının Prezidenti: 

1) Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri 

təyin edir; 

2) Azərbaycan Respublikasının dövlət büdcəsini Azərbaycan 

Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir; 




 

47

3) dövlət iqtisadi və sosial proqramlarını təsdiq edir; 



4) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə 

Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə  təyin edir; 

Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir; 

5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərini 

vəzifəyə  təyin və  vəzifədən azad edir; zəruri hallarda 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına 

sədrlik edir; 

6) Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası 

haqqında qərar qəbul edir; 

7) Azərbaycan Respublikasının dövlət büdcəsində icra 

hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi 

və yerli icra hakimiyyəti orqanları yaradır; 

8) Azərbaycan Respublikası Nazirlər Kabinetinin və 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və 

sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 

aktlarını ləğv edir; 

9) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, 

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan 

Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə 

təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli 

Məclisinə  təqdimatlar verir; Azərbaycan Respublikasının digər 

məhkəmələrinin hakimlərini vəzifəyə  təyin edir; Azərbaycan 

Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası 

Milli Məclisinin razılığı ilə  vəzifəyə  təyin və  vəzifədən azad 

edir; 

10) Azərbaycan Respublikası Milli Bankı  İdarə Heyəti 



üzvlərinin vəzifəyə  təyin və  vəzifədən azad edilməsi barədə 

Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir; 

11) Azərbaycan Respublikasının hərbi doktrinasını 

Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir; 

12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali 

komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir; 




 

48

13) Azərbaycan Respublikası Prezidentinin İcra Aparatını 



təşkil edir və onun rəhbərini təyin edir; 

14) Azərbaycan Respublikasının insan hüquqları üzrə 

müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli 

Məclisinə təqdimat verir; 

15) Azərbaycan Respublikasının xarici ölkələrdə  və 

beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis 

edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinə 

təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə  və 

beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir 

və geri çağırır; 

16) xarici dövlətlərin diplomatik nümayəndələrinin 

etimadnamə və övdətnamələrini qəbul edir; 

17) dövlətlərarası 

və hökumətlərarası beynəlxalq 

müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri 

təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli 

Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır; 

18) referendum təyin edir; 

19) qanunları imzalayır və dərc edir; 

20) vətəndaşlıq məsələlərini həll edir

21) siyasi sığınacaq verilməsi məsələlərini həll edir; 

22) əfv edir; 

23) dövlət təltifləri ilə təltif edir; 

24) ali hərbi və ali xüsusi rütbələr verir; 

25) ümumi və qismən səfərbərlik elan edir, habelə 

səfərbərlik üzrə çağırılanları tərxis edir; 

26) Azərbaycan Respublikası  vətəndaşlarının müddətli 

həqiqi hərbi xidmətə çağırılması  və müddətli həqiqi hərbi 

xidmətdə olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə 

qərarlar qəbul edir; 

27) Azərbaycan Respublikasının Təhlükəsizlik  Şurasını 

yaradır; 

28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı 

ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq 




 

49

verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə 



təqdimat verir; 

29) fövqəladə və hərbi vəziyyət elan edir

30) Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə 

müharibə elan edir və sülh bağlayır; 

31) Azərbaycan Respublikasının dövlət büdcəsində bu 

məqsədlər üçün nəzərdə tutulmuş  xərclər çərçivəsində xüsusi 

mühafizə xidmətləri yaradır; 

32) Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli 

Məclisinin və  məhkəmə orqanlarının səlahiyyətlərinə aid 

edilməyən digər məsələləri icra qaydasında həll edir.  




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin