kənarlaşdırılması haqqında qərar nə qədər müddət ərzində
qəbul olunmalıdır?
- Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli
Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul
olunmalıdır. Bu müddətdə göstərilən qərar qəbul edilməsə,
Azərbaycan Respublikasının Prezidentinə qarşı irəli sürülmüş
ittiham rədd edilmiş sayılır.
277. Azərbaycan Respublikası Konstitusiyasının 108-ci
maddəsində Azərbaycan Respublikası Prezidentinin təmina-
tı haqqında nə deyilir?
- Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi
dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası
Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə
xidmətləri təmin edir.
278. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
Dostları ilə paylaş: |