Vərəm limfadenitinin diaqnostikasına dair tövsiyələr
Bütün hallarda minimum müayinə metodlarından əlavə zərurət
yarandıqda aşağıdakı müayinələr aparılmalıdır:
böyümüş limfa düyünlərindən punksiya biopsiyası nəticəsində
alınmış materialın sitoloji müayinəsi (ACKV hallarda
epitelioid hüceyrələri, çoxnüvəli giqant Piroqov-Lanqhans
hüceyrələri, kazeoz kütlələri, histiositlər aşkar olunur)
limfa düyünün toxumasının histoloji müayinəsi (kazeoz
qranulyomalar aşkar edilə bilər)
VMB-ni aşkar etmək məqsədi ilə sentrifuqalaşma və
lüminessent rəngləməyə üstünlük verməklə aspirasiya
materialının mikroskopiyası
VMB-ni aşkarlamaq və onların dərmanlara həssaslığını təyin
etmək məqsədi ilə aspirasiya materialını əkmə üsulu ilə
müayinəsi
yuxarıda göstərilən üsullarla müayinə mənfi nəticə verərsə,
aparılan müayinələrin həssaslığını artırmaq məqsədi ilə
müayinənin PZR əsasında molekulyar üsulları tətbiq
edilməlidir
Zədələnmiş nahiyənin KT və MRT müayinəsinə üstünlük verilir
NİAB vasitəsi ilə alınmış aspirasiya materialının VMB-nin
aşkarlanması üçün bakterioskopik və əkmə üsulu ilə müayinəsi
NİAB-nin nəticəsi mənfi olduqda böyümüş limfa düyünlərinin
ekssiziya biopsiyası aparılmalıdır
Dostları ilə paylaş: |