18
Vərəm limfadenitinin müalicəsinə dair tövsiyələr
Fəsadlaşmamış vərəm limfadenitinin
müalicəsi üçün ACKV-nin
adi formalarında istifadə olunan 2HREZ/4HRE (A)
80
müalicə
rejimi (
Cədvəl 3) tövsiyə olunur
(A)
80
Fəsadlaşmış vərəm limfadenitinin (bir neçə qrup limfa
düyünlərinin vərəm prosesinə cəlb olunması, fistulaların əmələ
gəlməsi, assitlə fəsadlaşmış mezadenitlər) müalicəsində 8 aylıq
müalicə rejimi: 2SHREZ/1HREZ/5HRE tövsiyə olunur (A)
80
VMB-nin dərmanlara davamlılığı aşkar olunduğu halda müvafiq
müalicə rejimi təyin olunur (
Cədvəl 3)
Vərəm limfadeniti ilə yanaşı İİV infeksiyası müşahidə olunduğu
hallarda antiretrovirus preparatları ilə müalicə vərəm əleyhinə
müalicə başlanıldıqdan 0,5-2 ay sonra təyin edilməlidir (A)
80`
Müvəffəqiyyətli müalicə fonunda böyümüş limfa vəzilərinin
ölçüsünün böyüməsi və ya yeni hiperplaziyalaşmış limfa vəziləri
müşahidə oluna bilər, bu müvəqqəti xarakter daşıyaraq ölmüş VMB-yə
qarşı orqanizmin verdiyi immun cavabı ilə əlaqədardır
26
. Belə
reaksiyalar immunitetin bərpasının iltihab sindromunun (İBİS)
formalaşması ilə əlaqədar olaraq İİV-ə yoluxmuş vərəmli xəstələrin
antiretrovirus preparatları ilə müalicəsi zamanı da müşahidə oluna
bilər.
Vərəm plevriti
Vərəm plevriti vərəmli xəstələrin 5%-də təsadüf edilir. Bu klinik
forma vərəmin həm birincili, həm də ikincili formalarında, eləcə də
miliar vərəm zamanı müşahidə edilir. Adətən, xəstəlik kəskin
gedişatlı olur, öskürək, plevral ağrılar, hərarət və təngnəfəslik ilə
müşayiət olunur. Rentgenoloji olaraq plevra boşluğunda birtərəfli,
müxtəlif səviyyəli maye aşkar edilir. Eyni zamanda ağciyərlərdə
infiltrativ dəyişikliklər və kavernalar müşahidə edilə bilər. Birincili
vərəm olan xəstələrdə döş qəfəsidaxili limfa vəzilərinin böyüməsi də
aşkar olunur. Əksər hallarda plevral vərəqələrin 1 sm-dən artıq
qalınlaşması müşahidə olunur. Xəstəliyin başlamasından 2 həftə
sonra plevral ekssudat limfositar xarakterli olur (90% hallarda
limfositlər ümumi leykositlərin 50%-dən artığını təşkil edir)
18
.
Plevral ekssudatda qlükozanın miqdarı, adətən, normadan aşağı, pH
isə turş reaksiyalı olur. Plevranın empiyemasından fərqli olaraq
Klinik
protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
vərəm plevritinin adi formalarında VMB-ni mikroskopik
müayinələrdə yalnız 5% hallarda, əkmə üsulu ilə isə 40%-dən artıq
olmayan hallarda aşkarlamaq mümkün olur. Kazeoz qranulyomaları
aşkarlamaq məqsədi ilə plevranın biopsiyası, turşuya davamlı
bakteriyaların rənglənməsi və VMB-nin əkmə üsulu ilə aşkarlanması
metodlarının kombinasiyasından ibarət müayinə 90% hallarda
müsbət nəticə verir. Tuberkulin sınaqları xəstələrin yalnız
2
/
3
hissəsində müsbət nəticə verir.
Limfositar mayedə
adenozindeaminazanın (ADA) səviyyəsinin artması (ADA >40 U/L
olduqda) və eləcə də İFN-γ səviyyəsinin artması yüksək diaqnostik
əhəmiyyət kəsb edir (A)
26
.
Dostları ilə paylaş: