Vərəm xəstələrinin müalicəsinin nəticələrinin
proqnozlaşdırılması
Vərəm xəstələrinin müalicəsinin nəticələrinin proqnozlaşdırıl-
ması müalicə planının vacib mərhələsidir. Nəticələrin
proqnozlaşdırılması, xüsusilə VMB-nin ÇDD/GDD müşahidə
edildiyi zaman böyük əhəmiyyət kəsb edir, çünki belə xəstələrin
müalicəsi zamanı bütün ehtiyat dərman vasitələri istifadə edilmiş
olur. Belə hallarda yeganə ehtiyat müalicə yolu cərrahi müdaxilədir.
Lakin cərrahi müdaxilənin təhlükəsiz tətbiqi yalnız nəticənin əsaslı
proqnozlaşdırılması əsasında mümkündür.
Müalicə nəticələrinin proqnozlaşdırılması kimyəvi terapiyaya
başlamazdan əvvəl aparılır. Kimyəvi preparatlarla müalicədə
uğursuzluq ehtimalı yüksək olan hallarda cərrahi müdaxilə
planlaşdırılır. Cərrahi müdaxilə dərmanla müalicədən maksimal
effekt əldə edilən dövrdə həyata keçirilir.
Müalicə nəticələrinin proqnozlaşdırılmasında 2 yanaşma
mümkündür. Birinci yanaşma vərəmin müalicəsi ilə uzun illər
məşğul olan həkim-mütəxəssislərin empirik təcrübəsindən istifadə
olunmasına əsaslanır. Bu yanaşma üsulu ilə proqnoz kollektiv surətdə
açıq müzakirə vasitəsi ilə müəyyən edilir.
İkinci yanaşma müalicə uğursuzluqlarına dair risk amillərinin
statistik qiymətləndirilməsinə əsaslanır. Bu üsul müxtəlif risk
amillərini qiymətləndirməyə və mütəxəssislərin fikirlərində olan
təzad və ziddiyyətləri istisna etməyə imkan verir. Bununla belə,
müalicə nəticələrinə təsir edən bütün risk amillərinin nəzərə
alınmasının mümkünsüz olduğunu, xəstəliyin gedişi
xüsusiyyətlərinin dəyişkən olmasını və digər amillərin qarşılıqlı
təsirlərinin tam öyrənilmədiyini nəzərə alaraq, belə yanaşmada da
çatışmazlıqlar mümkündür.
Buna görə proqnozun verilməsi zamanı hər iki üsuldan istifadə
edilməlidir: həm həkimlərin kollektiv empirik təcrübəsindən, həm də
müalicə nəticələrinin proqnozlaşdırılması üçün riyazi təhlildən.
Cərrahi müdaxilə üçün göstərişlərin müəyyən edilməsində əsas
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
10
məsələ hər iki proqnozlaşdırma üsulundan istifadə edərək
əsaslandırılmış ortaq qərara gəlməkdir.
Dostları ilə paylaş: |