12
bəlğəmin konversiyası əldə olunduqdan sonra 4 aya qədər davam
etdirilməlidir.
Cərrahi müdaxilə həyata keçirildikdən sonra vərəm xəstələrinin
kimyəvi terapiyasının standart müddətlərinə riayət etməyə imkan
olmadığı hallarda dərmanlarla müalicənin müddəti aşağıdakı
kimi olmalıdır:
vərəm əleyhinə dərmanlara mikobakteriyaların həssaslığı
saxlanıldığı halda (VMB DH) – 6 ay
mono- və ya polirezistent VMB-li xəstələrdə – 9 ay
ÇDD/GDD xəstələrdə – 12 ay
İnyeksiya şəklində olan dərman vasitələri ilə müalicə müddəti:
VMB-nin vərəm əleyhinə dərmanlara həssaslığı saxlanıldığı
halda əməliyyatdan sonra – 2 ay
mono- və ya polirezistent VMB-li xəstələrdə əməliyyatdan
sonra – 3 ay
ÇDD/GDD xəstələrdə əməliyyatdan sonra – 4 ay
Dostları ilə paylaş: