Uğursuz nəticələri səciyyələndirən risk amilləri
Xəstə barədə məlumat toplayarkən həkim ÇDD VMB-li
xəstələrdə uğursuz müalicə ehtimalını əks etdirən risk amilləri barədə
məlumatları toplayıb sənədləşdirməlidir. Ehtimal olunan risk amilləri
aşağıda göstərilir:
vərəm xəstəliyinin müddəti (bir il və daha çox) (C)
7,15
ağciyərlərdə vərəmin yayılma sahəsi (bir pay/bir paydan çox) (C)
10
ağciyərlərin zədələnməsi zamanı dağılma boşluğunun ümumi
diametri >10 sm olduqda (C)
1,13,15
ağciyərlərdə fibroz dəyişikliklərin həcmi (bir pay/bir paydan çox) (C)
3,10
müalicədən əvvəl bakteriya ifrazının həcmi (mikroskopiya+,
əkmə+/mikroskopiya–, əkmə+) (A)
15
müalicə fonunda bakteriya ifrazının azalma sürətinin aşağı
olması: (müalicənin başlanmasından 2 ay sonra bakteriya
ifrazının kəsilməməsi (hə/yox) (C)
14
müalicənin ilkin mərhələsində 2-ci sıra vərəm əleyhinə
dərmanların istifadəsi (istifadə edilmişdir/edilməmişdir) (B)
15
vərəm əleyhinə dərmanlara davamlılıq səviyyəsi (ÇDDV/ÇDDV
+ 2-ci sıra dərmanlara davamlılıq/GDDV) (A)
5,15
əvvəlki mərhələlərdə müalicə rejiminə riayət olunması
(variantlar: müalicənin kəsilməsi və ya dərman dozalarının
20%-dən çoxunun qəbul edilməməsi/müalicənin kəsilməməsi və
ya dərman dozalarının 20%-dən az qəbul edilməməsi) (C)
8
yanaşı xəstəliklərin olması: şəkərli diabet, ACXOX, İİV
(variantlar: vardır/yoxdur)
bədən kütləsi indeksinin aşağı olması (normadan 20% aşağı
/qalan hamısı) (A)
15
alkoqolizmin olması (hə/yox) (A)
15
narkomaniyanın olması (hə/yox) (C)
7
kişi cinsi (A)
15
Hər bir risk amili əsaslı şəkildə qiymətləndirildikdən sonra
həkimlər konsiliumu ilkin proqnozu tərtib edə bilər və əməliyyata
əks-göstəriş olmadığı təqdirdə xəstənin müalicə proqramına cərrahi
müdaxiləni daxil edə bilər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|