Microsoft Word 87 Agciyer vereminin cerrahi mudaxileler 3


Cərrahi müalicəyə göstərişləri olan xəstələrdə ağciyərin və



Yüklə 259,35 Kb.
səhifə20/26
tarix28.12.2021
ölçüsü259,35 Kb.
#12808
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
Cərrahi müalicəyə göstərişləri olan xəstələrdə ağciyərin və 

ürəyin funksional vəziyyətinin qiymətləndirilməsi 

Dünyada cərrahi klinikaların, o cümlədən vərəm xəstələri 

üzərində  cərrahi  əməliyyatlar aparılan klinikaların  əksəriyyəti öz 

təcrübələrində Britaniya torakal cəmiyyətinin ağciyərlərdə

 

əməliyyat 



olunacaq kontingentin seçilməsi üzrə tövsiyələrindən

4

 (2001) və ya 



onların sonrakı modifikasiyalarından

2

 istifadə edir. Qeyd etmək 



lazımdır ki, bu tövsiyələr  ağciyər xərçəngi olan xəstələr üzərində 

aparılan tədqiqatlar əsasında hazırlanmışdır.  

Cərrahi müdaxilə üçün xəstələrin seçilməsi zamanı aşağıdakı əsas 

funksional müayinələrdən istifadə edilir: 

 

Spiroqrafiya 



 

Ağciyərlərin diffuz qabiliyyətinin müayinəsi (transfer faktoru – 



TL

CO



 

Qanda qazların müayinəsi 



 

Ağciyərlərin kəmiyyət radioizotop skanlaşdırılması 



 

Ventilyasiya-perfuziya nisbətinin tədqiqi 



Əgər lobektomiya planlaşdırılan xəstədə spiroqrafiyanın 

nəticələri GNVH

(gücləndirilmiş  nəfəs vermənin 1 saniyə  ərzində 



olan həcmi) bronxodilatatorlarla sınaqdan sonra 1500 ml-dən və 

pnevmonektomiya planlaşdırılan xəstədə 2000 ml-dən çoxdursa,

 

əməliyyatdan sonrakı dövrdə  tənəffüs çatışmazlığının  əmələgəlmə 



riski minimaldır və  əlavə müayinələrin aparılması  tələb olunmur. 

Əməliyyatdan sonrakı dövrdə nəfəs çatışmazlığının əmələ gəlməsini 

yarada biləcək interstisial xəstəliklərin və digər halların  əlamətləri 

müşahidə edilməməlidir. Lakin bəzi cərrahlar vərəmin xronik 

xəstəlik olduğunu və orqanizm tərəfindən müəyyən fizioloji 

adaptasiya mexanizmlərinin yarandığını nəzərə alaraq spiroqrafiyada 

daha aşağı göstəricilər olduqda da cərrahi  əməliyyatların 

keçirilməsinin mümkünlüyünü qeyd edirlər

9



Vərəm xəstələrində ağciyərin rezeksiyası tənəffüs səthinin bəzən 



əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bir çox cərrahlar 

rezeksiyanın xəstəyə olan təsirinin qiymətləndirilməsində “ağciyərin 

lokallaşmış xəstəliyi” (localized disease) terminindən istifadə edirlər. 

Bu, planlaşdırılan həcmdə  əməliyyatın xəstələrdə kritik tənəffüs 

çatışmazlığına (həyatla uyuşmayan) səbəb olmayacağı deməkdir. 

 

 



 

 

 



 

 

Klinik protokol Az



ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




 

21


Yüklə 259,35 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin