19
Ağciyər vərəmi olan xəstələrə cərrahi müdaxilələrin
aparılmasına dair əks-göstərişlər
Ağciyər vərəmi olan xəstələrdə cərrahi müdaxilələrin
aparılmasına dair əks-göstərişlərin işlənib hazırlanmasının məntiqi
əsasını cərrahi müdaxilələrin səbəb ola biləcəyi ağırlaşmaların və
mənfi nəticələrin qarşısının alınması təşkil edir.
Düzgün müəyyən edilmiş göstərişlər və cərrahi müdaxilənin
vaxtı, əməliyyatın növünün və həcminin düzgün seçilməsi, cərrahi
əməliyyatın aparılmasına dair qaydalara və texniki yanaşmalara
riayət olunma infeksiya fəsadlaşmalarının (plevranın empiyeması,
bronxoplevral fistul, əməliyyat yarasının irinləməsi) və ağciyər
qanaxmalarının minimal həddə gətirilməsinə imkan verir.
Lakin bu fəsadlaşmalardan başqa əməliyyatdan sonrakı dövrdə
tənəffüs və ürək-damar sistemində funksional pozuntuların baş
vermə təhlükəsi də mövcuddur. Bu problem ÇDD olan vərəm
xəstələrində cərrahi əməliyyatlar aparıldıqda xüsusi əhəmiyyət kəsb
edir, belə ki, bu xəstələrin çoxlarında xronik vərəm fonunda tənəffüs
funksiyası və qan dövranı pozuntuları mövcud olur. Onların çoxunda
sağ mədəcik tipli ürək-damar çatışmazlığı (ağciyər ürəyi), bu və ya
digər dərəcədə ventilyasiya, perfuziya pozuntuları və hətta ağciyərlər
qabiliyyətinin diffuz pozuntusu formalaşır. Bu, ürəyin sağ
şöbələrində və ağciyər arteriyasında hipertenziyanın inkişafı ilə
müşahidə olunur. Dəyişikliklər ağır olduqca sağ və sol mədəcik tipli
ürək çatışmazlıqları təzahürləri əmələ gəlir.
Bundan başqa, belə xəstələrin kifayət qədər böyük hissəsində
əməliyyatdan sonrakı dövrdə ürək-damar sisteminin çatışmazlığına
gətirə bilən ağciyərin və ürək-damar sisteminin yanaşı gedən
xəstəlikləri müşahidə edilir (ağciyərin xronik obstruktiv xəstəliyi,
silikoz, koronarokardioskleroz, miokardiodistrofiya və s.).
Bütün sadalananlar ÇDD olan vərəm xəstələrinin əhəmiyyətli
hissəsində
cərrahi
əməliyyatın aparılması imkanlarını
məhdudlaşdırır. Bəzi tədqiqatlara əsasən ÇDD olan vərəm
xəstələrinin təxminən 2/3 hissəsində ağciyərin vərəmlə zədələnən
payının böyük olması və ya tənəffüs pozuntusu səbəbindən cərrahi
müdaxilənin aparılması imkanları məhdudlaşır.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.