Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   2   3   4   5   6   7   8   9   ...   21
 

NƏT CƏ 

Ə

DƏB YYAT S YAHISI 



                                                   

                                                     

                                                 


 

 



G R Ş 

Respublikamızın  inkişafında  ölkənin  maliyyə  sisteminin  əsas  dayağı  olan  və 

onu  iqtisadi,  sosial  və  siyasi  funksiyaların  yerinə  yetirilməsi  üçün  pul  vəsaitləri  ilə 

təmin  edən  dövlət  büdcəsinin  rolu  böyükdür.  Qeyd  etmək  lazımdır  ki,  dövlətin 

iqtisadi inkişafa təsiri maliyyə siyasətinin tərkib hissəsi olan büdcə-vergi siyasətinin 

tənzimləyici  funksiyasından  və  onun  tətbiq  mexanizmindən  nə  dərəcədə  dolğun 

istifadə edilməsindən asılıdır.                                                    

Büdcə gəlirləri büdcə-vergi siyasətinin iqtisadiyyatın inkişafına istiqamətləndi-

rilməsində əsas mənbə və vasitə kimi çıxış edir. Çünki bu mənbənin iqtisadi siyasət 

çərçivəsində  düzgün  hədəfləndirilməməsi  hökuməti  iqtisadiyyatda  əks  nəticə  ilə  -

ə

saslandırılmayan,  qeyri-taraz  gəlir  azlığı  problemi  qarşısında  qoya  bilər  və  büdcə 



mexanizmi özünün ən təsirli funksiyalarından birini itirmiş olar.   

 

Respublikamızda büdcə-vergi siyasətinin həyata keçirilməsində əsas məqsəd - 



ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma 

nail olmaqdan, maliyyə intizamının gücləndirilməsindən, dövlət büdcəsinin tərtibi və 

icrasının  təkmilləşdirilməsindən,  qeyri-neft  sektorunda  məşğulluğun  səviyyəsinin 

artırılmasından,  kiçik  və  orta  sahibkarlığa  maliyyə  dəstəyinin  gücləndirilməsindən 

ibarət olmalıdır. Büdcə qanunvericiliyinə müvafiq olaraq büdcə-vergi sisteminə daxil 

olan bütün büdcə növləri sabit və ardıcıl daxil olan  gəlir mənbəyinə malik olmalıdır. 

Ona görə də dövlət büdcəsinə daxil olan gəlirlər qanunvericilik əsasında büdcə həlqə-

ləri  arasında  bölüşdürülür.  Bu  məqsədlə  büdcə  həlqələri  zəruri  gəlir  mənbəyi  ilə 

təmin  edilməklə,  hər  bir  regionun  sosial-iqtisadi  inkişafı  üçün  lazımi  miqdarda 

maliyyə vəsaiti müəyyənləşdirilir. 

Dövlət  büdcəsi  gəlirlərinin  sosial-iqtisadi  proseslərdəki  rolu  əvəzedilməzdir. 

Büdcə dövlətlə ayrı-ayrı müəssisə, təşkilat, idarə və birliklər, yeni yaranan hüquqi və 

fiziki şəxslər, əhali arasındakı münasibətləri ifadə edir. Yeni iqtisadi sistemə keçidin 

nəticəsi olaraq, büdcə ilə istehsal sahələri arasında əlaqələr yeniləşmiş, sahibkarlıq və 

digər  bazar  subyektlərinin  fəaliyyəti  ilə  əlaqədar  büdcədən  ayrılan  vəsait 

qoyuluşlarının  həcmi  və  istiqamətləri  dəyişmişdir.  Bütövlükdə  götürsək, 




 

 



respublikamızda  vergi  sistemi  əsaslı  şəkildə  təkmilləşdirilmiş  və  onun  beynəlxalq 

standartlar  səviyyəsinə  çatdırılması  üçün  tədbirlər  görülür.  Bu  dövr  ərzində  büdcə 

gəlirlərinin  ÜDM-un  strukturuna  və  sahə  quruluşuna  uyğun  artımına,  potensial 

gəlirlərin  büdcəyə  alınmasının  təmin  olunması  əmsalının  əhəmiyyətli  dərəcədə 

yüksəldilməsinə,  vergilərin  ödənilməsinin  sadələşdirilməsinə,  vergi  dərəcələrinin 

azalmasına,  vergilərin  yığılmasını  təmin  edən  orqanların  strukturunun  təkmil- 

ləşdirilməsinə  və  sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsini  təmin  edən  vergi 

mühitinin yaradılması məqsədilə xeyli işlər görülmüşdür. 

 

Büdcə  siyasətinin  tərkib  hissəsi  olmaqla,  vergi  siyasətinin  formalaşması  və 



həyata  keçirilməsi  ümumi  iqtisadi  inkişafın  əsas  şərtlərindəndir.  Ona  görə  də  vergi 

işinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi və mükəmməl 

vergi siyasətinin formalaşdırılması çox vacibdir. Vergi siyasəti nəticə etibarilə elə bir 

sisteminin formalaşdırılmasına gətirib çıxarmalıdır ki, bu sistem iqtisadi tənzimləmə 

funksiyasını normal şəkildə həyata keçirə bilsin. 

Ölkədə  həyata  keçirilən  iqtisadi  islahatların  müasir  mərhələsində  büdcə 

vəsaitlərinin  istehsal  və  sosial  sahələrin  inkişafına  yönəldilməsi  dövlət  büdcəsinin  

tərkib  hissəsi  olmalıdır.  Vergilərin  büdcə  gəlirlərinin  formalaşmasına,  istehsalın  kə-

miyyət  və  keyfiyyət  göstəricilərinə  təsiri  xüsusi  əhəmiyyət  kəsb  edir.  nkişaf  etmiş  

ölkələrdə  vergilər  dövlət  gəlirlərinin  əsas  mənbəyi  olmaqla,  iqtisadiyyatda  

tənzimləyici  kimi çıxış edir.  Vergilər özünün əsas funksiyası olan - maliyyə funk-

siyasından  başqa,  dövlətin  istehsalın  bərpasına,  genişləndirilməsinə,  təkmilləşdiril-

məsinə, yeni texnika və texnologiya ilə  təmin edilməsinə, strukturuna  və qurluşuna  

iqtisadi  təsiretmə  vasitəsidir.  

Büdcə-vergi  siyasəti  ölkənin  sosial-iqtisadi    inkişaf  konsepsiyasına      uyğun 

olaraq    müəyyənləşdirilməlidir.  Bu  siyasət,    ümumi  makroiqtisadi    göstəriciləri  əks 

etdirən  sərt  maliyyə  siyasətindən    tədricən  uzaqlaşmanı,  büdcə-vergi  siyasətinin 

çevikliyinin  artırılmasını,  maliyyə  intizamının  gücləndirilməsini,  manatın 

məzənnəsinin  tənzimlənməsini  və  digər  tədbirləri    özündə  əks  etdirir.    Həyata 

keçirilən  kompleks  makoiqtisadi  tədbirlər  sabit  iqtisadi  artımın  təmin  edilməsini, 




 

 



istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsini, 

ölkənin  regionlarının  iqtisadi  inkişafının  tarazlaşdırılmasını,  yerli  özünüidarəetmə  

orqanları  olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi 

şə

raitin yaradılmasını nəzərdə tutur. 



Son illərdə respublikamızda həyata keçirilən  iqtisadi və siyasi islahatlar dövlət 

maliyyəsi sferasından, xüsusilə də büdcə-vergi  sistemində əsaslı dəyişikliklərə səbəb 

olmuşdur. Belə ki, dövlət büdcəsi dövlətin əlində, iqtisadiyyata təsir göstərilməsində, 

aparılan  struktur  dəyişikliklərini  maliyyələşdirilməsində,  iqtisadiyyatın  qabaqcıl 

sahələrinin  inkişafının  stimullaşdırılmasında,  əhalinin  aztəminatlı  təbəqəsinə  sosial 

yardımların  verilməsinin  təmin  edilməsində  real  vasitəyə  çevrilmişdir.  slahatların 

sonrakı  mərhələlərinin  həyata  keçirilməsi  bu  məsələlərin  elmi  tədqiqindən,  nəzəri, 

metodoloji-praktiki  məsələlərinin  kompleks  həllindən  çox  asılı  olduğunu  göstərir. 

Bunanla  əlaqədar,  həyata  keçirilən  islahatlar  kontekstində  büdcə-vergi  siyasətinin 

məzmun və mahiyyətinin öyrənilməsi, onun ölkənin sosial-iqtisadi inkişafa təsirinin, 

büdcə gəlirlərinin artırılması yollarının araşdırılması sahəsində yeni tələblər qoymuş 

və  bu  problemi  müasir  dövrün  reallıqlarına  uyğun  metodoloji  yanaşma  əsasında 

tədqiq  edilməsini  zərurətə  çevirmişdir.  Belə  ki,  bu  istiqamətdə    maliyyə  siyasətinin 

tərkib hissəsi olan   büdcə-vergi   siyasətinin   tənzimləyici tətbiqi  mühüm  əhəmiyyət 

kəsb  edir.  slahatların  gedişi  bu  məsələlərin  elmi  tədqiqindən,  nəzəri,  metodoloji-

praktiki məsələlərinin kompleks həllindən çox asılı olduğunu göstərir. Eyni zamanda 

son illərdə Azərbaycan iqtisadiyyatının dünyada analoqu olayan sürətli inkişafı, buna 

müvafiq olaraq büdcə imkanlarının dəfələrlə artması   bunlarla əlaqədar problemlərin 

tədqiqinə,  həyata  keçirilən  islahatlar  kontekstində  büdcə-vergi  siyasətinin  həyata 

keçirilməsinə,  onun  təkmilləşdirmə  istiqamətlərinin  müəyyənləşdirilməsinə  yeni 

nəzəri - metodoloji yanaşma tələb edir.                                                                                               

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin