Microsoft Word Abbasov Cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix02.01.2022
ölçüsü0,64 Mb.
#1172
1   2   3   4   5   6   7   8   9   ...   21
II FƏS L. BÜDCƏ GƏL RLƏR N N FORMALAŞMASI 

XÜSUS YYƏTLƏR  VƏ MÜAS R VƏZ YYƏT N N TƏHL L  

2.1. Dövlət gəlirlərinin formalaşması və büdcələrarası bölgüsü xüsusiyyətləri 

Azərbaycan  Respublikasının  ərazisində  qanunvericiliklə  müəyyən  olunmuş 

tədiyyələr  üzrə  daxilolmaların  dövlət  büdcəsi  və  digər  büdcələr  arasında  bölgüsü 

regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan dövlət büdcəsi 

haqqında  qanunla  tənzimlənir.  Ölkəmizdə  gəlirlərin  büdcə  sisteminin  həlqələri  

arasında bölgüsü aşağıdakı prinsiplərə əsaslanır: 

• 

büdcənin  gəlirlər  sisteminin  müvafiq  ərazinin  iqtisadi  inkişafından  asılı 



olaraq onların gəlirləri hesabına formalaşması; 

• 

tədiyyələrin  ardıcıl  və  fasiləsiz  daxil  olması  təmin  edilməklə,  kassa 



kəsirinin əmələ gəlməsinin qarşısının alınması;  

• 

hər bir büdcənin xərcləri səviyyəsində maliyyə vəsaiti ilə təmin edilməsi; 



• 

müvafiq ərazinin iqtisadi inkişafına uyğun olaraq büdcənin təminatı; 

• 

büdcələrin balanslaşdırılmasına nail olunması. 



Dövlət  gəlirləri  sisteminin  əsas  tərkib  hissəsi  olan  büdcə  gəlirləri  dövlətin 

maliyyə  ehtiyatlarını  özündə  cəmləşdirir.  Büdcə  gəlirlərinin  yaradılması  dövlət 

tədbirlərini  həyata  keçirilməsi  üçün  ərazi,  sahə  və  məqsədli  təyinatı  üzrə 

formalaşdırılır.  Büdcə  gəlirləri  iqtisadi  əlaqələri  ifadə  etməklə  bütün    mülkiyyətdən 

olan  müəssisə,  təşkilatlar  və  əhalinin    gəlirləri  hesabına  ölkənin    büdcəsini 

formalaşdırır.  Bu  iqtisadi  əlaqələr  müəssisə,  təşkilat  və  əhalinin    dövlət  büdcəsi  

gəlirlərinə müxtəlif növ  tədiyyələr  ödənilməsində özünü göstərir. 

          Müxtəlif səviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq 

gəlirlərə malik olmalıdır. Bu məqsədlə, müasir tələblərə cavab verən büdcə təsnifatı 

büdcənin  gəlir  və  xərclərinin  uçotunun  beynəlxalq  standartlara  uyğun  həyata 

keçirilməsinə  imkan  verməlidir.  Adətən,  büdcə  təsnifatı  əsasən  büdcənin  ayrı-ayrı 

gəlirlərini  və  xərclərini  qruplaşdıran    «Büdcə  gəlirlərinin  təsnifatı»ndan,  büdcə 

xərclərini  bölmələr  səviyyəsində    qruplaşdıran  «büdcə  xərclərinin  funksional 



 

29 


 

təsnifatı»ndan,  büdcə  xərclərini  ayrı-ayrı  xərc  yarımmaddələri  səviyyəsində  «Büdcə 

xərclərinin  iqtisadi  təsnifatı»ndan  və  büdcə  xərclərini  təşkilatlar  səviyyəsində 

qruplaşdıran «Büdcə xərclərinin inzibati təsnifatı»ndan iarətdir.  

Nəzərə almaq lazımdır ki, gəlirlərin mövcud təsnifatı ilə inkişaf etmiş ölkələrin 

gəlirlərinin  təsnifatı  arasında  uyğunsuzluq  mövcud  olduğundan,  ölkələrarası 

məlumatların  müqayisəsində,  həmçini  həmin  məlumatların  beynəlxalq  maliyyə 

qurumlarına  təqdim  edilməsində  bəzi  anlaşılmazlıqlar  yaranır.  Buna  görə  də, 

gəlirlərin təsnifatına görə  ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin  müvafiq 

göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.  

Adətən, büdcə gəlirlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar, 

qrantlar  və  digər  gəlirlərdən  ibarət  dörd  kateqoriyaya  bölünür.  Mövcud  təsnifatda 

gəlirlər  əsasən,  spesfik  xüsusiyyətlərinə,  o  cümlədən  müxtəlif  vergi  dərəcələri, 

mülkiyyət  növləri,  vergi  orqanlarında  qeydiyyata  alınma  üsulu  və  sair  nəzərə 

alınmaqla, vergi ödəyiciləri üzrə təsnifatlaşdırıldığından, vergi dərəcələrinə əlavə və 

dəyişikliklər  edildikdə,  bu  qaydaların  həyata  keçirilməsinə  xeyli  vaxt  tələb  olunur. 

Buna  görə  də,  gəlirlərin  təsnifatında  müvafiq  qanunvericilik  aktlarında  ola  biləcək 

dəyişikliklər maksimum dərəcədə nəzərə alınmalıdır.  

Dövlət gəlirlərinin və vergi sisteminin əsasını təşkil edən dövlət vergiləri Vergi 

Məcəlləsi ilə müəyyən edilən və ölkənin  bütün ərazisində ödənilməli olan vergiləri 

ə

hatə edir. Dövlət vergilərinin növləri, vergiqoyma obyektləri, imtiyazların növləri və 



dərəcələri,  vergilərin  ödənilməsi  qaydaları  və  onların  büdcə  və  ya  büdcədənkənar 

fondlara  hesablanması  dövlət  icra  strukturlarının  müvafiq  aktlarına  əsasən  tətbiq 

edilir. Bu aktlara - qərarlar, əmrlər, sərəncamlar, qaydalar, təlimatlar və əsasnamələr 

daxildir. Respublikamızda  hal-hazırda tətbiq edilən vergilərə fiziki şəxslərdən gəlir 

vergisi,  hüquqi  şəxslərin  mənfəət  vergisi,  hüquqi  şəxslərin  torpaq  vergisi,  hüquqi 

şə

xslərin  əmlak  vergisi,  əlavə  dəyər  vergisi,  aksizlər,  mədən  vergisi,  yol  vergisi  və 



sadələşdirilmiş sistem üzrə vergi aiddir. Bu göstərilən vergilərin bir çoxu tənzimləyici 

büdcə  gəlirlərinə  aid  edilir.  Tənzimləyici  gəlirlər  normativlər  əsasında  maliyyə  ili 

üçün  dövlət  büdcəsinin  bələdiyyə  büdcələrinə  növbəti  və  ya  uzun  müddətə  ayırdığı 



 

30 


 

maliyyə  vəsaitidir.  Eyni  zamanda    büdcənin  tənzimləyici  gəlirlərinə  transfert 

ödənişləri də daxildir. 

 

Bütün  hakimiyyət  səviyyələri  arasında  səmərəli  gəlir  və  xərclərin 



formalaşması,  habelə  büdcə  münasibətləri  sisteminin  hazırlanması  keçid 

iqtisadiyyatlı ölkələrdə islahatların həyata keçirilməsinin həlledici şərtidir.  Yerli 

səviyyələrdə  tarazlaşdırılmış  büdcə  -  makroiqtisadi  sabitliyin  təmin  olunmasının 

başlıca  amilidir.  Bəzi  hallarda  büdcə  tarazlığının  pozulması  uzun  müddət  ərzində 

davam edə bilər, çünki yerli səviyyəyə keçirilmiş vergilər eyni səviyyəyə keçirilmiş 

xərclərdən daha aşağı sürətlə arta bilər. 

 Müvafiq gəlirlər əldə etmək  vasitəsilə dövlət və bələdiyyə orqanları öz vəzifə 

və  funksiyalarını  yerinə  yetirmək  üçün  iqtisadi  imkan  əldə  etməklə  yanaşı,  sosial-

mədəni  tədbirlər  həyata  keçirir,  iqtisadiyyatı  tənzimləyir.  Dövlətin  sosial-iqtisadi 

vəzifələrinin  həyata  keçirilməsinin  əsasını  təşkil  edən  dövlət  büdcəsi  iqtisadi 

münasibətlərin  mühüm  tərkib  hissəsi  olmaqla,  maliyyə  münasibətləri  sistemində 

ə

həmiyyətli rola malikdir. 



Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin vergiləri isə müvafiq qanunla 

müəyyən  edilən,  bələdiyyələrin  qərarlarına  əsasən  tətbiq  edilən  və  bələdiyyələrin 

ə

razilərində ödənilən vergilərdir. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi 



ödənişlər müvafiq qanunla müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan əmlakın 

istifadəsindən  əldə  olunun  gəlirlər,  onların  tabeliyində  olan  büdcə  idarələrinin 

göstərdikləri pullu xidmətlər və bələdiyyə mülkiyyətində olan əmlakın satışından əldə 

olunan gəlirlər  bələdiyyələrin gəlirlərinə aid edilir. 

          Bələdiyyə  büdcələrinin  gəlirləri  əsasən  yerli  vergilər,  fiziki  şəxslərin  torpaq 

vergisi,  fiziki  şəxslərin  əmlak  vergisi,  yerli  əhəmiyyətli  tikinti  materialları  üzrə 

mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəət vergisi,  

reklam  haqqı,    kurort,  mehmanxana,  avtomobillərin  dayanacaqları  üçün  rüsumlar,  

pul-şey  lotoreyalarının  satışından  daxilolmalar  və  digər  ödəmələr  hesabına 

formalaşdırılır. 




 

31 


 

 Büdcə  gəlirlərinin  formalaşmasında  vergilərdən  daxilolmalarla  yanaşı  vergi 

olmayan  gəlirlər  də  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  gəlirlərə  mülkiyyətdən  və 

sahibkarlıq  fəaliyyətindən  gəlirlər,  büdcə  təşkilatının  xüsusi  vəsaitlərindən 

daxilolmalar,  maliyyə  və  qeyri-maliyyə  müəssisə  və  idarələrindən  vergi  olmayan 

daxilolmalar,  qeyri-maliyyə  dövlət  müəssisələrindən  gəlirlər,  qeyri-maliyyə  dövlət 

müəssisə və təşkilatları tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, 

qeyri-maliyyə  dövlət  müəssisələrindən  alınan  dividendlər,    pul-şey  lotoreyaları  üzrə 

daxilolmalar,  qeyri-maliyyə  dövlət  müəssisələrindən  sair  gəlirlər,  maliyyə 

təşkilatlarından gəlirlər,  Milli Bankın mənfəətindən daxilolmalar, maliyyə təşkilatları 

tərəfindən alınmış büdcə ssudaları üzrə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından 

alınan dividendlər,  xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət 

strukturlarından  mülkiyyətlə  bağlı  gəlirlər,  daxili    xüsusi  sektordan  daxil  olan 

mülkiyyətlə  bağlı  gəlirlər,  mülkiyyətdən  daxil  olan  sair  gəlirlər,  inzibati  tədiyyələr, 

dövlət rüsumlarf, cərimə və sanksiyalar üzrə daxilolmalar aid edilir. 

           Büdcənin xüsusi gəlirlərinə qeyri - vergi gəlirləri daxildir. Bunlar dövlət və ya 

bələdiyyə  mülkiyyətində  olan  əmlakın  satışından  və  ya  əvəz  edilməsindən  gəlirlər, 

büdcə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardımı və büdcə ssudası kimi 

alınan  gəlirlərdir.  stər  dövlət,  istərsə  də  bələdiyyə  mülkiyyətində  olan  əmlakın 

satışından alınan vəsaitlər  tam həcmdə müvafq büdcələrə köçürülür. 

          Fiziki  və  hüquqi  şəxslər,  beynəlxalq  təşkilatlar  və  xarici  dövlətlərin 

hökumətləri  tərəfindən  əvəzsiz  köçürülən  vəsaitlər  də  büdcə  gəlirlərinə  daxildir.              

Büdcə  gəlirləri,  həmçinin  qarşılqlı  hesablaşmalar  üzrə  əvəzsiz  köçürmələr  hesabına 

da  ola  bilər.  Qarşılıqlı  hesablaşmalar  üzrə  vergi  və  büdcə  qanunvericiliklərində 

dəyişikliklər  aparılması  ilə  əlaqədar  büdcə  sisteminin  müxtəlif  səviyyəli  büdcələr 

arasında vəsaitlərin verilməsi , büdcə haqqında qanunda nəzərdə tutulmayan xərclərin 

maliyyələşməsi  üzrə  səlahiyyətlərin  və  ya  gəlirlərin  verilməsi  üzrə  əməliyyatlar  da 

daxildir. 

  Təcrübə göstərir ki, transfert ödənişlər formasında vəsaitlərin verilməsi yerli 

icra orqanlarına təsərrüfatı inkişaf etdirməyə imkan vermir, bölgədə baş verən iqtisadi 




 

32 


 

və sosial proseslərə təsir etmə dairəssini, büdcələrin gəlir hissəsinin yerinə yetirilmə 

imkanlarını azaldır, maliyyə nəzarətini zəiflədir və son nəticədə, büdcə ilində maliyyə 

vəsaitlərindən  qeyri-səmərəli  istifadəsinə  şərait  yaradır.  Bu  çatışmazlığı  aradan 

qaldırmaq  üçün  bələdiyyə  büdcələrinin  yerli  vergi,  gəlir  və  sair  daxilolmaların 

hesabına  möhkəmləndirilməsi  sahəsində  konkret  tədbirlərin  həyata  keçirilməsi 

zəruridir. 

 

Bazar  münasibətləri  sistemində  büdcə  siyasəti dövlət siyasətinin    ən  vacib  və 



lazımi  bir  ünsürüdür.  Büdcə  siyasətində  büdcə  gəlirləri  mənbələrinin  düzgün  

müəyyənləşdirilməsi  gəlirlərin vaxtında və tam toplanmasının vacib şərtidir.. 

 

Hal-hazırda  büdcə  gəlirlərini  mahiyyəti  bazar  münasibətlərinin    tələblərinə 



uyğun olaraq bir qədər də dəyişmiş və  bu, dünyanin əksər ölkələrində büdcənin idarə 

edilməsinə  də  təsir  etmişdir.  Bu  dəyişikliklər,  hər  şeydən  əvvəl  büdcə    gəlirlərinin 

daha  geniş    sisteminin  yaradılması  ilə  əlaqədardır.  Çünki  hər  bir  dövlətin  iqtisadi 

potensialı,  onun  inkişaf  səviyyəsi  büdcə  gəlirlərinin  həcmindən  asılı  olduğundan, 

struktur  dəyişiklikləri,  iqtisadi  inkişafın  mərhələləri  yeni-yeni  gəlir  mənbələrinin 

yaranmasına  şərait  yaradır,  dövlət  gəlirlərinin    tərkibinin    dəyişərək  genişlənməsinə 

təsir  göstərir.  Bazar  iqtisadiyyatlı    ölkələrində  daha  çox  gəlir  gətirən  sahələrin 

inkişafına  diqqətin  artması,  eyni  zamanda  həmin  sahələrə  böyük  həcmdə  sərmayə 

qoyuluşunu  stimullaşdırır.  Gəlirlərin  tərkibinə  aşağıdakı  gəlir  növləri:  vergilərdən 

daxilolmalar,  dövlət  sərvətlərindən  istifadəyə  görə  borclanmadan  gələn  gəlirlər  və 

xəzinənin  imkanından istifadə  etməklə əldə edilən gəlirlər daxildir. Bu gəlirlərdən 

dövlətin  sərvətindən  istifadəyə  görə  və  vergilər  həqiqi  dövlət  gəlirləri,    xəzinə 

imkanlarından istifadə  etməklə əldə  edilən gəlirlər isə  fövqəladə dövlət gəlirləridir. 

Çünki,  xəzinənin  buraxdığı    dövlət  qiymətli    kağızları  və    alınmış    borc  gələcəkdə 

mütləq ödənilməlidir. 

Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  ilə  Naxçıvan  Muxtar  Respubli-

kasının  büdcəsi  və  yerli  büdcələr  arasında  qarşılıqlı  münasibətlərin  tənzimləyicisi 

kimi  mədaxil  mənbələrindən  istifadə  etmək,  məqsədli  büdcə  fondları  yaratmaq, 

maliyyə ehtiyatlarını bölüşdürmək prinsipləri əsasında qurulur. 



 

33 


 

Yerli  büdcələrlə  dövlət  büdcəsi  arasında  münasibətlər  yerli  sosial-iqtisadi 

inkişaf  proqramlarını  yerli  büdcələrin  vəsaiti  hesabına  maliyyələşdirmək  mümkün 

olmadıqda  dövlət  büdcəsindən  subvensiya  və  dotasiya  ayrılması,  müvafiq 

qanunverici  və  icra  hakimiyyəti  orqanları  tərəfindən  bələdiyyələrə  verilmiş  əlavə 

səlahiyyətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən zəruri maliyyə vəsaitinin 

ayrılması, müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş qərarlar 

ə

sasında yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması məbləğləri qərar 



qəbul edən orqanlar tərəfindən kompensasiya edilməsi qaydasında, dövlət büdcəsi ilə 

dövlət  fondları  arasında  münasibətlər  isə  bu  orqanlar  arasında  təsdiq  olunmuş 

tədbirlər planı əsasında həyata keçirilir. 

Regional  və yerli büdcələrin gəlir mənbələri əsasən əmlak vergisi və satışdan 

(dövriyyədən)  vergi  təşkil  edir.  Son  illərdə  regional  və  yerli  büdcələrin  tərkibində 

gəlir  vergisi  və  mənfəətdən  vergilərin  payı  artmaqdadır.  Vergi  tədiyyələrinin 

bölgüsündə ədalətliliyin təmin olunması üçün ərazinin tədiyyə qabiliyyətinin nəzərə 

alınması  da  vacibdir.  Eyni  zamanda,  yerli  vergilər  dövlətin  maliyyə  imkanlarını 

zəiflətməməli,  dövlət  və  yerli  vergilər  birlikdə  iqtisadi  subyektlər  üçün  müsadirə 

xarakterli olmamalıdır.  

Vergilər  və  vergi  xarakterli  ödənişlərin  konkret  ərazilərin  regional  və  yerli 

hakimiyyət qurumlarına təhkim olunması və ərazi gəlirlərinin formalaşması aşağıdakı 

metodlarla həyata keçirilməlidir: 

•  tənzimləyici  vergilər  (vahid,  qrup  və  diferensial)  üzrə  faiz  ayırmaların 

uzunmüddətli əsasda müəyyən edilməsi; 

•  mərkəzləşdirilmiş  büdcədən  əvəzsiz  yardımların  ayrılması  (dotasiya, 

subvensiya, büdcə kompensasiyaları); 

•  yuxarı büdcədən  (büdcədaxili) və  maliyyə  bazarından (mərkəzləşdirilmil və 

bələdiyyə) müvəqqəti olaraq borc vəsaitlərinin əldə edilməsi. 

Azərbaycan 

Respublikasının 

büdcə 


gəlirlərinin 

strukturunun 

təkmilləşdirilməsində  mühüm  məqamlardan  biri  –  ərazilərin  sabit  sosial-iqtisadi 

inkişafını  təmin  edən  məqbul  vergi  «yüklənməsinin»  tətbiq  edilməsidir.  Məsələn, 




 

34 


 

investisiya cəlb etmək istəyən ərazilər üçün vergiqoyma aşağıdakı ardıcıllıqla tətbiq 

edilməlidir:  

• xidmətlərə görə birbaşa tədiyələr; 

• təbiətdən istifadəyə görə tədiyələr; 

• torpaqdan və şəhər əmlakından istifadəyə görə tədiyələr; 

• əmlak vergisi; 

• satışdan vergilər; 

• müəssisələrin gəlirlərindən vergilər; 

• vətəndaşların gəlirlərindən vergilər. 

Hər bir konkret rayon və şəhərin şəraitinə uyğunlaşdırılmış «vergi yüklənməsi» 

ardıcıllığı  həmin  ərazinin  malik  olduğu  vergi  potensialından  istifadənin  ortimal 

üsulunu  seçməyə  imkan verir.  Belə variantların  seçilməsi və həyata keçirilən büdcə 

siyasətinin  istiqamətlərinin  dəqiqləşdirilməsi  bu  işlə  məşğul  olan  müvafiq  maliyyə 

qurumlarının  və  hakimiyyət  orqanlarının  daima  diqqət  mərkəzində  olmalıdır. 

Ölkəmizdə  aparılan  büdcə  islahatlarında  dövlətin  sosial-iqtisadi  inkişafında  qəbul 

edilən prioritetlərlə yanaşı, hər bir regionun (rayon və şəhərin) tarixi, təbii və iqtisadi 

xüsusiyyətləri,  ərazinin  coğrafi  yerləşməsi  (sərhəd,  anklav,  dağlıq  və  s.)  nəzərə 

alınmalıdır. 

Dünyanın  müxtəlif  ölkələrində  büdcə  sistemi  daxilində  funksiyaların 

bölüşdürülməsi  həmin  ölkənin  tarixi,  iqtisadi  və  siyasi  inkişaf  səviyyəsindən  asılı 

olaraq  bir-birindən  fərqlənir.  Federativ  dövlətlərdə  büdcə  sistemlərin  arasında 

funksiyaların bölgüsü daha kəskin ifadə olunur, federasiyanın subyektləri geniş büdcə 

hüquqlarına  malik  olur.  Unitar  dövlətlərdə  inzibati-ərazi  vahidlərinin  hüquqları  çox 

da  geniş  olmur.  Lakin  istənilən  halda,  büdcə  vəsaitlərinin  bölüşdürülməsində  aşağı 

büdcə  səviyyələrinə  müəyyən  müstəqillik  verilir.  Yerli  hakimiyyət  xərclərinin 

istiqamətləri  və  ümumi  xərclərdə  payı  ölkə  konstitusiyasında  və  maliyyə 

qanunvericiliyində müvafiq səviyyəli orqanlara verilən səlahiyyətlərdən asılıdır. 

Yerli  hakimiyyət  orqanlarına  tabe  olan  ərazilərdə  iqtisadiyyatın  inkişafı, 

sahibkarlıq  təşəbbüslərinin  fəallaşması  onların  bu  sahədəki  məqsədəyönlü 




 

35 


 

fəaliyyətindən,  yerli  və  xarici  investisiyalar  cəlb  etmək  üçün  büdcə-vergi 

stimullaşdırmasından  nə  dərəcədə  istifadə  etmələrindən  asılıdır.  Bu  sahədə  görülən 

ə

həmiyyətli  işlər  –  yeni  müəssisələrin  açılması,  investorları  cəlb  edərək 



infrastrukturun yaradılması və s. digər fəaliyyət sahələrinin də canlanmasına, yeni iş 

yerlərinin açılmasına gətirib çıxarır. 

Gəlir daxilolmalarını bölüşdürərkən əsas diqqət yerli büdcələrin gəlir bazasının 

formalaşmasına yönəldilir, çünki belə vəziyyət yerli səviyyədə stabil, səmərəli büdcə 

münasibətlərinin qurulma məqsədlərinə də daha çox uyğundur. Lakin bunun öz mənfi 

cəhətləri də vardır. Yerli hakimiyyət orqanlarına tam vergi səlahiyyətlərinin verilməsi 

vergi  rejimlərinin  qeyri-bərabərliyinə  və  onun  nəticəsi  kimi  artıq  formalaşmış 

təsərrüfat  əlaqələrinin  qırılmasına,  istehsal  obyektlərinin  yerləşdirilməsində 

proporsiyaların  pozulmasına,  investisiya  şərtlərində  əhəmiyyətli  fərqlərin 

yaranmasına gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-

bərabərliyi  şəraitində  vergilərin  təhkim  olunma  metodu  ilə  bölüşdürülməsi  büdcə 

təminatı  səviyyələrində  də  qeyri-bərabərliyə  səbəb  olur  və  yerli  büdcə  sisteminin 

özünü  qeyri-sabit,  operativ  büdcə  tənzimlənməsi  olmadıqda  isə  sosial  cəhətdən 

gərgin edir. 

Buna  görə  də  gəlir  daxilolmalarının  bölüşdürülməsində  vergilərin  təhkim 

olunması metodu onun pay bölgüsü metodu ilə birləşdirilərək tətbiq edilir. Vergilərin 

ə

ksər hissəsi mərkəzi büdcə tərəfindən tutulsa belə, vergi daxilolmalarının müəyyən 



hissəsi  yerli  səviyyəyə  verilməlidir.  Bu  metodun  üstünlüyü  ondadır  ki,  yerli 

hakimiyyət  orqanları  gəlir  daxilolmaları  üçün  zəmanət  almış  olur,  həm  də  bu 

metodun  özü  sadədir.    Payın  ötürülməsi  iki  üsulla  həyata  keçirilir.  Birinci  üsulla, 

vergilər  müəyyən  edilmiş  faiz  normativlərinə  görə  onun  yığıldığı  ərazinin  yerli 

orqanının  sərəncamında  qalır.  Vergi  daxilolmalarının  əldə  olunmasının  digər 

üsulunda  yerli  hakimiyyət  orqanlarına  ümumdövlət  vergilərinə  müəyyən  hədlə 

məhdudlaşdıran əlavələr etmək hüququ verilir. Vergilərin istər təhkim olunma, istər 

payla  iştirak  metodu ilə bölüşdürülməsi,  dövlət  strukturularının  səviyyələri  arasında 

bölüşdürülməyə yararlı büdcə daxilolmalarının düzgün seçilməsini tələb edir. 



 

36 


 

Büdcə  münasibətlərinin  təşkili  -  idarəetmənin  yerli  səviyyəsində  büdcə 

sisteminin  stabillik  şərti  kimi  gəlir  və  xərclərin  tarazlaşdırılmasına;  inzibati  büdcə 

sisteminin  ədalətliliyi  və  açıqlığı  şərti  kimi  ərazi  vahidlərinin  büdcə  təminatı 

səviyyələrinin  bərabərləşməsinə;  büdcə  sisteminin  nəticəlilik  şərti  kimi  yerli 

hakimiyyət  orqanlarının  gəlirlərin  cəlb  olunması  və  xərclərə  qənaət  üzrə  səylərinin 

stimullaşdırılmasına  istiqamətləndirilməlidir.  Bu  istiqamətlərin  hər  biri  müvafiq 

subsidləşdirmə (dotasiya və subvensiyalar) üsulları ilə təmin olunur. 

Dünya  təcrübəsində  mərkəz  və  regionlar  arasında  qarşılıqlı  büdcə 

münasibətlərinin təşəkkülünə üç yanaşma mövcuddur: 

•  hər  bir  regionla  ayrılıqda  vergi  daxilolmalarının  bölüşdürülməsi  və  digər 

şə

rtlər haqqında ayrıca müqavilə bağlanmasını (məsələn, Çində) nəzərdə tutan «fərdi-



müqavilə»; 

•  gəlir  və  xərclərin  formalaşması  və  icrası  məsələlərində  ayrı-ayrı  regionlara 

müstəsna  hüquqlar  verilməsini  nəzərdə  tutan,  xüsusi  büdcə  rejimlərinin  yaradılması 

(məsələn, Filippində, Avstraliyada, Malayziyada); 

•  normativ-hesablama  düsturlarının  tətbiqi  əsasında  unifikasiya  edilmiş 

subsidiyalar  verilməsi  (əksər  ölkələrdə  regionların  büdcə  şərtlərinin  qismən 

bərabərləşdirilməsi məqsədilə istifadə edilir). 

Yerli  büdcələrin  struktur  quruluşunda  ciddi  dəyişikliklər  edilməsi  yolunda 

qarşıya çıxan çətinliklər təkcə hüquqi xarakterli deyildir. Doğrudan da, bəzi ərazilərin 

inkişafının  xeyli  geridə  qalmasını  aradan  qaldırmaq  üçün  yerli  özünüidarəetmə 

orqanlarının  tənzimləyici  funksiyalarına  daha  çox  zərurət  yaranmasına  baxmayaraq, 

istər  xərc,  istərsə  də  gəlir  maddələrini  çox  vaxt  iqtisadi  səbəblərdən  də  dəyişmək 

çətindir. 

Ə

lbəttə,  xarici  ölkələrdə  uğurla  tətbiq  edilən  büdcələrarası  münasibətlərin 



Azərbaycanda eyni qaydada istifadə edilməsi qeyri-mümkündür. Azərbaycanın hətta 

unitar  dövlət  kimi  quruluşundakı  bəzi  fərqlər  (geniş  səlahiyyətlərə  malik  prezident 

idarəçiliyinin  mövcudluğu),  region bölgüsünün ancaq iqtisadi rayonlar səviyyəsində 

(Naxçıvan  MR-dən  savayı)  müəyyən  olunması,  inzibati  rayonların  ərazisinə  və 




 

37 


 

ə

halinin sayına görə nisbətən çox olması, büdcə sistemini faktiki olaraq 2 səviyyədə – 



mərkəzi  və  yerli  (rayon  və  şəhər)  büdcələr  səviyyəsində  müəyyən  etmişdir.  Bunu 

nəzərə  alaraq,  inkişaf  etmiş  ölkələrin  təcrübəsində  diqqəti  cəlb  edən  və  nəzərə 

alınması zəruri olan aşağıdakı məqamları qeyd etmək olar: 

• büdcə-maliyyə qanunvericiliyinin mükəmməlliyi və dəqiqliyinin, onun təməl 

prinsip və məqamlarının stabilliyinin təmin edilməsi; 

•  ərazi  büdcələrinin  səlahiyyətlərinin  dövlətin  inzibati-ərazi  quruluşuna 

müvafiq olaraq - ərazinin sahəsinə, əhalinin sayına, tarixi, iqtisadi, siyasi inkişafın və 

milli-mədəni ənənələrə uyğun bölüşdürülməsi;  

•  regional  inkişaf  proqramlarının  işlənməsi  və  reallaşmasında  demokratizm 

prinsiplərinə əməl olunması; 

•  yerli  özünüidarəetmə  orqanlarının  müstəqilliyini  və  məsuliyyətinin 

genişləndirilməsi 

ə

sasında 


büdcə 

sisteminin 

manevretmə 

qabiliyyətinin 

yüksəldilməsi; 

•  yerli  büdcə  vəsaitlərindən  öz  ərazilərində  iş  qüvvəsinin  təkrar  istehsal 

prosesində və təsərrüfat fəaliyyətinin tənzimlənməsində daha geniş istifadə edilməsi; 

•  ərazilərin  büdcə  tənzimlənməsinin  konseptual  və  təşkilati  baxımdan 

qurulması və reallaşmasına kompleks yanaşma. 

Hazırda  iqtisadi  ədəbiyyatda  əhalinin  hansı  ehtiyaclarının  mərkəzləşdirilmiş 

qaydada,  hansı  ehtiyaclarının  və  hansı  nisbətdə  yerli  büdcələr  səviyyəsində 

ödənilməsi,  onların  mənbələri,  keyfiyyəti  və  s.  məsələlər  kifayət  qədər  mübahisə 

obyekti olan mövzulardandır. Azərbaycan Respublikasının «Büdcə sistemi» haqqında 

qanunda da bir sıra sahələrin və funksiyaların hər iki büdcə səviyyəsində birgə yerinə 

yetirilməsi nəzərdə tutulduğundan, göstərilən problemin aktuallığı bir qədər də aşkar 

görünür. 

 

             




 

38 


 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin