2.2. Müasir şəraitdə Azərbaycanda büdcə-vergi siyasəti və onun
dövlət gəlirlərinə təsirinin təhlili
nteqrasiya şəraitində makroiqtisadi sabitliyin əldə olunmasında çevik və
məqsədyönlü siyasətinin aparılması həlledici rol oynayır. Ona görə də, ilk növbədə
məhz büdcə-vergi siyasətinin tarazlaşdırılmış şəkildə aparılması ölkədə makroiqtisadi
sabitliyin vəziyyətinə həlledici təsir göstərir. Yeni iqtisadi sistemin formalaşmasına
xidmət edən iqtisadi siyasət sistemli şəkildə həyata keçirilərək ölkədə maliyyə
sabitliyinə nail olmağa yönəldilməlidir.
Respublika iqtisadiyyatında əldə edilmiş nailiyyətlər içərisində aparılan
iqtisadi islahatların avanqardı kimi çıxış edən büdcə-vergi sistemi özünəməxsus
yer tutur. Maliyyə sistemində aparılan islahatlar təkcə hökumətin fiskal
siyasətini deyil, eyni zamanda bu sistemin daxili strukturunu da əhatə etmişdir.
Hazırda Ümumi Daxili Məhsulun tərkibində qeyri-dövlət sektorunun xüsusi
çəkisinin artdığı, ölkəmizdə bazar iqtisadiyyatına keçidin getdikcə daha da
sürətləndiyi bir şəraitdə dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsinin əsas
alətləri olan fiskal siyasətlə monetar siyasətin düzgün nisbəti xüsusi rol oy-
namışdır. Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tərkibi ciddi dəyi-
ş
ikliklərə məruz qalmışdır. Fiskal siyasətdə xərclərin tərkibində sosial sfera
xərclərinin, investisiya və əsaslı xərclərin xüsusi çəkisi artırılmış, dövlət büdcə-
sindəki əmək haqqı, pensiya və təqaüdlər üzrə olan borclar minimuma endiril-
miş, dövlət büdcəsi ilə yerli büdcələr arasında, həmçinin sosial müdafiə büdcəsi
və digər büdcədən kənar fondlar ilə münasibətlər və qarşılıqlı əlaqələr prinsipi
üzərində qurulmuşdur . qtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi proseslərin
sürətləndiyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şəraitdə maliyyə
siyasətinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasətinin təkmilləşdi-
rilməsi və səmərəliliyinin artırılması üçün geniş imkanlar yaradır. Büdcə-vergi
siyasəti büdcə gəlirlərinin formalaşmasının kəmiyyət parametrlərinin və əsas
39
vəzifələrinin müəyyənləşdirilməsi üzrə dövlətin məqsədyönlü fəaliyyəti kimi iqtisadi
siyasətin əsas alətləri kimi qiymətləndirilir.
Büdcə gəlirlərinin formalaşması, büdcə öhdəliklərinin yerinə yetirilməsi,
büdcə kəsirinin idarə olunması büdcə-vergi siyasətinin mühüm istiqamətləri olduğu
üçün bu siyasətin səmərəliliyi göstərilən istiqamətlər üzrə icraedici hakimiyyət
orqanlarının fəaliyyəti kimi dəyərləndirilir. Dövlətin büdcə-vergi siyasəti inflya-
siyanın aşağı tempinin, kredit bazarında nisbətən ucuz faiz dərəcələrinin
saxlanılmasını təmin edən dövlət xərclərinin məhdudlaşdırılmasına əsaslanmalıdır.
Büdcə-vergi siyasətinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü
təsir göstərir. Buna görə də əsas makroiqtisadi göstəricilərin dinamikası həyata
keçirilən büdcə-vergi siyasətinin səmərəlilik meyarı kimi çıxış edir.
Müasir şəraitdə mülkiyyətin yeni formalarının yarandığı, təsərrüfat
subyektlərinə və idarəetmə orqanlarına sosial-iqtisadi dəyişikliklərin həyata
keçirilməsində geniş hüquqlar verildiyi üçün büdcə-vergi siyasətinin səmərəli
istiqamətləndirilməsinin aktuallığı və əhəmiyyəti daha da artır.
Büdcə gəlirlərinin artırılması mənbələrinin, dövlət xərclərinin idarə
edilməsinin və ona nəzarətin təkmilləşdirilməsi, göstərilən problemlərin həlli üçün
geniş imkanlar yaradır.
Dövlət büdcəsinin gəlirləri iqtisadiyyatda fəaliyyət göstərən bir sıra qanunlar,
iqtisadi kateqoriyalarla yanaşı qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət gös-
tərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan - maliyyə münasibətlərinin müəyyən
bir tərəfini ifadə edir. Büdcə-vergi münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə
və təşkilatlar və əhali arasındakı əlaqələri ifadə etməklə bərabər, həmin mü-
nasibətlərin məcmusu kimi çıxış edir.
Son vaxtlarda iqtisadi ədəbiyyatda ÜDM-in adambaşına düşən həcmi ilə
hesablanan iqtisadi inkişaf səviyyəsi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çəkisi
arasında əlaqənin xarakterini adambaşına düşən ÜDM-in həcmi ilə ÜDM-də dövlət
xərclərinin xüsusi çəkisi arasında sabit bir asılılığın olduğunu müəyən etmək üçün
40
cəhdlər göstərilməkdədir. Aparılan tədqiqatların əksəriyyətindən belə məlum olur ki,
bu iki göstərici arasında pozitiv korrelyasiya əlaqəsi mövcuddur.
Vergi daxilolmaları özəl bölmənin dövlətə transfert ödəmələridir. Dövlətin
özəl bölməyə transfertləri xərclər kimi qeydiyyata alınır. Sahibkarlığın inkişafı ilə
ə
laqədar görülən işlər nəticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çəkisi
2007-ci ildəki 30%-dən 2014-cü ildə 73,3%-ə, 2014-cü ildə isə 84%-ə çatmışdır
(Bax: cədvəl 2.1.).
Cədvəl 2.1.
Ümumi Daxili Məhsulda qeyri-dövlət bölməsinin payı, % -lə
Dostları ilə paylaş: |