21
6. Axırıncı mərhələ - xüsusi proqramlaşdırılmış qurğular
vasitəsilə maşınlar avtomatik idarə olunur.
Bu etapda texniki qurğular
əvvəldən hazırlanmış proqram vasitəsi ilə istehsalatda bütün texniki
əməliyyatları yerinə yetirir. Belə başa düşülə bilər ki, avtomatikanın
bu cür inkişafı insanın maşınları idarə prosesindən xaric edir.
Bu belə
deyildir. Qurğunun təmiri və nəzarətindən başda insan proqram tərtib
edir və onu xüsusi qurğularla ötürür. Maşın və dəzgah hazırlamaqla
metal kəsən dəzgahlardan istifadə edərkən sürətçıxarma və etalon
proqramı yazılır. Ona görə də müəssisələrdə yüksək dərəcəli lekalçılar
işləməlidir ki, əl ilə yüksək dəqiqlikdə “etalon detal” hazırlaya bilsin.
Deməli, yüksək avtomatik istehsalatda (
yüksək inkişaf etmiş
texnikalarda da ) insanın yeri hələ də var. Bu mərhələdən birinci dördü
tədricən aradan qalxır, axırıncı ikisi isə təşəkkül tapmaqdadır.
7. TEXNIKADA MƏZMUN VƏ XARICI FORMA
Texnikada məhsulun xarici formasının
dəyişməsi böyük tarixi
proses keçmişdir. Dəzgahların, maşınların, mebellərin və s.
formalarının dəyişməsi arxitekturanın zamanına uyğun inkişafının
dəyişməsi ilə harmonik olmuşdur. Məsələn: Nortonun torna dəzgahı
(ilk dəfə 1712-ci ildə Norton hazırlayıb) (Şəkil10). Bu dəzgah dövrün
tələblərinə uyğun olaraq “petrov borokko” stilinə uyğun elementlərlə
təmin edilmişdir.
Şəkil 11 – də göstərilmiş Almaniyada hazırlanmış nəqşləmə
dəzgahı isə “rokko” stilinə uyğun gəlir.
XIX əsrin ortalarına qədər maşın,
dəzgah və digər
konstruksiyalar kustar şəkildə hazırlanmışdır. Usta sənətkarlar öz
məharətləri sayəsində zərif müxtəlif bəzəklərlə işlənmiş müxtəlif
dövrlərin arxitekturasını özündə əks etdirən maşın nümunələri
düzəldirdilər. İstehsal artdıqca, maşın və dəzgahların
bədii estetik
görünüşünə diqqət azalmağa başlanmış və arxitekturada olduğu kimi
22
maşınqayırmada da sənayeləşdirmə prinsipi ön plana çəkilmişdir.
Dostları ilə paylaş: