23
Yaradılan yeni konstruksiyalar öz xarici görünüşünə görə çox
uzun müddət özündən əvvəlki konstruksiyaların xarici görünüşünü
özündə saxlayırdı (Şəkil 12).
Şəkil 12. Təyyarənin (a), teplovozun (b) və avtomobilin (c) inkişaf formaları.
Teplavoz və elektrovozlar – paravoza, tramvay və avtomobil –
faytona oxşayırdı. Yalnız uzun müddət təkmilləşmə apardıqdan sonra
onlar müasir şəklə düşmüşdür. Hazırda dizaynerlər yeni
konstruksiyanı yaratdıqda ona elə forma verməyə çalışırlar ki, bu
forma öz funksiyası, təyinatı və işinə uyğun gəlsin. Bu halda forma,
rəng, materiallar bir-birinə və ətraf mühitə uyğun gəlməlidir.