33
İntibah dövrünün məşhur mütəfəkkirlərindən – Leonardo da
Vinçi, Mikkelancelo Bionarroti, Vinola, Palladi, F.Brunelleski, Alberti
mütənasiblik məsələləri ilə ciddi məşğul olmuşlar.
Mütənasibliyin müxtəlif təyini vardır. Məsələn: riyazi
mütənasibliyin yaranması üçün bərabərliyə dörd element daxil
edilməlidir. (a:b=c:d). Həndəsi mütənasiblik isə üç elementdən ibarət
olur. (a:b=b:c). Burada b elementi orta mütənasiblik və ya orta həndəsi
ölçü adlanır.
Iki uyğun düzbucaqlı üçbucaq öz aralarında elə bağlıdırlar ki,
böyük üçbucağın kiçik tərəfi CF, eyni zamanda kiçik üçbucağın
böyük tərəfidir. Bu zaman CF hissəsi AF və FE hissələrinin orta
mütənasiblik parçasıdır. (Şəkil 19).
Dostları ilə paylaş: