31
9. HARMONIKA
Harmonika – yunanca nizam, əlaqə, həmahənglik,
mütənasiblik mənasını verir.
Harmonika – təzahür və proseslərin
daxili və xarici nizami
uyğunluğu, bütövlüyü deməkdir.
Estetikada harmonika – gözəlliyin ən mühüm əlamətlərindən biri
olub, estetik obyektlərin məzmun və formasının uyğunluğu və
bütövlüyünü xarakterizə edir.
İncəsənətdə harmonika –
bədii forma, (ədəbiyyatda
kompozisiyanın vəhdəti) sənətkarın estetik ideyaları və onun həyat
həqiqətlərinə sədaqətindən asılıdır.
Texnikanın yaradılmasında, harmonikanı gözləmək lazımdır.
Tarix boyu harmonika üç mənada qəbul olunmuşdur.
1.
Riyazi 2. Estetik 3. Bədii
Harmonikanın riyazi mənası, bərabərlik deməkdir.
Hissələrin
ölçülərinin bir-birinə uyğunluğu və onların da tam ölçüyə
mütənasibliyi gözlənilməlidir. Harmonikanın riyazi mənası saydadır,
keyfiyyətdə deyil.
Harmonikanın estetik mənası, estetik hisslər əsasında keyfiyyət
göstəricilərinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Harmonikanın bədii baxımdan təminatı,
onun incəsənətlə
bilavasitə əlaqəsi ilə müəyyən edilir.
Harmonikanın bu üç amili əksər hallarda bir-biri ilə bilavasitə
əlaqədardır.
32
10. TƏNASÜB VƏ MÜTƏNASIBLIK
Mütənasiblik dedikdə,cisimlərin hissələri arasında ölçülərin
nisbətinin gözlənilməsi nəzərdə tutulur. Bu nisbətin pozulması bədii
təzahürü azaldır. Qədim Misirdə riyaziyyatçılar,
filosoflar,
arxitektorlar mütənasibliyə böyük diqqət yetirmişlər. Tərəfləri 3:4:5
nisbətində olan məşhur misir üçbucağı piramidaların tikilişində geniş
istifadə olunub. Piramidanın yan tərəfinin hündürlüyü 3:5=0,6≈0,618
qızıl bölgü nisbətinə uyğundur. (Şəkil 18).
Dostları ilə paylaş: