Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə23/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   19   20   21   22   23   24   25   26   27
Avropa-med -metodiki-vesait

 

6. XIX-XX əsrlər mədəniyyəti 

 

6.1. XIX əsr Qərbi Avropa mədəniyyəti 

 

Beləliklə,  XIX  əsrdə  fəlsəfə,  elm,  texnika,  ədəbiyyat  və  incəsənət  sahəsində 

böyük irəliləyişlər oldu.  

XIX  əsrin  bədii  mədəniyyətində  iki  başlıca  mərhələni  qeyd  etmək  olar: 

romantizm  mərhələsi  (yüzilliyin  I  yarısı)  və  dekadans  mərhələsi  (50-ci  illərin 

sonundan I Dünya müharibəsinə qədər).  

“Romantizm”  anlayışı  bədii  cərəyan  olmaqdan  çox-çox  əvvəl  təşəkkül 

tapmışdı.  XVIII  əsrə  qədər  “romantik”  epiteti  roman  dillərində  yazılmış  bədii 

ə

sərlərin  üslub  xüsusiyyətlərini  ifadə  edirdi.  Bunlar  roman,  romans,  cəngavərlər 



haqqında poemalar idi.  

Romantizmin təşəkkülü mürtəce burjua həqiqətləri üzərində ədalətli cəmiyyət 

qurmaq ideyalarını təbliğ edən maarifçilik ideyalarının naümidliyi ilə bağlıdır.  

Romantizmin  çiçəklənməsi  XIX  əsrin  20-30-cu  illərinə  təsadüf  edir. 

Romantizmin yaradıcı metodunu bütün incəlikləri ilə təzahür edən kinayə (yüngül 

və  acı)  təşkil  edirdi.  Sentimentalizmin  xəttini  davam  etdirən  romantizm  hiss, 

həyəcan və ehtiraslara üstünlük verirdi. Bu ruhda yazılmış əsərlər öz parlaqlığı və 

orijinallığı  ilə  fərqlənirdi.  Burada  melanxoliya,  “bəşəri  kədər”,  gözəl  keçmişə 

nastalgiya  hisslərlə  zəngin  olurdu.  Əsərin  qəhrəmanı  ilə  ətraf  mühit  arasındakı 

faciəvi  ziddiyyət  ədəbiyyat,  musiqi  və  rəngarlıqda  aparıcı  mövzu  idi.  Tənhalıq 

motivi bir çox yazıçıların, Bayron, Heyne, Şelli, Stendalın yaradıcılığında başlıca 

yer  tutub.  Musiqi  sənətində  gözəlliyi  duymağın  sıxıntı,  kədərlə  təzahürü  Şuman, 

Ş

ubert, Berlioz yaradıcılığında üstünlük təşkil edirdi.  



Romantizm  əvvəlcə  Fransanı,  daha  sonralar  Avropanı  lərzəyə  salan  nəhəng 

sosial  çevrilişlər  cəmiyyət  tərəfindən  sakit  qarşılanmadı,  inqilabdan  ümidi  boşa 

çıxan ictimai psixologiyaya güclü təsir göstərdi. İnsanın zahiri həyatına olan maraq 

onun emosional, mənəvi aləminə olan maraqla əvəz olundu.  




 

30

Mədəniyyət və incəsənətdə insana, bir tərəfdən yanaşma yeni bir istiqamətlə əvəz 



olundu.  Mədəniyyət  və  incəsənətdə  insana,  bir  tərəfdən  yanaşma  yeni  bir 

istiqamətlə  əvəz  olundu.  Bu  özünü  öncə  romantizmdə  daha  sonralar  realizmdə 

göstərdi.  

Romantik  sənətə  aşağıdakı  xüsusiyyətlər  xasdır:  burjua  gerçəkliyinə  qarşı 

nifrət;  burjua  maarifçiliyinə  və  klassisizminin  rasionalist  prinsiplərindən  qəti 

surətdə imtina edilməsi və s.idi.  

Romantizmin  mənəvi  –  estetik  pafosu  insan  ləyaqətinin  təsdiqi,  mənəvi  – 

yaradıcı  həyatının  özünüqiymətləndirilməsi  ilə  bağlı  idi.  Bütün  bunlar  sonra 

azadlığa can atan romantik qəhrəman obrazlarında öz əksini tapmışdır.  

Almaniyada  təşəkkül  tapan  romantik  dünyagörüşü  və  romantik  estetikası 

tezliklə  bütün  Avropaya  yayılır.  O,  mənəvi  mədəniyyətin  bütün  sahələrini  – 

ə

dəbiyyat, musiqi, teatr, humanitar elmlər, plastik incəsənəti əhatə edir.  



XIX  əsrin  I  yarısında  Avropada romantik  fəlsəfə  mövcud  idi. İohann  Qotlib 

Fixte (1762-1814), Fridrix Vilhelm Şellinq (1775-1854), Artur Şopenhauer (1788-

1860) və b. 

Romantizmin  zirvəsini  Ernst  Toedor  Amadey  Hofman  (1776-1822) 

yaradıcılığı  təşkil  edir.  Alman  romantizminin  bu  görkəmli  yazıçısı,  həm  də 

istedadlı  musiqiçi,  karikatura  ustası  idi.  Onun  əsərlərinə  dramatizm  və  sarkazm, 

lirika  və  qrotesk  kimi  keyfiyyətlər  xasdır.  Həqiqət  və  fantastika  aləmi  ilə 

qarşılaşaraq Hofman fantastikanı kinayə ilə təhlil edir.  

İ

ngiltərədə  lirik  romantizmin  görkəmli  nümayəndəsi  Corc  İoel  Qordan 



Bayron  (1766-1824) oldu.  Bayron əsərlərinin  mərkəzində qəmgin  əhval-ruhiyyəli 

obraz  sivil  cəmiyyətindən  Şərqə  doğru  cəhd  göstərərək  ehtiras  və  coşqun  hisslər 

axtarır. Özünün şərq poemalarında “Korslar”, “Abidoslu gəlin”, “Lara” əsərlərində 

Bayron zülmə qarşı fəal mübarizə aparır. O həm də fəlsəfi poemaların müəllifidir. 

“Manfred”,  “Don  Juan”  məhz  belələrindəndir.  Bu  əsərində o, öz idealını – siyasi 

azadlığa cəhd göstərən obrazı tərənnüm edir. Fəal humanizmi və peyğəmbərcəsinə 

uzaqgörənliyi onu bütün Avropada tanıtmışdır.  

İ

ngilis romantizminin digər nümayəndəsi c.Kits və P.B.Şelli hesab edilir. 




 

31

XIX  əsrdə  Fransa  ədəbiyyatında  mütərəqqi  romantizmin  görkəmli 



nümayəndələri V.Hüqo və Jorj Sand hesab edilir.  

Viktor  Hüqo  (1802-1885)  çox  çətin  və  mürəkkəb  inkişaf  yolu  keçmişdir. 

Hüqo yaradıcılığında azadlıq və təbiiliyi tərənnüm edirdi. Bütün bu tələblər Viktor 

Hüqonun “Kromvel” pyesində öz əksini tapıb. Onun məşhur romanlarından “Paris 

Notrdam  kilsəsi”,  “Dəniz  əməksevərləri”,  “Gülən  adam”,  “Səfillər”  bəşəri 

ə

həmiyyət kəsb etdi. Çünki burada XIX əsrin ən kəskin sosial problemləri əksini 



tapırdı.  Yazıçının  son  romanı  olan  “Doxsan  üçüncü  il”  Fransa  inqilabına  həsr 

edilir.  

Romantizmdə demokratik cərəyanın görkəmli nümayəndəsi Jorj Sanddır (əsil 

adı  Avrora  Dyüdevandır,  1804-1876).  Onun  əsərlərinin  əsas  motivi  sosial 

məsələlərdir.  “İndiana”,  “Valentina”,  “Leliya”,  “Jak”  adlıı  romanlarında  qadının 

ailə  və  cəmiyyətdəki  vəziyyəti  ilə  əlaqədar  problemlərə  toxunulur.  Onun  bir  çox 

ə

sərləri tərcümeyi-hal məzmunludur.  



Almaniyada  romantik  operanın  ilk  nümayəndəsi  E.T.A.Hofman  (“Undina” 

operası)  və  K.M.Veber  (1786-1826)  idi.  K.M.Veber  alman  milli  opera  sənəti 

uğrunda mübarizə apararaq bu xalqın azadlığı və ölkənin birləşməsini əsərlərində 

təcəssüm etdirirdi.  




Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin