Microsoft Word Avropa medeniyyeti metodiki vesait doc



Yüklə 234,68 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix09.05.2022
ölçüsü234,68 Kb.
#56904
1   ...   19   20   21   22   23   24   25   26   27
Avropa-med -metodiki-vesait

7.  Mədəniyyət və sivilizasiya 

 

Mədəniyyətlə  bağlı  olan  anlayışlardan  biri  də  “sivilizasiya”dır.  Bu  termin 

latın  dilindəki  “sivilis”  sözündən  götürülərək  “vətəndaş”,  “mülk”,  “dövlət” 

mənalarını  ifadə  edir.  Dilimizdə  bu  termini  çox  vaxt  “inkişaf”,  “tərəqqi” 

mənalarında işlədirik. Əlbəttə, “sivilizasiya” anlayışı özünün ilkin mənasında məhz 

bu  məzmunu,  yəni  “tərəqqi”ni  ifadə  edir.  Çox  zaman  bizə  elə  gəlir  ki,  “tərəqqi” 

yalnız müasiri olduğumuz bu günə aiddir. Amma əslində tarix boyu mədəniyyət və 

sivilizasiya  anlayışları  bir-biri  ilə  bağlı  olmuşdur.  Məsələn,  qədim  sivilizasiyalar 

haqqında  şahidlik  edən  abidələr  bunun  bir  daha  canlı    nümunəsidir.  Bəzən  isə, 

sivilizasiyanın  modern  texnikası  ilə  bağlılığına  güvənilir.  Əslində  sivilizasiya  ilk 

növbədə  insanların  şüurunda,  beynində  olmalıdır.  Məhz  bu  xüsusiyyətinə  görə 

görkəmli filosof İ.Kant qeyd edirdi ki, sivilizasiya insanın öz həyatı və davranışını 

nizama salandan sonra başlayır.  

Sivilizasiya  inkişafın  ən  yüksək  mərhələsi,  eyni  zamanda,  süqutun 

başlanğıcıdır.  Bunu  sübut  etmək  üçün  tarixi  mərhələlərin  bir-birini  əvəz  edərək 

süqutlarının nümunəsi kifayətdir. Belə ki, onların süqutuna səbəb bu mərhələlərin 

özünəxas  ən  yüksək  inkişafı,  xüsusilə,  təsərrüfatın  tərəqqisi  idi.  Tarixi  inkişaf 

prosesinə  uyğun  olaraq  sivilizasiyaların  da  formaları  mövcuddur:  quldarlıq, 

feodalizm, kapitalizm və s.  

Mədəniyyət  və  sivilizasiya  anlayışlarını  müxtəlif  aspektlərdən  tədqiq 

edənlərin hamısını bir nöqteyi-nəzər birləşdirir ki, bu da bir neçə məqam ilə izah 

edilir.  Bunlar  ilk  növbədə  aşağıdakılardır:  birincisi  “mədəniyyət”  anlayışı 

“sivilizasiya” anlayışına nisbətən daha genişdir.  

Bütöv bir sistem kimi mədəniyyət iki formada anlanılır: maddi mədəniyyət və 

mənəvi mədəniyyət. Mədəniyyətin bu iki formaya bölünməsi iki mühüm istehsal – 

maddi  və  mənəvi  istehsalın  mövcudluğuna  uyğundur.  Maddi  mədəniyyət  insanın 

maddi-istehsal  fəaliyyətinin  bütün  sahələrini  əhatə  edir.  Buraya  əmək  vasitələri, 

yaşayış və gündəlik məişət əşyaları, geyim, nəqliyyat vasitələri və s. aiddir.  




 

35

Mənəvi mədəniyyətə isə, mənəvi istehsal sahəsi və onun nəticələri, məhsulları 



aid  edilir.  Buraya  şüurun  bütün  sahələri  –  elm,  mənəviyyat,  tərbiyə  və  maarif, 

hüquq, fəlsəfə, incəsənət, ədəbiyyat, folklor, din və s.aiddir.  

 

İ


Yüklə 234,68 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin