ranışı şüurla tənzim olunur. Buna görə də, ilk növbədə, şüura təsir
tanı insana inandırmaq lazım gəlir. Buna görə də inandırma metod-
ları gərəkdir.
24
normaları izah etməklə, inandırmaqla yanaşı, həm də onun bu norma-
lara uyğun davranması, hərəkət etməsi, fəaliyyət göstərməsi, müsbət
adətlərə yiyələnməsi, alışması vacibdir. Ona görə də alışdırma
metodları gərəkdir.
Deməli, tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq,
iradəsini möhkəmlətmək, sonra da onda müsbət adətlər yaratmaq və
bu yolla da şüurla davranışın vəhdətinə nail olmaq, düzgün davranış
təcrübəsi formalaşdırmaq lazımdır. Tərbiyə işində insanın hissi aləmi,
duyğuları mühüm rol oynayır. Rəğbət-nifrət, sevinc-kədər,
xeyirxahlıq-bədxahlıq, humanizm-eqoizm, həzz-ikrah hissləri insanın
davranışını, rəftarını, hərəkətlərini, fəaliyyətini stimullaşdırır.
Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq
yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Nəticədə insan
qəlbində bədxahlıq, qəddarlıq, laqeydlik, habelə bir çox nəfs
xəstəlikləri – paxıllıq, tamahkarlıq, kin, qeybət, acgözlük yuva salır və
insanı xoşagəlməz yollara çəkir.
Deməli, insan qəlbini nəcib hisslərlə zənginləşdirmək, gözəl
ürək tərbiyə etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir
göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə edilir. Ona
görə də rəğbətləndirmə və cəzalandırma metodları gərəkdir.
Dostları ilə paylaş: