Microsoft Word Azf-285346. doc


Magistrant  həmçinin tərbiyə prosesində ailənin  fəaliyyətini



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   49   50   51   52   53   54   55   56   ...   76
Azf-285346

      Magistrant  həmçinin tərbiyə prosesində ailənin  fəaliyyətini 

öyrənməlidir.  

Ailə özünəməxsus spesifik xüsusiyyətləri ilə xarakterizə olu-

nan, psixoloji çalarlara malik və bir sıra funksiyaları icra edən kiçik 

sosial qurumdur. Qədim tarixə  və kökə bağlı olan ailə  məsələləri, 

şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə 

də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri 

dəyərlərin, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü 

rolunu oynayır. Ailə Azərbaycan xalqının psixologiyasının aparıcı 

qüvvəsidir. Zamanın təfəkkür süzgəcindən bu günə kimi gələn və 

aktual səslənən ailə  və onun formalaşması  məsələləri Azərbaycan 

xalqının deyimlərində  həmişə ülvi və müqəddəs ölçülərlə  dəyərlən-

dirilmişdir. Xalqımız ailəni müqəddəs ocaq saymışdır.  Şəxsiyyətin 

təşəkkülündə ailənin rolunu başlıca qeyd etmək lazımdır. İki nəslin, 

soyun qovşağında yeni ailə əmələ gəlir. “Ailə bir-birinə məişət bir-



liyi və qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan insanların nigah və 

qan qohumluğuna əsaslanan birliyidir”. Bu birlikdə ailədaxili müna-

sibətlərin hansı  səviyyədə inkişafı ailənin hazırkı  və  gələcək 

durumunu səciyyələndirən əsas faktordur. 

 “Ailə” dedikdə dəqiq müəyyən edilmiş maraqları və məqsəd-

ləri olan mini ictimai qrupu nəzərdə tutulur. Ailənin əsas məqsədi qa-

lib gəlmək, özünü qorumaq, ailə üzvlərinin  əsas tələbatını ödəyə 

bilmək və nəslin davamını təmin etməkdir. 



 

39

Bəzi pedaqoq və psixoloq alimlər ailənin  əsasən,  cinsi, 



reproduktiv, tərbiyəvi (yaxud sosiallaşma), iqtisadi və  bərpaedici 

funksiyalarını qeyd edirlər: 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin