Microsoft Word Azf-285346. doc


Ailənin bərpaedici funksiyası



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə56/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
Azf-285346

Ailənin bərpaedici funksiyası  insan üçün sağlamlaşdırıcı, 

psixoterapevtik mühitdir. Bu mühitdə ailədaxili ünsiyyət önəmli əhə-

miyyət kəsb edir. İnsan həyatının mühüm hissəsi ailədə-həyat yol-

daşı, uşaqlar və qohumlarla ünsiyyətdə keçir. Bu ünsiyyətin düzgün 

bərpası ailənin gələcək imkanlarını və inkişafını şərtləndirir. 

Burada  ər-arvadın  şəxsi həyatı ilə bağlı  məsələlər  əhəmiyyət 



 

40

kəsb edir. Səmimi və qarşılıqlı hörmət və məhəbbət əsasında qurulan 



ünsiyyət ailədəki bütün yorğunluqları aradan qaldırır, problemlərin 

asan həlli yollarını tapır. Bu əsasən qadın və kişinin bir-birinə 

münasibətində və uşaqların valideynlərə olan münasibətində təzahür 

edir. Ana-ata və uşaqların ünsiyyəti, onların istirahəti üçün mənəvi-

psixoloji  şəraitin yaradılması, asudə vaxtın səmərəli təşkili və s. 

məsələlər ailənin bərpaedici funksiyasına daxildir. Qeyd etdiyimiz 

funksiyaların spesifik mahiyyətinə nəzər salsaq, görərik ki, bunların 

hamısında əsas aparıcı qüvvə ər və arvad birliyidir. Ailə münasibət-

ləri, məhz bu birlikdə zühur edir. Ailədaxili münasibətlər ailəyə 

məxsus tipoloji xüsusiyyətləri əks etdirir. 

Ailə məsələlərində pedaqoji-psixoloji münasibətlər mühüm rol 

oynayır. Ailə münasibətləri cəmiyyətdə  bərqərar olmuş ictimai 

münasibətlərlə  də bilavasitə bağlıdır. Cəmiyyət dəyişdikcə ailə  də 

dəyişir və inkişaf edir. Elə bu mənada qeyd etmək lazımdır ki, bir 

vaxtlar mürəkkəb ailələrin hökm sürdüyü cəmiyyətdə artıq nuklear-

laşmış ailələr üstünlük təşkil edir. Cəmiyyətin  əsas özəyi olmaqla 

ailə orada olan bütün dəyişikliklərə öz münasibətini bildirir. Ailə qar-

şılıqlı münasibətlərin mənəvi aspektinə yönəlmişdir, belə ki, o eyni 

zamanda həm sosioloji, həm də bioloji quruluşdur. 

Ailə ilə  məktəb arasında sıx  əlaqə olmalıdır.  Bu    zaman 

uşaqların təlim və tərbiyəsi lazımi səviyyədə həyata keçirilə bilər. Bu 

işdə  məktəb aparıcı mövqedə olmalıdır. Təcrübələrdən məlum 

olmuşdur ki, ailə və məktəb arasında əlaqələrin zəif olması, uşaqların 

da tərbiyəsinə mənfi təsir göstərir.  

Uşaqların təlim və tərbiyəsinə  mənfi təsir  göstərən səbəblərin 

bəzilərini  aşağıdakı kimi sıralaya bilərik: 

1. Bir  çox ailələrin iqtisadi vəziyyətinin aşağı olması ; 

2. Sosial həyatda  mədəni səviyyənin aşağı olması; 

3.  Ailədə  qadının iki qat yüklənməsi: onun həm ailədə çox 

işləməsi, həm də sosial işdə çox  çalışması ; 

4.  Boşanma amili. 

5. Ailədə valideynlər  arasında daimi çəkişmələr; 

6. Ailədə uşaqlara nəzarətsizlik və etinasızlıq; 



 

41

7. Ailə üzvləri  arasında birliyin olmaması; 



8. Ailə üzvləri  arasında müxtəlif maraq dünyaları; 

9. Ailə və məktəb arasında birliyin olmaması; 

10. Müəllim və tərbiyəçilərin ailəyə zəif təsiri. 

        Məktəbin ailəyə, ailənin də  məktəbə    tərbiyəvi təsiri olduqca 

önəmlidir. Ailədə  həm yaşlılar, həm də  uşaqlar tərbiyələnirlər. 

Ailənin gənc nəslin tərbiyəsində rolu böyükdür. Bu səbəbdən ailənin 

maarifləndirici təsiri üç cəhətdən özünü göstərir: a)Tərbiyənin ailənin 

yaşlı üzvlərinə verilməsi; b)  ailə topluluğunun özlərinin öz  

üzvlərinə  tərbiyəvi təsiri; c) uşaqların öz valideynləri ilə daimi 

əlaqəsi və  valideyn –övlad münasibətlərinin düzgün qurulması.  

Müəllim – şagird, Şagird – valideyn münasibətlərində müəllim  daha 

böyük tərbiyəvi təsir qüvvəsinə    və  əlverişli imkanlara malikdir. 

Pedaqoji təcrübələr  zamanı  məlum oldu ki,  valideynlər  əsasən 

müəllimin maarifləndirici söhbətlərindən xeyli   faydalanırlar. 

Valideynlərin apardığı iş sistemli  xarakter  daşımalıdır. Belə ki: 

1.Valideynlər məktəbin, sinfin işinə  cəlb  edilməli, onlar pedaqoji iş 

aparmalı.  

2. Valideynlərin uşaqların təlim və  tərbiyəsinə  nəzarət işini təşkil 

etməli. 

3 Övladlarının təlim və  tərbiyəsi ilə  məşğul olmayan valideynlərlə 

sistemli, planlı iş  aparılmalı. 

       Şagirdlərin  ev tapşırıqlarını valideynlərin bilməsi. 

Valideynlərin  şagirdlər üçün xüsusi təlim və  tərbiyə proqramı  tərtib  

etməsi. 


Şagirdlərin maraq və meylinə uyğun olaraq peşə seçiminə kömək 

etməsi. 


  Müəllimlərin valideynlərin iş birliyində  əsas ağırlıq müəllimin 

üzərinə düşür. Müəllim valideyni, məktəbə, pedaqoji işlərə, təlim -  

tərbiyə prosesinə    cəlb etməlidir.  Bu işin həyata  keçirilməsində 

müəyyən etdiyimiz  bəzi pedaqoji prinsiplərə əməl edilməlidir: 

 1.Valideynə  hörmət  prinsipi. 

 2. Valideyndə elementar pedaqoji, psixoloji biliklərin   

     aşılanması 



 

42

 3. Valideynin yaş xüsusiyyətlərinin nəzərə alınması. 



 4. Valideynlik təcrübəsinin nəzərə  alınması 

 5. Valideynin sosial mövqeyinin nəzərə  alınması. 

 6.  Valideynin mədəni səviyyəsinin nəzərə alınması. 

 7. Valideynin ümumi dünyagörüş və bilik səviyyəsinin nəzərə 

alınması. 

  8. Valideynlə iş birliyində nikbinlik və ümidli olmaq  prinsipi.  

Aparılmış elmi tədqiqatlarla müəyyən edilmişdir ki, valideyn-

lərin pedaqoji biliyinin artırılması onlara diferensial yanaşma daha 

səmərəli nəticə  əldə edilməsinə  şərait yaradır. Pedaqoji biliyin 

təbliğində diferensial yanaşma dedikdə, hər hansı bir meyar əsasında 

müəyyənləşdirilmiş valideyn qrupları ilə  məqsədəuyğun və planlı 

şəkildə aparılan nəzəri-metodiki işlər daha səmərəli və keyfiyyətli 

olar.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

43

    FƏNNİN TEMATİK PLANININ MÜXTƏSƏR MƏZMUNU   




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin