keçirilmə forma və metodlarını yaxşı bilməlidir.
Tərbiyə işinin məzmunu dedikdə onun tərkib hissələri və ya
istiqamətləri, sahələri başa düşülür. Tərbiyənin məzmunu çox ge-
nişdir və bu bir çox tərbiyə sahələrini əhatə edir. Müxtəlif pedaqoji
ədəbiyyatda tərbiyənin məzmunu və ya tərkib hissələri müxtəlif say-
da və müxtəlif tərkibdə verilmişdir. Tərbiyə prosesində tərbiyənin
tərkib hissələri arasında sərhəd çəkmək olmaz. Hər hansı bir
tərbiyəvi işdə tərbiyənin müxtəlif sahələri, tərkib hissələri özünü
göstərir. Bu baxımdan tərbiyə işi kompleks xarakter daşıyır və
şəxsiyyətin hərtərəfli, ahəngdar inkişafına xidmət edir. Ümumiləşmiş
şəkildə tərbiyənin məzmununu aşağıdakı kimi təsnif etmək olar. :
Dostları ilə paylaş: |