Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   29   30   31   32   33   34   35   36   ...   76
Azf-285346

Özünütərbiyə  elə bir prosesdir ki, insan əvvəlki nəsillərin 

təcrübəsini öz daxili inkişafını  təmin edən amillərlə  mənimsəyir. 

Özünütərbiyə həyata keçirildikdə insan özünü təhsilləndirə bilər.  

Özünütərbiyə    insanın  şüurlu olaraq qarşısına qoyduğu 



 

26

məqsədə, ideala və inamlarına müvafiq olaraq öz şəxsiyyətində 



dəyişikliklər etməyə yönəlmiş fəaliyyətindən ibarətdir. 

Özünütərbiyə  insan fəaliyyətinin qarşıya qoyulmuş 

məqsədlərə, yaranmış ideal və inamlara şüurlu surətdə müvafiq 

olaraq  şəxsiyyətin dəyişilməsinə istiqamətlənməni nəzərdə tutur. 

Özünütərbiyədə  şəxsiyyətin inkişafının müəyyən səviyyəsi, insanın 

öz davranışını digər insanların davranışı ilə müqayisədə 

şüurluluğunun  təhlili əsas götürülür.  



Özünütərbiyə düzgün aparılan tərbiyənin nəticəsində 

meydana gəlir. Özünütərbiyə tərbiyədən bilavasitə asılı olan pedaqoji 

prosesdir, tərbiyənin müəyyən bir formasıdır. Tərbiyə olmadan 

özünütərbiyədə yüksək nəticələr qazanmaq qeyri-mümkündür. 



Özünütərbiyə adamın öz şəxsiyyətini müsbət mənada 

dəyişdirmək, təkmilləşdirmək, formalaşdırmaq üçün öz üzərində 

şüurlu, məqsədyönlü və müstəqil surətdə 

işləməsidir.    




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin