Microsoft Word Azf-285346. doc


konsepsiyasında  (milli kurikulum)  tərbiyə məsələlərini



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
Azf-285346

konsepsiyasında  (milli kurikulum)  tərbiyə məsələlərini  

bilməlidir. 

O kurikulum  haqqında geniş biliyə  sahib olmalı və bilməlidir 

ki,  

 30 oktyabr 2006-cı ildə Nazirlər Kabineti tərəfindən “Azərbaycan 



Respublikasında ümumi təhsilin konsepsiyası (Milli 

kurikulum)təsdiq olundu. Bəs kurikulum islahatını  zəruri edən 

səbəblər edən nə idi? 

1.  Cəmiyyətdə yeni ictimai siyasi münasibətlərin yaranması 

2.  Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid  

3.  Dünya təhsil sisteminə inteqrasiya 

4.  İnformasiya əsrinin tələbləri 

5.  Təhsilin məqsəd və  vəzifələrinə yeni baxış  və yanaşmaların 

formalaşması 

6.  Mövcud ümumitəhsil proqramlarının müasir tələblərə cavab 

verməməsi 

Kurikulum islahatının meydana gəlməsi yeni pedaqoji anlayışların 

meydana gəlməsi yeni pedaqoji anlayışların yaranmasına zəmin 

yaratdı. Bu anlayışlar hansılardır? 

Alt standart – əsas standartlarda ifadə olunmuş fikrin müəyyən 

hissəsidir. 

Qiymətləndirmə standartı –təhsilalanların nəaliyyət səviyyəsinə 

qoyulan dövlət tələbi 




 

28

Təlim strategiyaları – Təlim prosesində istifadə olunan forma, metod, 



üsul və vasitələrin məcmusudur. 

     Ümumi  təhsil nəticələri – mənimsənilməsi nəzərdə tutulan və 

əvvəlcədən müəyyənləşdirilmiş  təlim nailiyyətlərinin konkret bir 

səviyyəsidir 

      Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin 

reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri 

hissəsidir 

      Məzmun standartı – təhsilalanların bilik və bacarıq səviyyəsinə 

qoyulmuş dövlət tələbləri 

Tədris vahidi – dərslikdəki mövzuların tematik qrupu 

      Resurslar  –  məzmun standartlarının reallaşdırılmasında istifadə 

olunan təlim vasitələri 

Şagird nailiyyəti –bilik və bacarıqlar əsasında qazanılan dəyərlərdir 

     Dəyərlər şəxsiyyəti  şərtləndirən keyfiyyətlərdir.  

Bu sənəddə ümumi təhsil üzrə  təlim nəticələri və  məzmun 

standartları ümumi təhsilin hər bir pilləsində  tədris olunan fənlər, 

həftəlik dərs və  dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji 

prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və 

monitorinq üzrə əsas prinsiplər öz əksini tapdı.  

     Kurikulumların strukturu belə müəyyənləşdirilir. 

1.  Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri 

2.  Ümumi təhsilin səviyyələri üzrə məzmun standartları 

3.  Ümumi təhsil pilləsində tədris edilən bilik 

4.  Ümumi təhsil səviyyələri üzrə  həftəlik dərs və  dərsdənkənar 

məşğələ saatlarının miqdarı 

5.  Ümumi təhsil sistemində pedaqoji sistemin təşkili prinsipləri 

6.  Təlim nailiyyətlərin (nəticələrin) qiymətləndirilməsi və monitorinq 

          Kurikulum sözünə ilk dəfdə Leyden  (1582) və Qlazqo (1633) 

şəhərlərinin universitetlərinin sənədlərində rast gəlinmişdir.  1876 – 

cı ildən təhsil işlərində  ondan bir termin kimi istifadə olunmağa 

başlanmışdır.  XX əsrin 70- ci illərindən  Kurikulum nəzəriyyəsi 

genişlənməyə başlanmışdır.    




 

29

      Kurikulum  hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın 

inkişaf etmiş ölkələrində  yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi 

öz təsdiqini tapmışdır. 

     Azərbaycanda kurikulum termini ötən  əsrin 90-cı illərinin 

sonundan etibarən istifadə olunmağa başlamışdır.  İlk vaxtlar "təhsil 

planı" kimi tərcümə olunaraq istifadə edilsə  də, sonralar 

araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-

normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin