Microsoft Word Azf-285346. doc



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix13.05.2022
ölçüsü1,3 Mb.
#57757
1   ...   27   28   29   30   31   32   33   34   ...   76
Azf-285346

Rəğbətləndirmə  şagirdlərin hərəkətlərinin müsbət qiymət-

ləndirilməsinin, təqdir edilməsinin ifadəsidir.  Rəğbətləndirmə 

müsbət vərdiş  və adətləri möhkəmləndirir. Rəğbətləndirmənin təsiri 

müsbət emosiyaların oyanmasına  əsaslanır. Rəğbətləndirmə-inam, 

xoş əhval-ruhiyyə yaradır, məsuliyyəti artırır. 



Rəğbətləndirmənin növləri müxtəlifdir: bəyənmə, təqdiretmə, 

“Afərin”, “Əhsən” sözləri vasitəsilə  şagirdi ruhlandırmaq, inam 

göstərmək, tərifləmək, təşəkkür elan etmək, tərifnamə vermək, 

hədiyyə ilə mükafatlandırmaq, vəzifəyə irəli çəkmək, fəxri heyətə 

nümayəndə seçmək, şəklini şərəf lövhəsinə vurmaq və s. 

Cəzalandırma metodu pedaqoji-psixoloji təsir metodudur. Bu 

tərbiyə metodu şagirdlərdə arzuolunmaz hərəkətlərin qarşısını almaq, 

onları aradan qaldırmaq məqsədini daşıyır. 

Cəzalandırma metodu xarici stimulları yavaş-yavaş daxili 




 

25

stimullara çevirməyi nəzərdə tutur. Müasir məktəbdə  cəzalandır-



manın müxtəlif formaları tətbiq edilir: 

Şagirdin fəaliyyətini bəyənməmək və işinə irad tutmaq, xəbər-

darlıq etmək, yığıncaqda gördüyü işi müzakirə etmək, tənqid etmək, 

danlamaq, məzəmmət etmək, vəzifədən kənar etmək, valideynini 

məktəbə dəvət etmək, valideynlə şagird haqqında korreksiyaedici fər-

di söhbət aparmaq, töhmət vermək, dərsdən kənar etmək (müəllimlər 

otağına göndərməklə), şagirdin sinfini dəyişmək, şagirdin məktəbini 

dəyişmək, son hədd cəza məktəbdən xaric etməkdir ki, buna nadir 

hallarda yol verilə bilər. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin