İdarə arxivlərində sənədlərin mühafizəsi - onların qorunması üçün müvafiq norma və standartlara uyğun şəraitin ya- radılması, məhv olunması və itirilməsinin qarşısının alınması, lazımi fiziki, kimyəvi və bakterioloji şəraitdə saxlanması kimi kompleks təd- birlərin həyata keçirilməsi ilə təmin edilir.
İdarə arxivində sənədlərin etibarlı mühafizəsi üçün həyata keçirilən kompleks tədbirlərə aşağıdakılar aiddir:
sənədlərin saxlanması üçün optimal şəraitin yaradılması;
sənədlərin arxivdən istifadəyə verilməsi qaydalarının müəyyən edilməsi;
sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması, onların uçotunun aparılması;
xüsusi əhəmiyyətli sənədlərin müəyyənləşdirilməsi və sığorta fondunun təşkili;
sənədlərin fiziki, kimyəvi və bakterioloji mühafizəsinin təmin olunması.
Sənədlərin saxlanması üçün optimal şəraitin yaradılması arxivə müvafiq tələblərə uyğun mühafizəxana otaqlarının ayrılması,
mühafizəxanaların yanğın söndürən vasitələr və siqnalizasiya sistemləri ilə təchiz edilməsi, mühafizəxanalarda lazımi istilik- rütubət, işıq və sanitar-gigiyena rejiminin yaradılması, sənədlərin yerləşdirilməsi üçün xüsusi texniki avadanlıqlardan (qəfəslər, rəflər, seyflər, arxiv qutuları və s.) istifadə olunması ilə təmin edilir.
İdarənin arxivi ayrıca tikilmiş binada və yaxud istehsalat sahəsindən kənarda yerləşən, yanğına qarşı davamlı materiallar- dan tikilmiş arxiv sənədlərinin saxlanması üçün texniki şərtlərə cavab verən uyğunlaşdırılmış binada yerləşdirilir. Binanın arxiv üçün uyğunlaşdırılması, onun müəyyən olunmuş qaydalara uyğun ekspertizadan keçirilməsindən sonra həyata keçirilir. Ekspertiza binanın texniki istismar, yanğından mühafizə, sanitar-epidemioloji dayanıqlılığı öyrənilməklə müvafiq dövlət orqanlarının nümayəndə- lərinin iştirakı ilə aparılır və nəticəsi aktla (ekspertiza rəyi) rəsmiləş- dirilir. Arxivin binanın çardaq və ya zirzəmi hissəsində yerləşdirilmə- sinə icazə verilmir.
Arxivin mühafizəxana otaqlarından qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin keçməsi qadağan olunur. Onun əsas qapısı dəmirdən hazırlanır və ehtiyat çıxış üçün əlavə qapı qoyulur. Mühafizəxanadakı elektrik naqillər bağlı olmalı, elektrik paylayıcı qurğular, bölüşdürücü açarlar mühafizəxanadan kənarda quraşdırılır.
Mühafizəxanaların işıqlandırılması təbii və ya süni yola həyata keçirilir. Günəş şüaları ilə mühafizəxanaların işıqlandırılma- sına icazə verilmir. Təbii işıqlandırma üçün istifadə edilən pəncərə- lərin şüşələri jalüzlə bağlanılır, yaxud rənglənilir. Süni işıqlandırma üçün bağlı plafonlu elektrik lampalardan istifadə edilir. Sənədlər məhdud səviyyədə işıqlandırılan mühafızəxanalarda saxlanılır.
Kondisioner quraşdırılmış mühafizəxanalarda sənəd növlərindən asılı olaraq optimal istilik-rütubət rejimi saxlanılır. Kağız əsaslı sənədlərə 17-19 dərəcə temperatur, 50-55% rütubət, ağ-qara lentlərə 15 dərəcə temperatur, 40-55% rütubət, rəngli lentlərə 2-5 dərəcə temperatur, 40-55% rütubət, maqnit lentlərə və elektron sənəd daşıyıcılarına 15-20 dərəcə temperatur, 50-65% rütubət rejimi yaradılır. Hava və rütubət rejiminin kəskin dəyişdirilməsinə
icazə verilmir. Mühafizəxanada temperatur və rütubət rejimi xüsusi ölçü cihazları ilə nəzarətdə saxlanılır. Nəzarət ölçü cihazları isitmə və havalandırma sistemlərindən uzaq, mühafizəxananın əsas giri- şinə yaxın yerdə yerləşdirilir.
Arxivin mühafizəxana otaqları tozdan, gəmirici və həşərat- lardan qorunur, sanitar-gigiyenik cəhətdən daim təmiz saxlanılır. Mühafizəxanaya üst geyimdə, yaş ayaqqabılarda daxil olmaq, orada qida məhsulları saxlamaq və tütün çəkmək qadağan olunur. Mühafizəxana otaqları sistematik olaraq nəm əski ilə təmizlənir, ayda bir dəfədən az olmamaq şərti ilə döşəmə xüsusi məhlullar əlavə edilmiş su ilə silinir və dezinfeksiya işləri görülür. Təmizlik və sanitar-gigiyenik tədbirlərin görülməsi zamanı antiseptik məhlulların və suyun sənədlərə düşməsinin qarşısı alınır.
Mühafizəxanalar xüsusi mühafizə və siqnalizasiya ava- danlıqları ilə təmin olunur. Mühafizəxana otaqlarının xaricə açılan qapıları dəmirdən hazırlanır, pəncərələr metal haşiyələrlə pərçim- lənir. Qeyri iş vaxtı bütün qapılar möhürlənir, iş vaxtı isə bütün qapılar açarla bağlı saxlanılır. Mühafizəxanaya yalnız arxiv əmək- daşının və müdirinin daxil olmasına icazə verilir, digər şəxslərin girişinə onların müşayiəti ilə şərait yaradılır. Mühafizəxanalardan sənədlərin verilməsi tələbnamə və xüsusi buraxılış vərəqəsi əsasın- da həyata keçirilir.
Sənədlər mühafizəxanalarda mövcud sahədən rasional istifadə etmək şərti ilə, onların kompleks halında saxlanılması və operativ axtarılmasını təmin edən formada yerləşdirilir. Mühafizəxa- nalar metal qəfəslər, şkaflar və seyflərlə təmin edilir. Qəfəslər diva- ra perpendikulyar və daha az işıq düşən səmtdə quraşdırılır.
Mühafizəxanadakı avadanlıqlar (qəfəslər, rəflər) divar- dan və istilik mənbəyindən aralıda, aşağıdakı ölçülərə uyğun quraş- dırılır:
əsas girişdəki qəfəslər arası məsafə - 120 sm;
digər girişlərdəki qəfəslər arası məsafə - 75 sm;
çöl divarla ona perpendikulyar qəfəslər arası məsafə - 75 sm;
sm;
divarla qəfəs və şkafların tinləri arasındakı məsafə - 45
döşəmə ilə qəfəsin alt rəfi arasındakı məsafə - 15 sm;
qəfəsin rəfləri arasındakı məsafə - 35 sm.
Sənədlər qəfəslərdə struktur bölmələr üzrə və xronoloji
ardıcıllıqla yerləşdirilir. Daimi, uzun müddət (on ildən artıq) saxlanı- lan, o cümlədən ləğv edilmiş struktur bölmələrin sənədləri ayrı- ayrılıqda yerləşdirilir. Kağız daşıyıcıda olan daimi saxlanılan sənəd- lər karton qutularda, müvəqqəti saxlanılan sənədlər bağlamalarda, məxfi sənədlər müvafiq növ sənədlərin saxlanması qaydalarına uy- ğun şəraitdə mühafizə edilir. Kino- foto və digər texniki vasitələrlə oxunan sənədlər xüsusi olaraq həmin sənədlərin saxlanması üçün yaradılmış mühafizəxanalarda saxlanılır.
Elektron sənədlər Azərbaycan Respublikası Preziden- tinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 18-ci bölməsində müəyyən olunan norma və standartlara uyğun hazırlanır və mühafizəsi təşkil olunur.
Elektron sənədlərin saxlanılması Azərbaycan Respubli- kası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sənədlərin mübadiləsi Qaydası”na uyğun həyat keçirilir.
Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan idarələrdə dövlət mühafizəsinə təhvil verilən elektron sənədlər Beynəlxalq Arxiv Şurasının qəbul etdiyi İSO 15489 standartına uyğun strukturda hazırlanır (mətnli sənədlər -PDF/A, XML, qrafik və təsviri sənədlər- TİFF , fono -video sənədlər -JPG ).
Proqram vasitələrinin yenilənməsi ilə əlaqədar sənədlər- dən istifadə çətinləşdikdə idarə rəhbərinin qərarı ilə elektron sənəd- lər əvvəlki strukturu qorunmaqla yeni proqram təminatına uyğunlaş- dırılır. Elektron sənədlərdəki məlumatlar birdəfəlik yazılma və çoxqatoxunma imkanı olan optik disklərdə (CD-R, DVD-R) saxlanıl- maqla mühafizə olunur.
İdarə arxivinə daxil olan sənədlər siyahılar əsasında və sənəd növlərinə uyğun mühafizəxanalardakı qəfəslərdə, rəflərdə və şkaflarda yerləşdirilir. Arxivin mühafizəxana otaqları, qəfəslər, rəf- lər, şkaflar nömrələnir. Nömrələnmə yuxarıdan aşağı, soldan sağa aparılır.
Mühafizəxanalarda sənədlərin saxlama yerlərinin dəqiq- ləşdirilməsi üçün qəfəslərin topoqrafik göstəricisi, fondların sayı çox olduğu arxivlərdə isə fondların topoqrafik göstəricisi hazırlanır. Qəfəslərin və fondların topoqrafik göstəriciləri müəyyən olunmuş formada (1№-li əlavə) tərtib edilir və mühafizəxananın girişinə yaxın yerdə yerləşdirilir.
Mühafizəxanalardan işlər akt, tələbnamə və sifariş əsa- sında işçilərə, tədqiqatçılara, fiziki vəziyyətlərinin yaxşılaşdırılması üçün bərpaya və müvəqqəti istifadə üçün digər təşkilatlara verilir və uçot kitablarında qeydiyyatı aparılır. İcra olunmuş tələbnamə və akt sənədlərin mövcudluğunun yoxlanılmasına qədər saxlanılır. Sənədlər müvəqqəti istifadə üçün digər təşkilatlara, məhkəmə və istintaq orqanlarına üç aydan artıq olmamaq şərti ilə verilir.
Elektron sənədlər arxivin mühafizəxanasından elektron sənədin surəti və ya kağız daşıyıcıda surəti kimi verilir. Elektron sənədin surəti idarə rəhbərinin və yaxud digər səlahiyyətli şəxsin elektron imzasından istifadə etməklə, kağız daşıyıcıda olan elektron sənədin surəti isə ümumi qaydada təsdiq olunur.
İstifadəyə verilən iş həm əvvəlcədən, həm də geri qaytardıqdan sonra vərəqbəvərəq baxılaraq yoxlanılır. İstifadəyə verilmiş işin yerinə müvafiq fondun, siyahının və işin nömrələri qeyd olunmuş əvəzedici vərəq qoyulur. İş geri qaytarıldıqdan sonra əvəzedici vərəq götürülür və istifadə olunmuş iş üçün istifadə vərəqi açılır.
İstifadə olunaraq geri qaytarılmış işlərdə çatışmazlıqlar aşkar edildikdə iki nüsxədə akt tərtib edilir və təqsirli şəxs barədə qanunvericilikdə müəyyən olunmuş qaydada tədbir görülür. Sənədlərin daşınması xüsusi mühafizə tədbirləri görülməklə həyata keçirilir, onların ətraf mühitin zərərli təsirlərindən, mexaniki zədələr- dən qorunması təmin edilir.
Daimi dövlət mühafizəsinə təhvil verilən sənədlərin əsaslarında və mətnində fiziki-kimyəvi qüsur aşkar olunduqda dərhal müvafiq uçot jurnalında qeydiyyat aparılır, onların fiziki- kimyəvi vəziyyəti xarakterizə olunur və görüləcək işlər (bərpa, dezinfeksiya, surətlərin çıxardılması və s.) konkret olaraq göstərilir. Sənədlərin fiziki-kimyəvi qüsurlarının qısa müddətdə aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
Arxiv sənədlərinin mövcudluğunun və vəziyyətinin yoxlanılması onların faktiki sayı ilə uçot sənədlərindəki sayının uyğunluğunu müəyyənləşdirmək, o cümlədən bərpa və profilaktik tədbirlərə ehtiyacı olan sənədləri aşkar etmək məqsədilə aparılır. Mövcudluğun yoxlanılması 10 ildə (texniki vasitələrlə oxunan sənədlər üçün 5 il) bir dəfədən az olmamaq şərti ilə aparılır. Arxiv müdiri dəyişdirildikdə, sənədlər başqa yerə köçürüldükdə və başqa fövqəladə hallarda sənədlərin mövcudluğu növbədən kənar yoxlanılır.
İdarə arxivində sənədlərin mövcudluğunun yoxlanılması zamanı onların qəfəslərdə yerləşdirilmə ardıcıllığı dəyişdirilmədən saxlanılır, işin təsvir hissəsinə (sərlövhəsinə, vərəqlərin sayına, şifrəsinə və s.) baxılır və vizual olaraq işin fiziki vəziyyəti öyrənilir. Yoxlamanın nəticələri və catışmazlıqlar aktla rəsmiləşdirilir.
Sənədlərin mövcudluğu və vəziyyətinin yoxlanılması aktı və vərəqi müəyyən olunmuş formada (2 №-li əlavə) hər bir fond üçün tərtib olunur və yoxlamanın yekununda müvafiq fondun fond işinə əlavə edilir. Yoxlanılmış işlərin siyahılarına “yoxlanılıb” ştampı qoyulur və yoxlamanı aparmış şəxs tərəfindən imzalanır. Yoxlama nəticəsində aşkar olunmamış işlərin axtarışı təşkil edilir. Bir il müddətində aşkar edilməmiş işlər müəyyən olunmuş formada tərtib olunmuş akt və müvafiq dövlət arxivinin Ekspert Yoxlama Komissiyası (bundan sonra- EYK) ilə razılaşdırılmış qərar əsasında uçot sənədlərindən xaric edilir.
Yoxlamanın yekununda fondun uçot sənədlərində baş vermiş dəyişikliklərə uyğun olaraq fondun arxiv siyahılarında, o cümlədən nəzarət məqsədi ilə müvafiq dövlət arxivində saxlanılan həmin fondun arxiv siyahılarında zəruri dəyişikliklər edilir.
İdarə arxivi mülkiyyətində olan fondlarında saxlanılan xü- susi əhəmiyyətli və nadir sənədləri aşkar etmək, onların sığorta və istifadə fondlarını yaratmaq hüququna malikdir.