Sənədlərin dəyərinin ekspertizası işinin təşkili və rəsmiləşdirilməsi
Sənədlərin dəyərinin ekspertizadan keçirilməsi Azərbay- can Respublikasının qanunvericilik aktlarına, kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ hüquqi sənədlərinə, sənədlərin
saxlanma müddətləri göstərən nümunəvi və sahə siyahılarına, iş nomenklaturalarına və digər metodiki vəsaitlərə istinad edilməklə həyata keçirilir.
Sənədlərin dəyərinin ekspertizasını keçirmək üçün idarə- də daimi fəaliyyət göstərən Ekspert Komissiyası (bundan sonra EK), tərkibində geniş idarələr şəbəkəsi olan dövlət orqanlarında, baş idarələrdə, səhmdar cəmiyyətlərdə, şirkət və birliklərdə isə Mərkəzi Ekspert Komissiyası (bundan sonra MEK) yaradılır.
MEK (EK) idarə rəhbərinin qərarı ilə məşvərətçi orqan ki- mi yaradılır, onun vəzifə və funksiyaları müvafiq dövlət arxiv təşkila- tı ilə razılaşdırılmış və idarənin rəhbəri tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
MEK (EK)-nın tərkibi idarə rəhbərinin əmri ilə təsdiq edilir. İdarənin arxiv və kargüzarlıq işinə məsul olan vəzifəli şəxsi komissi- yanın sədri təyin olunur. Komissiyanın tərkibinə idarənin peşəkar mütəxəssisləri (3 nəfərdən az olmamaq şərti ilə), idarə arxivinin müdiri və müvafiq dövlət arxivinin (idarənin qəbul mənbəyi olduğu) nümayəndəsi daxil edilir.
MEK (EK)-nın əsas vəzifəsi sənədlərin dəyərinin eksperti- zası işini təşkil etmək, həyata keçirmək və onların daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil vermək üçün seçilməsi, hazır- lanması işini təmin etməkdir.
MEK (EK)-nın əsas funksiyası:
il ərzində yaranmış sənədlərin mühafizə və məhv etmək üçün seçilməsinin təşkili;
iş nomenklaturasının layihəsinə, daimi, uzun müddət saxlanılan, o cümlədən şəxsi heyətə aid sənədlərin siyahılarına və saxlanmalı olmayan sənədlərin məhv etmək üçün ayrılması haqqın- da aktlara baxmaq, təsdiq və razılaşdırmaq üçün müvafiq dövlət arxivinin EYK-ya təqdim etmək;
nümunəvi və sahə siyahılarında olmayan sənədlərin saxlanma müddətlərinin müəyyən edilməsi və dəyişdirilməsi barədə təkliflərini dövlət arxivinin EYK-da baxılmaq üçün hazırlamaq;
bərpaolunmaz dərəcədə korlanmış sənədlərin müəyyən edilməsi, itirilmiş sənədlərin axtarılması və aşkar edilmiş sənədlər barədə aktlara baxmaq;
8.6.4. idarənin arxiv və kargüzarlıq işinə dair normativ və metodiki sənədlərinin layihələrinin hazırlanmasında iştirak etmək, tabeliyində olan idarənin EK-nın fəaliyyətinə metodiki rəhbərlik gös- tərmək.
MEK (EK) öz fəaliyyətini idarənin rəhbəri tərəfindən təsdiq edilmiş illik iş planı əsasında qurur və rübdə bir dəfədən az olma- maq şərti ilə iclaslarını keçirir. İclas protokolla rəsmiləşdirilir, komis- siyanın sədri və katibi tərəfindən imzalanır, idarənin rəhbəri tərəfin- dən təsdiq edildikdən sonra qüvvəyə minir.
İdarə elmi-texniki və xüsusi növ sənədlərin dəyərinin ekspertizasını keçirmək üçün müvafiq sahə üzrə mütəxəssislərdən ibarət Ekspert komissiyası yarada bilər.
Sənədlərin dəyərinin ekspertizası idarənin kargüzarlığın- da işlərin nomenklatur siyahısının tərtib edilməsi və onların idarə arxivinə təhvil vermək üçün hazırlanması məqsədilə, həmçinin ida- rənin arxivində işlərin daimi dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması zamanı həyata keçirilir.
Sənədlərin dəyərinin ekspertizasının keçirilməsi nəticə- sində idarənin struktur bölmələrində daimi və uzun müddət (10 il- dən artıq) saxlanılan və şəxsi heyətə aid sənədlərin siyahıları hazır- lanır (6, 7 №-li əlavə), o cümlədən struktur bölmələrdə müvəq-qəti saxlanılan işlər seçilir, saxlanma müddətləri başa çatmış işlər məhv etmək üçün ayrılır. Sənədlərin həcmindən asılı olmayaraq idarəçilik, elmi-texniki, elektron və şəxsi heyətə aid sənədlərə ayrı-ayrılıqda siyahılar tərtib edilir. Məhv etmək üçün ayrılmış işlərə saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə akt (10№-li əlavə) tərtib olunur. Müvəqqəti saxlanma müddətli işlər ida- rənin işlərin nomenklatur siyahısında müəyyən olunmuş müddətlər- də struktur bölmələrdə saxlanılır.
İdarənin iş nomenklaturasında ”EYK” qeydi olan işlərə vərəqbəvərəq baxılır və tərkibindən daimi saxlanılan sənədlər seçi- lir. Həmin sənədlərdən yeni işlər formalaşdırılır, yaxud uyğun sə-
nədlərdən tərtib olunmuş işlərə əlavə edilir. Yeni formalaşdırılmış işlər sənədlərin ekspertizası başa çatdıqdan sonra tikilir.
İdarə arxivində sənədlərin dəyərinin ekspertizası sənəd- lər dövlət arxivinə təhvil verilmək üçün hazırlandığı dövrlərdə aparı- lır. İlk növbədə təşkilati və sərəncamverici sənədlər (protokollar, qə- rarlar, əmrlər, sərəncamlar, nizamnamələr, əsasnamələr, təlimat- lar), daha sonra plan və hesabat xarakterli sənədlər ekspertizadan keçirilir. Ekspertiza zamanı sənədlərin yarandığı və əsas nüsxələri- nin saxlanıldığı struktur bölmə müəyyənləşdirilir, həmin sənədlərin tərkibindən daimi saxlanma müddətli sənədlər mühafizə üçün seçi- lir, digər strukturlardakı eyni növ sənədlərin təkrarlanan nüsxələri məhv edilmək üçün ayrılır. Sənədlərin əsilləri aşkar edilmədikdə on- ların surətləri daimi mühafizə üçün saxlanılır.
Müvafiq illər üzrə daimi saxlanılan və şəxsi heyətə aid iş- lərin siyahılarına, həmçinin sənədlərin məhv edilmək üçün ayrılması barədə aktına idarənin MEK(EK)-nın iclasında eyni vaxtda baxılır, bəyənilmiş siyahılar və akt təsdiq üçün rəsmi müraciətlə müvafiq dövlət arxivinin EYK-na iki kağız, bir elektron nüsxədə və işlər kar- güzarlıqda başa çatdıqdan 3 ildən gec olmayaraq təqdim olunur. İş- lərin siyahıları və akt dövlət arxivinin EYK-da təsdiq və razılaşdırıl- dıqdan sonra idarənin rəhbəri tərəfindən təsdiq edilir. Akt təsdiq olunduqdan sonra ora daxil edilmiş işlərin məhv edilməsinə icazə verilir.
Akta daxil edilən işlərin saxlanma müddətləri onların kar- güzarlıqda başa çatdığı ildən sonrakı ilin yanvarın 01-dən hesabla- nır (Məsələn: 2010-cü ildə kargüzarlıqda icrası başa çatmış və 5 il saxlanma müddəti müəyyən olunmuş iş 2016-ci il yanvarın 01-dən tez məhv etmə aktına daxil edilə bilməz). İdarənin bütün struktur bölmələrində yaranan saxlanma müddətləri başa çatmış işlərin məhv etmək üçün ayrılması məqsədilə bir akt tərtib edilir və işlər həmin aktda struktur bölmələr üzrə yerləşdirilir. Aktda işlərin sərlöv- hələri idarənin iş nomenklaturasında olduğu kimi yazılır, eyni növ iş- lər bir sərlövhədə birləşdirilir və onların miqdarı cəm halında qeyd edilir. Müvafiq nəzarət orqanları tərəfindən təftiş yoxlamadan keçiril-
məmiş və mübahisəli istintaq, məhkəmə işləri yekunlaşmamış sə- nədlərin məhv etmək üçün ayrılmasına icazə verilmir.
Dövlət arxiv təşkilatı idarə arxivlərində saxlanılan sənəd- lərin daimi dövlət mühafizəsinə təhvil vermək üçün hazırlanması işi- nə nəzarət etmək, o cümlədən səhvən müvəqqəti saxlamaq və ya məhv etmək üçün ayrılmış işləri arxiv siyahılarına daxil etdirmək sə- lahiyyətinə malikdir.
Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olmayan idarələrdə hazırlanan uzun müddət saxlanılan (10 ildən artıq) və şəxsi heyətə aid işlərin arxiv siyahılarına, həmçinin saxlanılmalı ol- mayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında aktlara, idarənin tabe olduğu yuxarı təşkilatın MEK(EK)-da baxılır. MEK (EK)-da razılaşdırılmış siyahı və akt idarənin rəhbəri tərəfindən təs- diq edilir. Bundan sonra işlərin məhv edilməsinə icazə verilir.
Yuxarı təşkilatı olmayan və Milli arxiv fondunun kom- plektləşdirmə mənbəyi siyahısına daxil edilməyən hüquqi (fiziki) şəxslərin fəaliyyəti nəticəsində yaranan sənədlərin (işlərin) arxiv si- yahıları və saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ay- rılması barədə aktları razılaşdırmaq və təsdiq üçün müvafiq ərazidə yerləşən dövlət arxiv təşkilatının EYK-ya təqdim olunur. Dövlət arxiv təşkilatının EYK-da müvafiq qaydada baxılmış arxiv siyahıları və saxlanılmalı olmayan sənədlərin məhv etmək üçün ayrılması barə- də akt idarənin rəhbəri tərəfindən təsdiq edilir və bundan sonra akta daxil edilmiş sənədlərin (işlərin) məhv edilməsi təmin olunur.
Saxlanma müddətləri başa çatmış elektron sənədlərin məhv etmək üçün ayrılması ümumi qaydalara uyğun aparılır və məhv etmə aktı tərtib və təsdiq olunduqdan sonra elektron sənədlə- rin fiziki olaraq və yaxud proqram təminatı vasitələri ilə məhv olun- ması təmin edilir.
Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması haqqında akta daxil edilmiş işlər bərpası mümkün olma- yan formada məhv edilir və ya qaimə əsasında təkrar emal müəs- sisələrinə təhvil verilir. Qaimədə sənədlərin təhvil verilmə tarixi, təhvil verilmiş işlərin miqdarı (çəkisi), sənədləri təhvil verən və qə- bul edən şəxslərin vəzifələri, imzası və soyadları qeyd olunur.