Kargüzarlıqda başa çatmış daimi və uzun müddət (10 ildən artıq) saxlanılan, həmçinin şəxsi heyətə aid işlər müvafiq qaydada tərtib və təsvir olunur, mühafizə üçün idarə arxivinə təhvil verilir. Saxlanma müddətlərinə müvafiq olaraq daimi, uzun müddət (10 ildən artıq) saxlanılan və şəxsi heyətə aid işlər tam, müvəqqəti saxlanılan (10 ildən az) işlər isə qismən tərtib edilir.
İşin tam tərtib edilməsinə onun tikilməsi (cildlənməsi), vərəqlərinin nömrələnməsi, təsdiq vərəqinin, daxili siyahısının ha- zırlanması və üz cildinin təsvir edilməsi daxildir. Müvəqqəti saxlanı-
lan (10 ildən az) işlər müvafiq qaydada tərtib olunmadan dəftərxana qovluqlarında saxlanılır.
İdarənin struktur bölmələrində icrası başa çatmış sənəd- lər təsdiq edilmiş iş nomenklaturuna uyğun olaraq qovluqlarda sis- temləşdirməklə təsvir edilir və saxlama vahidləri formalaşdırılır. Saxlama vahidinə onun sərlövhəsi ilə uyğunluq təşkil edən sənədlər daxil edilir. Sənədlərin təkrarlanan nüsxələri, qaralamalar (xüsusi qiymətli sənədlərin qaralamaları istisna olmaqla), qaytarılmalı olan sənədlər saxlama vahidinə daxil edilmir.
Saxlama vahidlərinin formalaşdırılması zamanı aşağıda- kı tələblər nəzərə alınır:
sənədlər (daimi, uzun müddət və müvəqqəti saxlanı- lan) saxlanma müddətlərinə uyğun ayrı-ayrı saxlama vahidlərində qruplaşdırılır;
saxlama vahidinə sənədin yalnız bir nüsxəsi (əsli) daxil edilir;
saxlama vahidində bir təqvim ilinə aid olan sənədlər daxil edilir (şəxsi işlər, məhkəmə, teatr, təhsil, seçki orqanlarının iş- ləri istisna olmaqla);
saxlama vahidi 250 vərəqdən və 04 sm qalın olma- maqla tərtib olunur;
sənədlər saxlama vahidinə xronoloji ardıcıllıqla (daxil olma və göndərilmə ardıcıllığı), müəlliflərin, coğrafi adların əlifba sı- rası ilə və yaxud sənədlərdəki məsələnin məzmun bağlılığı nəzərə alınaraq yerləşdirilir;
sənəd və ona aid əlavələr tərtib olunma, təsdiq edilmə tarixlərindən asılı olmayaraq bir saxlama vahidində qruplaşdırılır, əlavələrin həcmi 250 vərəqdən artıq olduqda, ayrıca saxlama vahidi tərtib edilir və bu barədə əsas sənəddə müvafiq qeyd aparılır;
sərəncam mahiyyətli sənədlər növlər üzrə müvafiq təq- vim ili daxilində xronoloji ardıcıllıqla qruplaşdırılır;
sərəncam mahiyyətli sənəd ilə təsdiq edilmiş əsasna- mə, nizamnamə, təlimat həmin sənədə əlavə hesab olunur və eyni saxlama vahidində qruplaşdırılır, müstəqil sənəd kimi təsdiq edildik- də isə ayrıca saxlama vahidi tərtib olunur;
əmrlər məzmun və mahiyyətindən (əsas fəaliyyət, inzi-bati-təsərrüfat, kadr), saxlanma müddətlərindən asılı olaraq ayrı-ay- rılıqda qruplaşdırılır;
yuxarı təşkilatlardan daxil olan sənədlər onların icra olunmasına dair sənədlərlə birlikdə, az həcmdə olduqda isə idarə- nin əsas fəaliyyətinə dair sənədlərin tərkibində qruplaşdırılır;
təsdiq edilmiş plan, hesabat, smeta və sair sənədlər onların layihələrindən ayrı qruplaşdırılır;
şəxsi işlərdə sənədlər xronoloji ardıcıllıqla sistemləş- dirilir, şəxsi vərəqlər, şəxsi hesablar əlifba sırası ilə saxlama vahidi- nə yerləşdirilir;
vətəndaşlardan daxil olan müraciətlər (ərizə, təklif və şikayətlər) onların icra olunmasına dair sənədlərlə birlikdə qruplaş- dırılır;
yazışmalar təqvim ili daxilində xronoloji ardıcıllıqla sistemləşdirilir və cavab sənədi daxil olan müraciətin arxasına tikilir. Fəaliyyət sahələrinin xüsusiyyətlərindən asılı olaraq yazışma təhsil, teatr, seçki illəri daxilində də qruplaşdırıla bilər.
Saxlama vahidi dörd yerdən deşik açmaqla sənədin mət- ninin, tarixinin, imzanın sərbəst oxunması mümkün olan tərzdə qa- lın karton üzlü qovluğa tikilir və ya cilidlənir. Tikilmək üçün hazır- lanmış sənədlərdən ara qatlar, metal bəndlər, pərçimlər çıxardılır.
Xüsusi əhəmiyyətli və iri formatlı sənədlər iplə bağlanılan qalın qovluqlarda və ya qutularda saxlanılır. Tələb olunmadan qal- mış şəxsi sənədlər (əmək kitabçası, şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplom və s.) zərfə qoyularaq sənədlərlə birlikdə tikilir. Belə sənəd- lər çox olduqda onlara ayrıca siyahı tərtib olunur. Xüsusi əhəmiy- yətli sənədlər daxil edilmiş saxlama vahidinin əvvəlinə sənədlərin daxili siyahısı, sonuna isə təsdiqləyici vərəq tikilir.
Sənədlərin tamlığını və ardıcıllığını təmin etmək üçün saxlama vahidinə daxil edilmiş vərəqlər (təsdiqetmə vərəqi və daxili siyahı istisna olmaqla) yuxarı sağ küncdən qara karandaşla ərəb rəqəmləri ilə ardıcıl nömrələnir. Bir neçə hissədən (cilddən) ibarət olan saxlama vahidinin hər biri ayrı-ayrılıqda nömrələnir. Daxili siya- hının vərəqləri ayrıca nömrələnir. Şəkillər, çertyojlar, diaqramlar və
böyük ölçüdə (A-2, A-3 formatda) olan vərəqlər arxa tərəfdən sol yuxarı küncdən nömrələnir. Üzərində tam olaraq fotoşəkillər və ya markalar yapışdırılmış, həmçinin bir tərəfdən tikilmiş istənilən ölçülü vərəq bir dəfə nömrələnir. Saxlama vahidinə zərf tikildikdə ilk olaraq zərf, daha sonra zərfin içindəki sənədlərdə nömrələnmə aparılır.
Saxlama vahidinə əvvəlcədən nömrələnmiş sənədlər da- xil edildikdə ümumi ardıcıllığa uyğun olaraq nömrələnmə aparılır, böyük fərq olduğu hallarda vərəqlər yenidən nömrələnir və əvvəlki rəqəmlərin üzərindən karandaşla xətt çəkilir. Saxlama vahidinin əv- vəlki təsdiqedici vərəqi xətt çəkilərək saxlanılır və ona yeni təsdiq edici vərəq tərtib olunur. Vərəqlərin nömrələnməsində az sayda səhvlər olduqda liter nömrələrdən istifadə olunur.
Saxlama vahidi üzrə vərəqlərin sayını təsdiq etmək üçün onun sonuna təsdiqetmə vərəqi tikilir. Təsdiqetmə vərəqi müəyyən olunmuş formada (12 №-li əlavə) hazırlanır. Təsdiqetmə vərəqində saxlama vahidində olan vərəqlərin sayı (rəqəmlə və yazı ilə), liter və buraxılmış nömrələr, daxili siyahıdakı vərəqlərin sayı, ona tikil- miş şəkillərin, markaların sayı göstərilir. Təsdiqetmə vərəqi onu ha- zırlayan şəxs tərəfindən vəzifəsi göstərilməklə imzalanır və tarix qo- yulur. Təsdiqetmə vərəqində sonradan edilən bütün dəyişikliklər müvafiq akt əsasında aparılır. Təsdiqetmə vərəqi saxlama vahidinin sonuna tikilir, saxlama vahidi əvvəlcədən tikilmiş olduqda onun arxa üzünün içəri hissəsinə yapışdırılır.
Saxlama vahidinə uçot aparılması tələb olunan spesifik sənədlər (xüsusi əhəmiyyətli sənədlər, məhkəmə qərarları, istintaq işləri, şəxsi işlər) daxil edildikdə, həmçinin onun sərlövhəsində sənədlərin məzmunu tam əhatə olunmadıqda daxili siyahı tərtib olu- nur.
Daxili siyahı müəyyən olunmuş formada ( 13 №-li əla- və) hazırlanır, orada sənədin ardıcıllıq nömrəsi, indeksi, tarixi, sər- lövhəsi və vərəqlərin nömrələri göstərilir. Daxili siyahı üçün yekun qeyd hazırlanır və siyahıya daxil edilmiş sənədlərin miqdarı və və- rəqlərin sayı barədə məlumat verilir, onu hazırlayan şəxs tərəfindən imzalanır. Daxili siyahı saxlama vahidinin əvvəlinə tikilir. Sənədlərin tərkibində dəyişikliklər baş verdikdə, buna əsas olan sənədlər gös-
tərilməklə daxili siyahının “qeyd” sütununda müvafiq düzəlişlər apa- rılır.
İdarə arxivində tərtib olunan daimi, uzun müddət (10 il- dən artıq) saxlanılan və şəxsi heyətə aid saxlama vahidlərinin üz cildi (bundan sonra-titul vərəqi) müəyyən olunmuş formada (14 №-li əlavə) tərtib olunur. Saxlama vahidinin titul vərəqində idarənin və onun tabe olduğu yuxarı təşkilatın adı, onun yarandığı struktur böl- mənin adı, indeksi, ümumi siyahı üzrə nömrəsi, sərlövhəsi, sənəd- lərin ilk və son tarixiləri, vərəqlərin sayı, saxlama müddəti və arxiv şifri yazılır. Daimi saxlanılan saxlama vahidinin titul vərəqində sə- nədləri qəbul edən dövlət arxivinin adının yazılması üçün yer saxla- nılır.
Saxlama vahidinə daxil edilmiş sənədlərin əhatə olun- duğu illərdə idarənin (struktur bölmənin) adı dəyişdirildikdə və ya həmin saxlama vahidi davam etdirmək üçün digər idarəyə (struktur bölməyə) təhvil verildikdə onun titul vərəqində hər iki idarənin (struktur bölmənin) adı yazılır və əvvəlki ad mötərizəyə alınır.
Saxlama vahidinin sərlövhəsi idarənin işlərin nomenkla- tur siyahısı əsasında yazılır və zərurət olduqda sərlövhədə qismən dəyişikliklər edilir. Saxlama vahidi bir neçə hissədən (cilddən) ibarət olduqda ona ümumi sərlövhə verilir və hər bir hissəyə (cildə) onu fərqləndirən əlamət qeyd olunur. Bu sərəncamların nömrələri, əlifba sırası üzrə hərflər, hissənin (cildin) nömrəsi, coğrafi əlamətlər ola bilər. Sənədlərin surətlərindən tərtib olunmuş saxlama vahidinin sərlövhəsində onların surət olması qeyd olunur, sənədlərin əsli ol- ması onun sərlövhəsində qeyd edilmir.
Saxlama vahidinin titul vərəqində sənədlərin ilk və son tarixləri göstərilir. İlk və son tarixlər sənədlərin hazırlanması, imza- lanması, təsdiq edilməsi və qeydiyyatı tarixləri ilə müəyyən edilir. Protokol, əmr, qərar, sərəncam və s. sənəd növləri ilə formalaşdırıl- mış saxlama vahidinin ilk və son tarixləri gün, ay, il göstərməklə tam olaraq qeyd olunur. Şəxsi işin ilk və son tarixləri işçinin işə daxil olma və işdən azad olma tarixləri ilə müəyyənləşdirilir.
Saxlama vahidinin titul vərəqində qeyd edilən vacib ele- mentlərdən biri vərəqlərin sayı və onun saxlanma müddətidir. Və-
rəqlərin sayı saxlama vahidinin təsdiqedici vərəqi, saxlanma müd- dəti isə idarənin işlərin nomenklatur-siyahısı əsasında müəyyən edilir. Daimi saxlanılan saxlama vahidinin titul vərəqində “daimi sax- lanılmalı” ifadəsi yazılır.
Saxlama vahidinin arxiv şifri müvafiq arxiv fondunun, arxiv siyahısının və saxlama vahidinin siyahı üzrə nömrələrinə uy- ğun müəyyənləşdirilir və işlərin siyahısı müvafiq dövlət arxivinin EYK-da təsdiq olunduqdan sonra onlara arxiv şifri qoyulur.