Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


İdarə arxivlərində sənədlərin arxiv siyahılarının hazırlanması



Yüklə 125,57 Kb.
səhifə42/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   38   39   40   41   42   43   44   45   ...   50

İdarə arxivlərində sənədlərin arxiv siyahılarının hazırlanması





    1. Saxlama vahidləri struktur bölmələrdə hazırlanmış siya- hılar əsasında idarənin arxivinə təhvil verilir. Struktur bölmələrin si- yahıları bu Təlimatın 11.2-ci və 11.3-cü bəndlərində müəyyən olun- muş qaydalara uyğun iki nüsxədə hazırlanır. Daimi, uzun müddət saxlanılan və şəxsi heyətə aid saxlama vahidləri üçün (o cümlə-dən elektron) ayrı-ayrılıqda siyahılar tərtib edilir.

    2. Siyahının təsvir elementi saxlama vahidi, onun struktur elementləri isə təsvir bəndi, yekun qeydi, təsdiqetmə vərəqi və elmi- məlumat aparatı təşkil edir. Siyahının 1-ci sütununda saxlama vahi- dinin siyahı üzrə ardıcıllıq nömrəsi, 2-ci sütununda iş nomenklaturu üzrə kargüzarlıq indeksi, 3-cü sütununda sərlövhəsi və xarici xüsu- siyyəti, 4-cü sütununda ilk və son tarixləri, 5-ci sütununda vərəqlərin sayı və 6-cı sütununda isə fiziki vəziyyəti, digər struktur bölmələrə verilməsi barədə məlumatlar qeyd olunur (7 №-li əlavə).

    3. Siyahılar aşağıdakı tələblərə uyğun hazırlanır:

      1. saxlama vahidləri siyahıda idarənin iş nomenklaturu- nun hazırlanmasında tətbiq edilən sistemləşdirmə sxeminə uyğun yerləşdirilir;

      2. saxlama vahidi siyahıya ayrıca nömrə ilə daxil edilir, bir neçə hissədən (cilddən) ibarət saxlama vahidinin hər bir hissəsi (cildi) müstəqil nömrə ilə siyahıya daxil edilir. Sərlövhəsi eyni olan bir neçə saxlama vahidi siyahıya daxil edildikdə, birinci daha əvvəlki tarixə malik olanın sərlövhəsi tam olaraq yazılır, digərlərin yerinə

“həmin iş” ifadəsi qeyd olunur. Siyahının davamı yeni səhifəyə keç- dikdə saxlama vahidinin sərlövhəsi yenidən tam olaraq yazılır.

    1. siyahının sütunları müvafiq saxlama vahidinin titul vərə- qində qeyd olunmuş məlumatlara uyğun tam və dəqiq doldurulur.

    2. Siyahının sonunda ora daxil edilmiş saxlama vahidlərinin ilk və son nömrələri, miqdarı (rəqəm və yazı ilə) göstərilməklə mü- əyyən olunmuş formada (15 №-li əlavə) yekun qeydi yazılır, həmçi- nin buraxılmış və liter nömrələr barədə məlumat verilir. Siyahı onu hazırlayan şəxs tərəfindən imzalanır və struktur bölmə rəhbəri tərə- findən təsdiqlənir.

    3. Saxlama vahidlərinin sərlövhələri siyahıya daxil edilməz- dən əvvəl onların düzgün təsvir və tərtib olunması yoxlanılır, aşkar edilmiş qüsurların tam aradan qaldırılması təmin olunur.

Saxlama vahidlərin idarə arxivinə təhvil verilməsi struktur böl- mə rəhbərləri ilə razılaşdırılmış və idarə rəhbərinin təsdiq etdiyi qra- fik əsasında həyata keçirilir.

    1. İdarə arxivi struktur bölmələrdən təhvil verilən işlərin si- yahıları əsasında arxivdə mühafizə olunan daimi, uzun müddət sax- lanılan və şəxsi heyətə aid saxlama vahidlərinin illik icmal siyahıları- nı hazırlayır. Daimi saxlanılan saxlama vahidlərinin siyahılarına zə- rurət olduqda idarənin nomenklatur-siyahısında “EYK” qrifi yazılmış işlərdən daimi saxlanmaq üçün seçilmiş sənədlərdən tərtib olunan saxlama vahidləri də daxil edilir.

    2. Daimi saxlanılan saxlama vahidlərinin ümumi icmal arxiv siyahısı müəyyən olunmuş formada (7 №-li əlavə) hazırlanır. Siya- hının təsvir bəndlərinə (sütunlarına) bu Təlimatın 11.2-ci bəndində qeyd olunan məlumatlar daxil edilir. Siyahıya daxil edilmiş saxlama vahidləri ardıcıl olaraq nömrələnir, sonradan aşkar olunan saxlama vahidi liter nömrə ilə siyahıya daxil edilir. Saxlama vahidlər tam ola- raq siyahıya daxil edildikdən sonra yekun qeyd yazılır.

    3. Daimi, uzun müddət saxlanılan və şəxsi heyətə aid sax- lama vahidlərinin icmal arxiv siyahısının elmi-məlumat aparatına si- yahının titul vərəqi, müqəddimə, qısaldılmış sözlərin siyahısı, mün- dəricat və tarixi arayış aiddir.

    4. Arxiv siyahının titul vərəqi müəyyən olunmuş formada (16 №-li əlavə) hazırlanır. Titul vərəqində fondtəşkiledənin və fon- dun adı, nömrəsi, siyahının adı, nömrəsi, sənədlərin ilk və son tarix- ləri yazılır, həmçinin sənədləri qəbul edən dövlət arxivinin adının yazılması üçün yer saxlanılır.

    5. Müqəddimədə idarənin yaranma tarixi, onun hüquqi əsası, fəaliyyət istiqamətləri, strukturu, tabe olduğu yuxarı təşkilat, siyahıdakı işlərin miqdarı, məzmunu, tərkibi, xronoloji sərhədləri, iş- lərin sistemləşdirilməsi, təsviri qaydaları barədə məlumat verilir. Müqəddimə tərtib olunma tarixi qoyulmaqla hazırlayan şəxs və ar- xiv müdiri tərəfindən imzalanır.

    6. Arxiv siyahısında istifadə olunan qısaldılmış sözlərin açıqlanması qısaldılmış sözlərin siyahısında verilir. Arxiv siyahısı bir neçə bölmədən, altbölmələrdən ibarət olduqda onun mündəricatı hazırlanır və mündəricatda müqəddimə, qısaldılmış sözlərin siyahı- sı, bölmələr, altbölmələr qeyd olunmaqla onların yerləşdiyi və- rəqlərin nömrələri göstərilir.

    7. Arxiv fonduna tarixi arayış tərtib edilir. Tarixi arayışda fond təşkiledənin, fondun tarixi, onun sənədlərinin tərkibi, məzmu- nu, elmi-məlumat aparatı haqqında məlumatlar verilir. Tarixi arayı- şın birinci hissəsinə idarənin yaradılmasını zəruri edən amillər gös- tərilməklə xronoloji ardıcıllıqla aşağıdakı məlumatlar daxil edilir:

      1. qanunvericilik aktına, digər hüquqi sənədə istinad et- məklə idarənin və onun varisi olmuş təşkilatın yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında;

      2. idarənin dövlət aparatı sistemində, ölkənin iqtisadi, si- yasi, sosial-mədəni və digər fəaliyyət sahələrində tutduğu yeri və rolu haqqında;

      3. idarənin əsasnaməsi (nizamnaməsi) ilə müəyyən olunmuş vəzifələri, funksiyaları, səlahiyyətləri və onların dəyişdiril- məsi haqqında;

      4. idarənin fəaliyyət dairəsi və ona tabe olan təşkilatlar sistemi haqqında;

      5. idarənin adında, strukturunda və tabeliyində baş ver- miş dəyişikliklər haqqında.

    8. Tarixi arayışın ikinci hissəsində fondun tarixi ilə bağlı məlumatlar, sənədlərin ilk dəfə arxivə daxil olmasının tarixi, onların həcmi, ilk və son tarixləri, sənədlərin tərkibində baş vermiş dəyişik- liklər, onun səbəbi (ekspertizası, itirilməsi), sənədlərin təsvir və sis- temləşdirilməsinin xüsusiyyətləri, sənədlərin miqdarı və elmi-mə- lumat aparatının tərkibi barədə məlumatlar verilir.

    9. Tarixi arayış iki nüsxədə hazırlanır, arxivə məsul əmək- daş və onu hazırlayan şəxs tərəfindən imzalanır. Tarixi arayışın bir nüsxəsi dövlət arxivinə (sənədlər ilk dəfə təhvil veriləndə) təhvil verilir, digər nüsxəsi isə idarə arxivində saxlanılır. Fondtəşkiledənin və fondun strukturunda dəyişikliklər baş verdikdə tarixi arayışa əlavələr olunur.

    10. Daimi, uzun müddət saxlanılan və şəxsi heyətə aid saxlama vahidlərinin icmal arxiv siyahısının illik bölməsi kağız və elektron nüsxələrdə hazırlanır. Siyahıya daxil edilmiş saxlama va- hidlərinin sayı dörd rəqəmli həddə çatdıqda siyahı başa çatmış he- sab olunur. Başa çatmış siyahıya fond vərəqi üzrə nömrə verilir, ye- kun qeydi (15 №-li əlavə) və təsdiqetmə vərəqi (12 №-li əlavə) tərtib olunur.

    11. İdarənin şəxsi heyətə aid sənədlərindən formalaşdırıl- mış saxlama vahidləri icmal arxiv siyahıda aşağıdakı ardıcıllıqla sis- temləşdirilir :

      1. şəxsi heyətə aid əmrlər;

      2. işçilərin siyahısı;

      3. kadrların (işçilərin) uçotu vərəqələri;

      4. şəxsi işlər (şəxsi işlərə ayrıca siyahı tərtib olunmadıq-

da);

      1. işçilərin əmək haqqı üzrə şəxsi hesabları(əmək haq-

qının hesablanması cədvəlləri);

      1. tələb olunmayan əmək kitabçalar (ayrıca siyahı olma- dıqda);

      2. bədbəxt hadisələr barədə aktlar.

    1. Böyük miqdarda işçi personalına malik olan və il ərzin- də çoxlu sayda sənəd yaranan idarələrdə şəxsi heyətə aid sənəd- lərin hər bir növü üçün ayrıca siyahı tərtib edilə bilər.

    2. Şəxsi işlər işçinin işdən azad olunduğu il üzrə siyahıya alınır və il daxilində əlifba sırası ilə sistemləşdirilir. Sənədləri dövlət mühafizəsinə təhvil verən idarələrdə şəxsi heyətə aid işlərin siyahı- ları iki nüsxədə tərtib edilir, hazırlayan şəxs və kadr qurumunun rəhbəri tərəfindən imzalanır.

    3. Struktur bölmələrdən saxlama vahidlərinin idarə arxivi- nə qəbulunu arxivin məsul əməkdaşı həyata keçirir. Arxivin əmək- daşı müvafiq struktur bölmənin nümayəndəsinin iştirakı ilə saxlama vahidlərinin idarənin iş nomenklaturuna uyğun tərtib və təsvir olun- masını, onların siyahı üzrə miqdarını, xüsusi əhəmiyyətli sənədlər olan saxlama vahidlərinin vərəqlərinin sayını yoxlayır. Siyahının hər iki nüsxəsində qəbul edilmiş saxlama vahidlərinin miqdarını rəqəm və yazı ilə qeyd edir, tarix qoymaqla imzalayır. Siyahıya daxil edil- miş saxlama vahidlər aşkar olunmadıqda aktla rəsmiləşdirilir və on- ların axtarışı üçün tədbirlər görülür.

    4. İdarə arxivinə təhvil verilən elektron sənədlərin maddi daşıyıcısının fiziki vəziyyəti, sənədin maddi daşıyıcıya yazılması və onun keyfiyyəti, həmçinin elektron sənədin düzgün təsvir olunması, saxlama vahidinə arxiv siyahı üzrə şifrənin qoyulması, qoşma sə- nədlər kompleksinin mövcudluğu yoxlanılır. Elektron sənədlərin mü- hafizəsi və istifadəsinin təmin olunması üçün qoşma sənədlərdə müvafiq elektron sənədin adı, yaradılması tarixi, fiziki və məntiqi strukturu, konteksi, həqiqiliyi, sənədlərin həcmi barədə məlumatlar verilir.

    5. Elektron informasiya sistemində yaradılan və yaxud maddi daşıyıcıda olan elektron sənədlər idarə arxivinə iki nüsxədə (əsas və istifadə) hazırlanmış siyahı əsasında təhvil verilir. İdarənin elektron informasiya sistemində olan sənədlərdən elektron imza faylı daxil etməklə qovluqlar (saxlama vahidlər) formalaşdırılır. Elek- tron saxlama vahidləri və onların arxiv siyahıları idarə rəhbəri və ya- xud müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir.

    6. İdarə arxivinə maddi daşıyıcıda təhvil verilmiş elektron sənədlərin saxlama vahidinin yerləşdirildiyi qutunun üzərində fond təşkiledənin adı, fondun nömrəsi, siyahının və saxlama vahidinin

nömrəsi, əsas və ya istifadə nüsxəsinin olması, elektron sənədlərin ilk və son tarixləri, sənədlərin həcmi, formatı barədə məlumatlar verilir.


    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin