Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili



Yüklə 125,57 Kb.
səhifə44/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   40   41   42   43   44   45   46   47   ...   50

Arxiv fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili





      1. Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlərdə idarələrdə yaradılan ar- xivlərdə müvəqqəti saxlanıldıqdan sonra daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilir. Sənədlər dövlət arxivlərinə elmi- texniki cəhətdən qaydaya salınmış şəkildə və elmi-məlumat aparatı ilə birlikdə qəbul olunur.

      2. Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olmayan qeyri dövlət təşkilatlarının sənədlərinin dövlət arxivlərinə təhvil veril- məsi həmin sənədlərin sahibi ilə dövlət arxiv təşkilatı arasında im- zalanmış müqavilə əsasında həyata keçirilir.

      3. İdarə arxivlərində sənədlərin müvəqqəti saxlanma müd- dətləri aşağıdakı kimi müəyyən olunur:

        1. respublika dövlət hakimiyyəti orqanlarının sənədləri üçün -15 il;

        2. rayon və şəhər hakimiyyəti orqanlarının sənədləri üçün -5 il;

        3. yerli özünüidarəetmə orqanlarının sənədləri üçün –5 il;

        4. elmi-texniki sənədlər üçün—15 il (bu müddət sənədin praktik əhəmiyyət saxladığı müddətə artırıla bilər);

      1. vətəndaşlıq vəziyyəti aktları, notarial fəaliyyət və məh- kəmə işləri, şəxsi heyət barədə sənədlər üçün–75 il;

      2. kino, foto, fono, videoyazılar üçün –3 il;

      1. Göstərilən müddətlər zəruri hallarda Azərbaycan Res- publikası Milli Arxiv İdarəsinin razılığı ilə dəyişdirilə bilər. Sənədlərin vaxtından əvvəl daimi dövlət mühafizəsinə verilməsi onların itirilmə- si təhlükəsi olduqda və yaxud idarənin müraciəti ilə müqavilə əsa- sında həyata keçirilir.

      2. Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan ida- rənin mülkiyyət forması dəyişdirilərək nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs yaradıldıqda sənədlər müvəqqəti olaraq yeni ya- radılmış hüquqi şəxsin arxivində saxlanılır və qanunla müəyyən olunmuş müddət başa çatdıqdan sonra dövlət arxivinə qəbul edilir. İdarə tam olaraq özəlləşdirildikdə sənədlər dövlət mühafizəsinə təh- vil verilir.

      3. Milli arxiv fondunun komplektləşdirmə mənbəyi olan ida- rə ləğv edildikdə onun arxiv sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsini ləğvetmə komissiyası təşkil edir. Komissiya müvafiq ida- rənin komplektləşdirmə mənbəyi olan dövlət arxivinin nümayəndə- sinin iştirakı ilə ləğv edilmiş idarənin arxiv sənədlərinin onun varisi olan təşkilatın, varisi olmadıqda yuxarı təşkilatın idarə arxivinə təh- vil verilməsini təmin edir. Yuxarı təşkilat ləğv edilmiş idarənin arxiv sənədlərini onun fəaliyyət göstərdiyi ərazidə yerləşən dövlət arxivi- nə təhvil verə bilər.

      4. Varisi və yuxarı təşkilatı olmayan ləğv olunmuş hüquqi şəxslərin arxiv sənədlərinin elmi və əməli əhəmiyyətə malik hissəsi müvafiq ərazidə yerləşən dövlət arxivinə təhvil verilir. Elmi və əməli əhəmiyyət kəsb etməyən müvəqqəti saxlanılan sənədlər isə hüquqi şəxslərin dövlət reyestrindən çıxardılması barədə qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin fili- al və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respub- likasının Ədliyyə Nazirliyinin və onun rayon (şəhər) qeydiyyat şöbə-

lərinin, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən si- yasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qu- rumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin, kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyi- nin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanlarının, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Na- zirliyinin, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəsmi bildirişi ol- duğu halda, bu təlimatın 8.14-cü bəndində müəyyən olunmuş qay- dada rəsmiləşdirilməklə məhv etmək üçün ayrılır.

      1. Sənədlərin müvafiq tələblərə uyğun qaydaya salınması, elmi-texniki cəhətdən işlənilməsi idarənin vəsaiti hesabına həyata keçirilir. Ləğv edilmiş və varisi olmayan idarənin sənədlərinin qay- daya salınması, dövlət mühafizəsinə təhvil vermək üçün hazırlan- ması məsələsi idarənin ləğvetmə komissiyası ilə arxiv təşkilatı ara- sında bağlanmış müqavilə əsasında həll olunur. Sənədlər dövlət mühafizəsinə müvafiq dövlət arxivi ilə idarə arasında razılaşdırılmış plan-qrafik əsasında təhvil verilir.

      2. Sənədlər dövlət arxivinə EYK-da təsdiq olunmuş siyahı- lar əsasında təhvil verilir və müəyyən olunmuş formada hazırlanmış təhvil-qəbul aktı ilə (18 №-li əlavə) rəsmiləşdirilir. Siyahının bütün nüsxələrində sənədlərin dövlət arxivinə təhvil verilməsi barədə qeydlər aparılır.

      3. Təhvil verilən işlərin siyahıdakı işlərlə uyğunluğu yoxla- nılır, işlərin faktiki sayı ilə siyahının yekun qeydində göstərilən say arasında fərq yarandıqda, siyahının yekun qeydində işlərin faktiki miqdarı və çatışmayan işlərin nömrələri göstərilir. Təhvil-qəbul aktı- na işlərin aşkar olunmaması barədə arayış əlavə olunur və işlərin axtarılması istiqamətində tədbirlər görülür. İtirilmiş sənədlər onların surətləri ilə əvəz edilir.

      4. Daimi dövlət mühafizəsinə təhvil verilən sənədlərin fizi- ki-kimyəvi, sanitar-gigiyenik və texniki vəziyyəti öyrənilir, elmi-tex- niki cəhətdən qaydaya salınması yoxlanılır və aşkar olunmuş qü- surlar sənədləri təhvil verən idarənin imkanları hesabına aradan qaldırılır.

      5. Daimi dövlət mühafizəsinə maddi daşıyıcıda təhvil veri- lən elektron sənədlərin həqiqiliyinə və bütövlüyünə sənədləri təhvil verən təşkilat, maddi daşıyıcıdan istifadə olunmadan elektron infor- masiya sistemləri vasitəsilə təhvil verilən elektron sənədlərə görə isə onları təhvil verən və təhvil alan tərəflər eyni məsuliyyət daşıyır- lar.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin