20 aprel 2016-cı il tarixdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş
Ümumimüddəalar
Dövlət hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşki- latların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddət- ləri göstərilməklə nümunəvi Siyahı»sı (bundan sonra–Siyahı) «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun, “Milli Arxiv fondu haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.
Siyahıya dövlət orqanlarının, idarə, müəssisə və təşkilat- ların (bundan sonra-idarələr) fəaliyyəti nəticəsində yaranan eyni tipli sənədlər, həmçinin onların idarəçilik, elmi-texniki və istehsalat fəaliyyəti nəticəsində yaranan digər sənədlər daxil edilmişdir.
Sənədlərin tərkibi və saxlanma müddətləri onların bilava- sitə öyrənilməsi, Azərbaycan Respublikası dövlət arxiv xidməti mü- təxəssislərinin, istehsal və sosial-mədəni sahə mütəxəssislərinin tövsiyələri, həmçinin elmi-tədqiqat, layihə, konstruktor, texnoloji, pa- tent işlərinin, avtomatlaşdırılmış sistemlərin, müxtəlif idarə sistemlə- ri üzrə sənədlərin saxlanma müddətləri göstərilməklə siyahıları, elə- cə də sənədləşdirmə prosesini tənzimləyən müasir normativ sənəd- lər nəzərə alınmaqla müəyyən edilmişdir.
Siyahı eyni tipli sənədlərin saxlanma müddətlərinin müəy- yənləşdirilməsi, onların saxlanması və məhv edilməsində əsas nor-
mativ sənəd kimi idarələrin ümumi istifadəsi üçün nəzərdə tutul- muşdur.
Siyahı Azərbaycan Respublikası Milli arxiv fondu sənədlə- rinin mühafizəsi, təşkili və tərkibinin keyfiyyətcə yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Siyahıdan həmçinin işlərin formalaşdırıl- ması, iş nomenklaturalarının tərtibi, sənədlərin təsnifat sxeminin, ayrı-ayrı idarəçilik sahələri üzrə siyahılarının hazırlanmasında, elə- cə də arxiv orqanlarının ekspert-yoxlama komissiyalarının (EYK) və idarələrin ekspert xidmətlərinin işinin təşkilində istifadə edilə bilər.