Microsoft Word Belediyyelerde arxiv ishi-toplu-son variant


İşlərin nomenklatur-siyahısının tərtib edilməsi



Yüklə 125,57 Kb.
səhifə40/50
tarix22.01.2022
ölçüsü125,57 Kb.
#51487
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

İşlərin nomenklatur-siyahısının tərtib edilməsi





    1. Kargüzarlıqda yaranan işlərin düzgün formalaşdırılması və uçotu məqsədi ilə hər bir idarədə işlərin nomenklatur siyahısı tər- tib olunur. İşlərin nomenklaturu idarənin kargüzarlığında yaranan işlərin saxlanma müddətləri göstərilməklə müəyyən olunmuş forma- da sistemləşdirilmiş sərlövhələrinin siyahısıdır.

    2. İşlərin nomenklatur-siyahısının tipik, nümunəvi və fərdi növləri vardır.

Tipik nomenklatur siyahı eyni tipli təşkilatlarda yaranan işlər üçün tərtib edilir və normativ sənəd hesab olunur.

Nümunəvi nomenklatur siyahı yuxarı təşkilat tərəfindən hazır- lanır, burada idarənin struktur bölmələrində və tabeliyində olan təş- kilatların kargüzarlığında yaranan işlər struktur bölmə və ya fəaliy- yət sahələri üzrə indeksləşdirmə aparılmaqla qruplaşdırılır. Nümu- nəvi nomenklatur siyahı tövsiyə xarakterli sənəd hesab olunur.



Fərdi nomenklatur siyahı tipik və ya nümunəvi nomenklatur si- yahı əsasında konkret bir idarə üçün hazırlanır. Bu zaman idarənin kargüzarlığında yaranması güman edilən və onun profilinə uyğun olan işlərin sərlövhələri nümunəvi və tipik nomenklatur siyahılardan seçilir, konkret bir idarənin işlərin nomenklatur siyahısına daxil edi- lir və işlərin saxlanma müddətləri dəyişdirilmədən saxlanılır.

    1. İdarənin işlərinin nomenklatur siyahısı müəyyən olunmuş formada (11№-li əlavə) struktur bölmələrin təsdiq edilmiş analoji no- menklatur siyahıları əsasında idarənin kargüzarlıq xidməti tərəfin- dən hazırlanır, xidmətin rəhbəri imzalayır, arxiv müdiri viza qoyur, idarənin MEK(EK)-da baxılır və müvafiq dövlət arxivinin EYK-ı ilə razılaşdırıldıqdan sonra idarənin rəhbəri tərəfindən təsdiq edilir.

    2. Növbəti ilin işlərin nomenklatur siyahısı cari ilin sonuncu rübündə hazırlanır, növbəti ilin yanvarın 01-dən tətbiq olunur. İşlərin nomenklatur siyahısı 5 ildə bir dəfədən gec olmayaraq dövlət arxiv təşkilatı ilə razılaşdırılır, idarənin strukturunda dəyişiklik baş verdikdə yenidən hazırlanaraq razılaşdırmaq üçün təqdim edilir.

    3. İşlərin nomenklatur-siyahısı idarənin fəaliyyətində yara- nan sənədlərin məzmunu və tərkibi öyrənilməklə hazırlanır. Onun

hazırlanmasında idarənin və onun struktur bölmələrinin əsasnamə- lərindən (nizamnaməsindən), ştat cədvəllərindən, daimi və uzun müddət saxlanılan sənədlərin siyahılarından, sənədlərin saxlanma müddətlərini göstərən sahə və nümunəvi siyahılardan, işlərin no- menklatur siyahılarından istifadə edilir.

    1. İşlərin nomenklatur-siyahısına daxil edilən işlərin sərlöv- hələri idarənin bütün fəaliyyət sahələrində yaranan sənədlərin məz- munu və tərkibini əhatə edə biləcək səviyyədə tərtib edilir. İşlərin nomenklatur siyahısına müvəqqəti fəaliyyət göstərən orqanların (ləğv etmə komissiyaların və s.) sənədləri daxil edilir, çap nəşrləri (kitab, jurnal, qəzet) daxil edilmir.

    2. İşlərin nomenklatur siyahısının bölmələri (altbölmələri) idarənin əsasnaməsi və ya ştat cədvəli ilə təsdiq olunmuş struktur bölmələrinə uyğun və müvafiq ardıcıllıqla yaradılır (Misal: katiblik, kadr və hüquq şöbəsi, maliyyə şöbəsi, memarlıq və tikinti şöbəsi, ti- kinti sektoru və s.)

    3. İşlərin nomenklatur siyahısının sütunları aşağıdakı qayda da doldurulur :

      1. 1-ci sütunda işlərin indeksi və ardıcıllıq nömrəsi yazılır. İşin indeksi idarənin kargüzarlıq haqqında təlimatına (əsasnaməyə, ştat cədvəlinə) əsasən struktur bölməyə verilmiş nömrəni ifadə edir, ardıcıllıq nömrəsi isə nomenklaturun bölmələri daxilində işin ardıcıl- lığını müəyyən edir. İndeks və ardıcıllıq nömrəsi ərəb rəqəmləri ilə yazılır (Misal: 02/05, burada 02 struktur bölmənin indeksi, 05 işin ardıcıllıq nömrəsidir). İş nomenklaturasının müxtəlif bölmələrində təkrarlanan eyni növ işlərə uyğun ardıcıllıq nömrələrinin verilməsi tövsiyə olunur (Misal: Əgər idarənin əsas fəaliyyət üzrə əmrləri iş nomenklaturanın 1-ci bölməsində 01-05 kimi nömrələnibsə, digər bölmələrdə müvafiq işlər təkrarlandığı hallarda 02-05 və yaxud 04- 05 kimi nömrələnməli).

      2. 2-ci sütunda işlərin sərlövhələri yazılır. Nomenklaturun bölmələri daxilində işin sərlövhələri onların əhəmiyyətliliyi və məntiqi bağlılığı nəzərə alınmaqla sistemləşdirilir. İlk növbədə ali hakimiyyət orqanlarından, yuxarı təşkilatlardan daxil olan qərarlar, sərəncamlar, təlimatlar, əsasnamələr, daha sonra idarə rəhbərinin

qərar, əmr və sərəncamları, plan-hesabat xarakterli sənədlər, daha sonra müvafiq ardıcıllıq üzrə digər sənədlər daxil edilir. Coğrafi ad- lara və müəlliflik əlamətinə görə formalaşdırılmış işlər nomenklatu- run bölmələrində əlifba sırası üzrə yerləşdirilir. İşin sərlövhəsində sənədlərin məzmunu və tərkibi barədə dəqiq məlumat verilir, müx- təlif yazışma, müxtəlif materiallar, ümumi yazışma kimi qeyri-müəy- yən ifadələrdən istifadə edilməsinə icazə verilmir (Misal: İdarənin yaradılması, strukturu, ştat sayı və digər məsələlərə dair yuxarı təş- kilatlarla yazışma). Eyni məsələyə aid olub kargüzarlıqda ardıcıl- lığına görə əlaqəli olmayan sənədlərdən formalaşdırılmış işlərin sərlövhələrində “sənədlər” sözündən istifadə edilir və mötərizədə sənədlərin növləri göstərilir (Misal: Vətəndaşların müraciətlərinə ba- xılmasına dair sənədlər (məlumatlar, icmallar, analitik təhlillər və s); İstehsalat normalarının, qiymətlərin, tarif və maaş dərəcələrinin mü- əyyən edilməsinə dair sənədlər (hesablamalar, aktlar, arayışlar, rəylər, məlumatlar və s). Müvafiq sənədlər və onlara aid əlavələr- dən formalaşdırılmış işin sərlövhəsində “sənədlər” sözündən istifa- də oluna bilər (Misal: Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “ 00“- “000“ №-li sərəncamları və onlara əlavə olunan sənədlər; Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya ic- laslarının protokolları və onlara aid sənədlər).

      1. 3-cü sütunda il ərzində yaranmış müvafiq işlərin miqdarı göstərilir və təqvim ilinin sonunda doldurulur.

      2. 4-cü sütunda sənədlərin saxlanma müddətlərini göstə- rən nümunəvi və sahə siyahıları əsasında işin saxlanma müddəti və müvafiq siyahı üzrə bəndi göstərilir, siyahı olmadıqda nümunəvi və ya tipik işlərin nomenklatur-siyahılarına istinad olunur. Nümunəvi və sahə siyahılarında saxlanma müddətləri göstərilməmiş işlər nomenklatur-siyahıya daxil edildikdə onların saxlanma müddətləri idarənin MEK(EK)-nın təqdimatı əsasında müvafiq sahə üzrə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanında yaradı- lan Mərkəzi ekspert yoxlama komissiyası müəyyən edir.

      3. 5-ci sütunda sənədlərin saxlanma müddətlərinin müəy- yən edilməsində istifadə olunan nümunəvi və sahə siyahılarının adı,

EYK-nın qərarının nömrəsi, tarixi, işin növbəti ilə keçirilməsi və s. barədə zəruri qeydlər aparılır.

    1. Kargüzarlıq ili başa çatdıqdan sonra işlərin nomenklatur- siyahısında il ərzində idarədə yaranmış daimi və müvəqqəti saxla- nılan, həmçinin şəxsi heyətə aid işlərin miqdarı barədə yekun qeyd- lər aparılır.

    2. Kargüzarlığında elektron sənəd dövriyyəsi sisteminin tət- biq olunduğu dövlət orqanlarında, idarələrdə elektron formada yara- dılan sənədlərin siyahıları təsdiq olunur və işlərin nomenklatur siya- hısının qeyd sütununda həmin sənədlərdən elektron işlərin forma- laşdırılması barədə qeydlər aparılır.

    3. Elektron sənədlərin siyahılarına Azərbaycan Respubli- kasının qanunvericilik aktlarında, mərkəzi icra hakimiyyəti orqanları- nın normativ hüquqi sənədlərində elektron formada yaradılması nə- zərdə tutulan sənədlər, həmçinin məlumat, uçot, nəzarət və qeydiy- yat xarakterli digər sənədlər daxil edilir.

    4. Elektron sənədlərin elektron informasiya daşıyıcılarında saxlanması müddəti müvafiq sənədlərin kağız daşıyıcıları üçün qa- nun vericilikdə müəyyən edilmiş müddətdən az olmamaqla müəy- yən edilir. Elektron sənədlərin siyahıları və işlərin nomenklatur siya- hısı kağız əsaslı sənədlər üçün müəyyən olunmuş formaya uyğun həm elektron, həm də kağız daşıyıcıda hazırlanır, müvafiq arxiv təşkilatı ilə razılaşdırılır və idarənin rəhbəri tərəfindən təsdiq edilir.




    1. Yüklə 125,57 Kb.

      Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin