2011
2012
2013
cmalbüdcəsiningəlirləri
23226
22338
23223
Dövlətbüdcəsiningəlirləri
15701
17282
19496
ARDNF-dantransferlər
9000
9905
11350
Vergidaxilolmaları
5472
6026
6664
Neftsektoru
2592
2735
2906
Qeyri-neftsektoru
2880
3291
3764
GömrükKomitəsindəndaxiolmalar
1142
1208
1383
NMR-nınbüdcəgəlirləri*
49
60
65
ARDNŞ-dandaxiolmalar**
6628
4023
2537
DSMF-dandaxiolmalar***
765
975
1125
47
Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları və
gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət
verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədi ilə girov
qoyula bilməz. Dövlət zəmanəti verilmiş hallar istisna olmaqla, Azərbaycan
Respublikası dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri üçün məsuliyyət
daşımır.
Dövlət borcalmaları ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş
proqramların həyata keçirilməsini təmin etmək, dövlət büdcəsinin kəsirini örtmək,
dövlət investisiyalarını maliyyələşdirmək məqsədi ilə həyata keçirilir.Dövlət
borcalmaları və ya dövlət zəmanəti yolu ilə cəlb olunan vəsaitdən istifadə edən
şə
xs kreditorla bağladığı müqavilə və ya müvafiq icra hakimiyyəti orqanı ilə
bağladığı təkrar müqavilə üzrə aldığı vəsaitlərin bölüşdürülməsini, istifadəsini və
qaytarılmasını təmin etməlidir. Bu zaman əsas və təkrar borcalan cəlb olunmuş
vəsaitin istifadəsi və qaytarılması (istifadəçiyə şamil olunmur), öz bank
hesablarının vəziyyəti haqqında məlumatları və digər zəruri məlumatları müvafiq
icra hakimiyyəti orqanına təqdim edir.
Dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,7 faizi
həcmində, mütləq ifadədə isə 776,2 mln. manat vəsait yönəldiləcəkdir ki, bu da
2014-cü illə müqayisədə 4,3 mln. manat və yaxud 0,6 faiz azdır.
48
Cəlb olunmuş vəsaitlərin vaxtında qaytarılmasını təmin etmək məqsədilə müvafiq
icra hakimiyyəti orqanı bu Qanunun 8.1-ci maddəsində göstərilən şəxslər barəsində
Azərbaycan Respublikasının qanunvericiliyinə və onlarla bağlanmış müqavilələrə
uyğun olaraq müvafiq tədbirlər görür. Göstərilən şəxslərin təşkilati-hüquqi forması
dəyişdikdə, onlar yenidən təşkil edildikdə və ya ləğv olunduqda, onların borc
öhdəliklərinin yerinə yetirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi
ilə tənzimlənir.
Dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə
nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Büdcə kəsiri və maliyyələşmə də daxil olmaqla büdcə və xüsusi vəsaitlərin icrası
haqqında aylıq hesabat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət
Xəzinədarlığı Agentliyi tərəfindən tərtib olunur. Xəzinədarlıq tərəfindən hesabatda
Gəlirlər və rəsmi qaydada alınan vəsaitlər, Vergilərdən daxilolmalar, Ümumi dövlət
xidmətləri xərcləri, Ümumi xərclər və xalis maliyyələşmə, Maliyyələşmənin digər
mənbələri kimi məlumatlar göstərilir. Büdcə kəsri və onun maliyyələşməsi haqqında
illik hesabat dövlət büdcəsi üzrə hazırlanır. Bununla yanaşı Naxçıvan MR üçün belə
hesabat forması hazırlanır və illik hesabata daxil edilir. Büdcə kəsiri yalnız bütün
3,70%
44,40%
51,90%
2015-ci il üzrə dövlət büdcəsinin xərclərinin
strukturu ( faizlə)
cari xərcrlər
əsaslıxərclər
dövlət borcuna xidmətlə bağlı
xərclər
49
hesabatların icmallaşdırılmasından sonra məlum olur. Maliyyələşmə üzrə informasiya
təsnifata uyğun olaraq aşağıdakı mənbələrdən alınmalıdır:
Respublika büdcəsinin kəsiri—Dövlət Xəzinədarlıq Agentliyi (birbaşa əməliyyatlar)
tərəfindən, çünki bu məlumatı Yerli Xəzinədarlıq Orqanlarından almaq qeyri-
mümkündür
Yerli büdcənin kəsiri—bütün Yerli Xəzinədarlıq Orqanlarından
Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Respublika büdcəsi, yerli büdcə və xüsusi
vəsaitlərin icrasına dair aylıq hesabat hazırlanır. Bu hesabat özündə dövlət büdcəsindən
maliyyələşməni və onun kəsirini əks etdirir.
Büdcə kəsrinin idarə olunmasında səmərəliliyin artırılması məqsədi ilə Dövlət
Xəzinədarlıq Agentliyi tərəfindən tərtib olunan və büdcənin icrası zamanı reallaşdırılan
gəlirlər və xərclər üzrə illik hesabatlar nəzarət funsiyasını gücləndirir. Respublika
büdcəsi (Respublika və Yerli) və büdcədənkənar resursların
icrası üzrə
cmal
Hesabat, Hesabat ilində Respublika/Yerli büdcənin icrası haqqında müfəssəl hesabat,
Hesabat ilində xüsusi vəsaitlərin icrası haqqında müfəssəl hesabat, Hesabat ilinin 31
dekabr vəziyyətinə Dövlət borcları üzrə hesabat Dövlət Xəzinədarlıq Agentliyi
tərəfindən illik tərtib olunur və büdcə kəsrinin və onun maliyyələşdirilməsinin
yekunlaşdırılmış məlumatlarını özündə əks etdiri.
Büdcəni tarazlaşdırmaq üçün müvafiq hakimiyyət orqanları büdcə kəsirinin son
həddini müəyyən edir. Əgər büdcənin icrası prosesində kəsir müəyyən edilmiş son
həddən çox olarsa və ya büdcə gəlirlərinin daxilolmalarının xeyli azalması baş verərsə,
qanunvericiliklə müəyyən edilmiş qaydada xərclərin ixtisar edilməsi üsulu tətbiq edilir.
Büdcələrin kəsirinin örtülməsi dövlət istiqrazlarının buraxılması və ya kredit
resurslarından, büdcə ssudalarından istifadə edilməsi, dövlət və bələdiyyə əmlakının
satışından daxilolmalar hesabına həyata keçirilir.
cmal büdcədə, dövlət büdcəsinin xərcləri isə 20 milyard 63 milyon manat,
Naxçıvan MR-nin büdcəsinin xərcləri 350,5 milyon manat, Dövlət Neft Fondunun
büdcəsinin xərcləri 11 milyard 291 milyon 800 min manat, Dövlət Sosial Müdafiə
Fondunun büdcəsinin xərcləri 2 milyard 928 milyon 500 min manat, xarici kreditlər
50
hesabına maliyyələşdirilən layihələr üzrə xərclər 1 milyard 114 milyon 200 min manat
nəzərdə tutulub.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 2013-cü illə müqayisədə 2 milyard
307 milyon 500 min manat və ya 17,0 faiz az, 2012-ci ilin faktiki icra göstəricisinə
nisbətən isə 1 milyard 742 milyon 300 min manat və ya 18,2 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2013-cü illə müqayisədə
295,8 milyon manat və ya 11,2 faiz çoxdur.
Xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər 2013-cü ilə nisbətən
185,8 milyon manat və ya 14,3 faiz az, 2012-ci ilin icrasına nisbətən 383,5 milyon
manat və ya 52,5 faiz çoxdur.
Bu göstəriciləri nəzərə almaqla 2012-2014-cü illər əzrindəki büdcə kəsrinin
dinamikasını aşağıdakı diaqramdan görə bilərik.
Büdcə kəsrinin idarə olunmasında səmərəliliyin artırılması və düzgün
maliyyələşmənin təmin edilməsinə nəzarəti həyata küçirmək üçün maliyyə
ə
məliyyatlarının bütün respublika ərazisində həyata keçirilməsini təmin etmək
məqsədilə Dövlət Xəzinədarlıq AgentliyiMaliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş
0
200
400
600
800
1000
1200
1400
1600
1800
2012
2013
2014
Büdcə kəsrinin dinamikası 2012-2014 (fakt)
Büdcə kəsrinin dinamikası 2012-
2014 (fakt)
51
müvəkkil banklardan hər hansı birini seçərək Agent Bank kimi təyin edir. Hər bir Yerli
Xəzinədarlıq Orqanları təyin olunmuş Agent Bank ilə həmin bankda açılmış və
Xəzinədarlığın Tranzit hesabı adlanan bank hesabı ilə işləyir. Təyin olunmuş Agent
Banklar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi
üçün müəyyən edilmiş səlahiyyət dairəsində fəaliyyət göstərirlər. Agent Banklar bütün
dövlət əməliyyatlarını (respublika və yerli gəlirləri, büdcə və büdcədənkənar ödənişləri
və s.) qeydə alırlar. Xəzinədarlığın Tranzit hesablarının fərqli cəhəti ondan ibarətdir ki,
bu hesablar Xəzinədarlığın Cari Hesabının subhesablarıdırlar. Artıq daxilolmalar və ya
ödənişlər hər gün Xəzinədarlığın Tranzit Hesablarından Xəzinədarlığın Cari Hesabına
köçürülərək sıfıra endirilir. Bu o deməkdir ki, əvvəllər qüvvədə olan dövlət maliyyə
resurslarının qabaqcadan Agent Banklara verilməsi praktikası gündəlik hesablaşmalar
sistemi ilə əvəz olunur.
|