3.2 Dövlət büdcəsinin xərclərinin idarə olunması prosesində Xəzinədarlıq
Agentliyinn işinin səmərəliliyinin artırılması
Beynəlxalq təcrübə və respublikamızda formalaşan maliyyə sistemi mövcud
vəziyyətdə Dövlət büdcəsinin xərclərinin idarə olunması prosesində Xəzinədarlıq
Agentliyinn işinin səmərəliliyinin artırılması məsələsinin düzgün və beynəlxalq
standartlara uyğun aparılması üçün müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini və
praktiki olaraq alternativi olmayan qərarın verilməsi Maliyyə Nazirliyinin yeni tədbirlər
planı həyata keçirməsini tələb edir.
Bazar iqtisadiyyatının mövcud olduğu bütün sivil dünya ölkələrində xəzinədarlıq
sistemi dövlət maliyyəsinin əsas elementlərindən biri kimi çoxdan formalaşmış və
səmərəli fəaliyyət göstərir. Hər bir ölkənin konkret inkişaf səviyyəsindən və idarəetmə
prinsiplərindən asılı olaraq, xəzinədarlıq sisteminin yerinə yetirdiyi funksiyalar
çoxşaxəli olub bir-birindən kəskin surətdə fərqlənir. Eyni zamanda yerinə yetirdiyi
funksiyalarla şərtlənən xəzinədarlıq-maliyyə sisteminin əsas tərkib elementlərindən biri
kimi büdcənin icrası üzrə ən vacib iqtisadi qurumların fəaliyyətini əlaqələndirməyə və
dövlətin malik olduğu maliyyə vəsaitlərini optimal idarə etməyə imkan verir.
Dövlət xəzinədarlığının yaradılmasında əsas məqsəd – dövlət maliyyə vəsaitlərinin
optimal idarəetməsinə şərait yaratmışdır. Bu isə təbii ki, xəzinədarlığa aşağıda
göstərilən müvafiq normativ hüquqi aktlarda təsbit olunmuş geniş vəzifə və
funksiyaların tapşırılmasını tələb edir:
- müvafiq qanunvericiliyə uyğun olaraq, büdcə və büdcədənkənar daxilolmaların
mədaxil edilməsi, bölüşdürülməsi və paylanması əməliyyatlarının həyata keçirilməsi;
- büdcə daxilolmaların vəziyyətindən asılı olaraq, təsdiq edilmiş dövlət büdcəsində
nəzərdə tutulmuş tədbirlərin maliyyələşməsinin həyata keçirilməsi;
- dövlət büdcəsi vəsaitlərinin idarə edilməsi. O cümlədən mərkəzləşdirilmiş xərclər
üzrə nəzərdə tutulmuş resurslardan istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə
maliyyə planlaşdırılmasının həyata keçirilməsi;
62
- ehtiyat fondundan və investisiya xərclərindən vəsaitlərin hökumətin müəyyən
etdiyi təyinatlar üzrə yönəldilməsinin təmin edilməsi;
- dövlət büdcəsində nəzərdə tutulmuş xərclər üzrə dövlət öhdəliklrinin qəbul
edilməsi, büdcə təşkilatları tərəfindən alınan malların qəbul edilən iş xidmətlərinin
uçotu üzrə tədbirlərin həyata keçirilməsi və büdcə xərclərinin kassa icrasının yerinə
yetirilməsi;
- dövlət büdcəsində büdcə kəsirinin ötürülməsi üçün nəzərdə tutulmuş
maliyyələşmə mənbələrindən istifadə edilməsi;
- büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin və məqsədli büdcə fondlarının
gəlir və xərclərinin kassa icrasının həyata keçirilməsi;
- xəzinə hesabları üzrə əməliyyatların həyata keçirilməsi və onların uçotunun təşkil
edilməsi;
- dövlət büdcəsindən ayrılan vəsitlərdən təyinatı üzrə istifadə olunmasına, büdcə
təşkilatlarının büdcədənkənar vəsaitlərinin maliyyə orqanları ilə razılaşdırılmış qaydada
təsdiq edilmiş smetalara uyğun istiafdəsində ümumi nəzarətin təşkil edilməsi və s.
Respublikamızda xəzinədarlıq sisteminin yaradılmasına nisbətən gec başlanmasına
baxmayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı və köməkliyi ilə bu sistemin
formalaşdırılması və təşəkkül tapması üçün çox işlər görülmüş, sistemin bütün
elementləri qısa müddətdə uğurla həyata keçirilmiş və əldə olunmuş nəticələr
beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətlindirilmişdir.
Müasir dövrün tələblərinə uyğun olaraq büdcə vəsaitlərinin xərclənməsi
mərkəzləşdirilmiş qaydada Baş Dövlət Xəzinədarlığı tərəfindən həyata keçirilir ki, bu
da ödənişlər üzrə borcların əmələ gəlməsinin qarşısını almağa, büdcə təşkilatlarını
resursla müntəzəm təmin etməyə və zəruri dövlət ödənişlərini vaxtında həyata
keçirməy, büdcə vəsaitlərinin səmərəli xərclənməsi üzərində cari nəzarəti etməyə imkan
verir.
Hazırda respublikamızda beynəlxalq standartlara uyğun xəzinədarlıq sistemi
yaradılmış, dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə olunması
təmin olunmuş, bu vəsaitlərin daxil olması və xərclənməsi üzərində dövlət nəzarəti
63
yaradılmış, dövlət borclarının çevik idarə olunması, lüzumsuz borcların yaradılmasının
qarşısının alınması əsasən təmin olunmuş, respublikada dövlət qiymətli kağızlar
bazarının yaradılması sürətləndirilmişdir.
Xəzinədarlıq sisteminin yaradılması ilə əlaqədar olaraq 5 mindən çox büdcə
təşkilatının 8 mindən çox bank hesabı bağlanmış və həmin dövrdə təşkilatların
hesabında sərbəst büdcə qalığı kimi mövcud olan 34,0 mln.manat vəsait vahid xəzinə
hesabına cəmləşdirərək əmək haqqına və sosial müdafiə üzrə ayırmaların ödənilməsinə
yönəldilmişdir.
Məhz bu tədbirlər nəticəsində respublikanın bütün büdcə təşkilatlarında əmək
haqlarını tamamilə ödəmək, Dövlət Sosial Müdafiə Fonduna büdcə təşkilatları üzrə
borc problemlərini aradan qaldırmaq və xeyli miqdarda büdcə vəsaitlərinə qənaət etmək
mümkün olmuşdu.
Bəzən ölkələrdən fərqli olaraq respublikamızda yaradılmış xəzinədarlıq sistemi
dövlət vəsaitlərinin idarə edilməsində aktiv rola malikdir. Belə ki, büdcə vəsaitlərinin
hərəkətinin tam xəzinə uçotunun aparılması ilə yanaşı dəqiq müəyyən olunmuş və
mövcud qanunvericilklə təsbit edilmiş prosedurlara uyğun olaraq xəzinədarlıq
tərəfindən büdcə təşkilatlarının bütün xərclərinin icrası və ona nəzarət prosesi həyata
keçirilir. Başqa sözlə, xəzinədarlıq respublikamızda büdcənin kassa icrasını həyata
keçirən, büdcə və büdcədənkənar vəsaitlərin hərəkəti haqqında dolğun və hərtərəfli
informasiyaya malik olan yeganə orqan kimi çıxış edir. stənilən dövlətin uğurlu
iqtisadi inkişafı, hər şeydən əvvəl onun malik olduğu maliyyə və maddi ehtiyatlarının
vəziyyəti haqqında dürüst və operativ məlumata malik olmasından, habela onların
effektiv idarə edilməsi imkanından asılıdır. Yaranmış hər hansı vəziyyətin real
qiymətləndirilməsi və qəbul ediləcək qərarın keyfiyyəti, məhz əldə edilmiş ilkin
informasiyanın etibarlılığından asılıdır. Dövlət vəsaitlərinin effektiv idarə edilməsi, cari
vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan vəsaitlərin proqnozlaşdırılmasıvə baş
kredit sərəncamçılarına veriləcək xərc limitlərinin müəyyən edilməsi üçün tələb olunan
məlumat mənbəyi kimi hazırda xəzinədarlıq çıxış edir. Xəzinədarlığın həyata keçirdiyi
xəzinə uçotu və hesabatı kredit sərəncamçıları tərəfindən büdcə vəsaitlərinin istifadə
64
vəziyyəti, təşkilatlar tərəfindən istifadə olunmayan və lüzumsuz yaradılan ehtiyat
vəsaitlərin aşkar edilərək, onların dövriyyəyə cəlb edilməsi, büdcə təxsisatları ilə kassa
xərcləri arasında müddətin maksimum qısaldılması üçün tədbirlərin görülməsi,
büdcədənkənar vəsaitlərin daha çox prioritet tədbirlərin maliyyələşdirilməsinə
yönəldilməsi barədə dolğun məlumatın əldə edilməsi və son nəticədə, dövlət vəsaitlərin
səmərəli idarə edilməsi üçün zəruri baza yaradır.
Büdcə təşkilatlarının nə vaxt və hansı xərcləri həyata keçirəcəyi barədə
məlumatlara malik olmaqla, xəzinədarlıq, vahid hesabın köməyi ilə təşkilatların istifadə
olunmayan və sərbəst olan qalıq büdcə vəsaiti hesabına digər mənbələrdən qısa
müddətə vəsait cəlb olunması barədə özünün hazırladığı proqnozlara düzəlişlər etmək
və kassa kənarlaşmalarını aradan qaldırmaq və ya onun təsirini minimuma endirmək
imkanına malikdir. Xəzinədarlığın vahid hesaba malik olması – onun iqtisadiyyatın
digər sahələrində baş verə biləcək hər hansı neqativ proseslərdən qorunmasını təmin
edir. Bununla yanaşı vahid hesabın yaradılması büdcədə nəzərdə tutulmuş vəsaitlərin
kredit sərəncamçıları tərəfndən müəyyən edilmiş qaydalara uyğun olaraq istifadə
edilməsində məhdudiyyətlər yaratmır. Əksinə, xəzinədarlıq tərəfindən vəsaitlərin
birbaşa son istifadəçilərə çatdırılması ayrılmış vəsaitlərdən büdcə sistemi üzrə mövcud
qanunvericiliyin tələblərinə uyğun istifadə etməklə büdcə təşkilatına öz funksional
vəzifələrini daha effektiv yerinə yetiriməyə imkan verir.
Maliyyə vəsaitlərinin səmərəli istifadə eliməsi ilə yanaşı onların xərcləməsinin
bütün mərhələlərində xəzinədarlıq istənilən səviyyədə büdcənin icrasına ilkin nəzarət
funksiyasını da həyata keçirir. Yalnız bununla dövlət maliyyəsinin vahidliyi və
onlardan istifadə edilməsi təmin edilə bilər.
Respublikamızda xəzinədarlıq sisteminin yaradılmasının ilkin mərhələsində (1997-
1998-ci illər) xəzinə orqanları tərəfindən büdcə təşkilatlarının həyata keçirdikləri yalnız
kassa xərcinə nəzarət olurdusa, sonradan bu nəzarət vəsaitlərin kassa xərcindən əvvəlki
mərhələlərinə də tətbiq olunurdu. Bu mexanizm vəsaitlərin məqsədli istifadəsini təmin
edən daha effektiv vasitəyə çevrildi. 1999-cu ildə dövlət büdcəsinin xərcləri üzrə
öhdəliklərin qəbul edilməsi, 2000-ci ildə isə büdcədən maliyyələşən kredit
65
sərəncamçıları tərəfindən alınan malların, qəbul edilən iş və xidmətlərin xəzinə uçotu
mərhələləri tətbiq edilirdi. Eyni zamanda dövlət vəsaitlərinin səmərəli idarə
edilməsində mühüm əhəmiyyət kəsb edən aşağıdakı müddəalar «Büdcə sistem
haqqında» Azərbaycan Respublikası Qanununda təsbit edilirdi:
- dövlət büdcəsinə bütün daxilolmaların və ödəmələrin, büdcədənkənar haqların
(ödənişlərin),
büdcədənkənar
dövlət
fondlarının
maliyyə
ə
məliyyatlarının
qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı
vasitəsilə icra edilməsi;
- büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət
xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəliklərinin götürülməsi və bu
öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcların xəzinədarlıq
tərəfindən ödənilməsi.
Qeyd etmək lazımdır ki, birinci müddəa – dövlətin malik olacağı və vahid hesaba
daxil olacaq bütün vəsaitlərin, büdcə vəsaitləri hesabına aparılacaq bütün xərclərin
xəzinədarlıq vasitəsilə icra edilməsini və beləliklə, bu əməliyyatları icmal büdcə
balansının tərkib elementinə çevirməklə büdcənin konsolidiyası zamanı kənarlaşdırılan
aradan qaldırılmasını təmin edir. kinci müddəa isə dövlət vəsaitlərinin büdcədə
nəzərdə tutulmuş təyinat və məqsədlərə yönəldilməsini təmin etməklə yanaşı büdcə
təşkilatları tərəfindən alınan malları (iş və xidmətləri) əvvəlcədən yaradılmış öhdəlik
çərçivəsində xəzinə uçotuna qəbul etməklə, lüzumsuz kreditor borclarının
yaradılmasının qarşısını alır. Məhz bu mərhələlərin tətbiqindən sonra keçid iqtisadiyyatı
üçün xarakterik olan və iqtisadiyyatın inkişafına mənfi təsir göstərən ödəməmələr
problemi büdcə təşkilatları üçün demək olar ki, aradan qalxmış, son zamanlar bu
təşkilatlar tərəfindən mövcud tələblər çərçivəsində yaradılan kreditor borcların məbləği
isə kəskin surətdə – on dəfələrlə azalmışdır.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcə və büdcədənkənar vəsaitləri
üzrə maliyyə əməliyyatlarına xəzinədarlıq tərəfindən müəyyən olunmuş qaydada
funksional və iqtisadi təsnifata uyğun surətdə nəzarət edilməsi dövlət satınalmaları
zamanı rəqabət və təminatlı satışın formalaşmasına, büdcə vəsaitlərindən sui-istifadə
66
olunmasının qarşısının alınmasına, ən zəruri xərclərin digər xərclərlə müqayisədə
faktiki yaranmış borcların səviyyəsinə uyğun ödənilməsinə və büdcə təşkilatlarının
kommunal xidmətlər üzrə yaranmış borcların vaxtında və tam ödənilməsinə imkan
vermişdir.
Xəzinədarlıq sisteminin tətbiqi, açılan maliyyələşmə ilə vəsaitlərdən istifadə
müddəti arasında məsafəni azaltmağa, maliyyə resursu olmadan mövcud kassa
vəsaitləri hesabına manevr etməklə maliyyələşmə dövrünü minimuma endirməyə imkan
verir ki, bu da büdcənin icrası üzrə prioritet sahələrin müəyyən edilməsi və dövlətin
maliyyə vəsaitlərinin səmərəli istifadə olunması üçün zəmin yaradır.
Eyni zamanda, xəzinədarlığın tətbiqi hesabına dövlət vəsaitlərindən istifadənin
səmərəliliyini artırmaq üçün büdcənin səmərəsiz xərclərdən təmizlənərək
təkmilləşdirilməsinə, büdcənin icrasında zəruri şəffaflığın təmin olunmasına, kvazifikal
xərclərin aradan qaldırılmasına və dolayı subsidiyaların büdcə vasitəsilə
tənzimlənməsinə nail olmuşdur.
Bütün bu qeyd edilənlər son nəticədə, büdcə vəsaitlərinin yalnız xəzinə hesabları
vasitəsilə istifadə olunmasını, dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlərin birbaşa
son təyinatına çatdırılmasını, dövlət xərclərinin yalnız xəzinədarlıq tərəfindən qəbul
edilmiş öhdəliklər çərçivəsində yaranan borcların ödənilməsinə yönəldilməsini, büdcə
təşkilatları tərəfindən maliyyə intizamına əməl edilməklə və təsdiq edilmiş xərc
smetalarında nəzərdə tutulmuş limitlər gözlənilməklə vəsaitlərdən məqsədyönlü və
təyinatına görə istifadə olunmasına zəruri nəzarətin həyata keçirilməsini təmin etmişdir.
Bu istiqamətdə nəzarəti daha da gücləndirmək, dövlət vəsaitlərindən səmərəli və
qənaətlə istifadə edilməsi üzərində təsirli cari nəzarəti təmin etmək, debitor və kreditor
borclarını daha çevik idarə etmək, xəzinə işlərinin keyfiyyətini daha da artırmaq
məqsədilə xəzinədarlıq sisteminin kompüterləşdirilməsi, bütün maliyyə qurumlarını
ə
hatə edən lokal şəbəkələrin yaradılması üçün Maliyyə Nazirliyi tərəfindən müvafiq
işlər həyata keçirilir.
Son illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarından
istifadə sahəsində müəyyən addımlar atılmış və bu istiqamət – dövlət siyasətinin
67
prioritetlərindən birinə çevrilmişdir. Bu özünü – maliyyə sisteminin idarəedilməsində
ə
yani şəkildə nümayiş etdirir. Belə ki, maliyyənin idarəedilməsi olduqca böyük həcmli
informasiya kütləsinin emal olunması ilə müşayiət olunur. Dövlətin iqtisadi siyasətinin
ə
sas strateji məsələsi olan büdcə prosesinin həyata keçirilməsi, maliyyə sisteminin idarə
edilməsində xüsusi çəkiyə malik komponentdir. Bu zaman nəzərə almaq lazımdır ki,
dövlət büdcəsi və icmal tətbiqi ilə mərhələləlrlə həll edilərkən, informasiyaların
işlənməsinin riyazi-prqoram təminatı yaradılması məsələnin digər texniki tərəfləri
ümumi sistemin tərkib hissəsi kimi vəhdətdə nəzərdən keçirilməlidir. Bu yanaşmanın
məntiqi nəticəsi olaraq, qeyd olunan prinsip keyfiyyət və zaman baxımından nəzarətdə
saxlanılmalıdır. Göstərilən amillər daxilində məsələnin həlli üçün Maliyyə Nazirliyində
ilk addımlar atılmış, büdcə prosesinə uyğun informasiya sistemin idarəedilməsinin
riyazi-proqram təminatı yaradılmışdır. Bu da imkan verir ki, büdcə informasiya
axınlarının tənzimlənməsi operativ həllini tapsın. «Büdcə sistemi haqqında» Qanunun
tələblərinə, eyni zamanda yeni yaradılmış dövlət büdcəsi təsnifatının iyearxik
tələblərinə, həmçinin büdcənin tərtibi zamanı yaranan çoxsaylı sorğulara
uyğunlaşdırılması və onun bütün göstəriciləri səviyyəsində kəsişmə parametrlərinə
uyğun həll alqoritmi proqram təminatında nəzərdə tutulur və yekun paketin formaları
ə
vvəlcədən müəyyənləşdirilir.
Xəzinədarlıq yaradılandan sonra dövlət maliyyə-informasiya sisteminin
yaradılması maliyyənin idarə edilməsi baxımından son dərəcə önəmil bir tədbirdir.
Çünki bunun sayəsində, vahid hesablama sisteminin mövcudluğunun əsasını
qoymuşdur. Ona görə də ayrı-ayrı büdcə vahidlərinin özlərinin fərdi qaydada
hesablaşma hesablarının olması aradan qaldırılmışdır. Bundan başqa, bütün dövlət
gəlirləri vahid bir hesabda saxlanılmalı, depon olunmalı və eyni zamanda
kreditləşmənin özü də vahid hesab qaydasında aparılmalıdır. Vahid hesab qaydası
gəlirlə aə xərclər haqqında operativ qaydada maliyyə informasiyası əldə etməyə və
bunun əsasında maliyyə resurslarının operativ qaydada idarə etməyə imkan verir.
nformasiya və kommunikasiya texnologiyalarının ( KT) tətbiqinin üstünlüyü
ondan ibarətdir ki, iqtisadi sistem kəsilməz olsa da, proqnozlaşdırmanın mahiyyəti cari,
68
gələcək vəziyyətin müqayisə faktorlarının analitik təhlili üçün geniş imkanlar yaranır
ki, bu isə maliyyənin idarəolunmasının – operativ, tənzimləmə, nəzarət mərhələlərində
baş verə biləcək bütün böhranlı situasiyaların və kataklizmlərin qarşısının alınmasını
asanlaşdırır. Mövcud praktika göstərir ki, informasiya texnologiyalarının tətbiqi ölkənin
iqtisadi inkişafına müsbət təsir göstərir və sosial sabitlik gətirir.
Maliyyə Nazirliyində növbəti büdcə ili üçün dövlət büdcəsinin tərkib hissəsi olan –
gəlir və xərclərin layihələri hazırlanarkən təsnifatın funksional, iqtisadi və təşkilatı
təsnifatların paraqrafları səviyyəsində informasiya axınının avtomatlaşdırılması
nəticəsində cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair məlumat, həmçinin
növbəti büdcə ili üzrə gəlirlərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri,
habeləxərclərin funksional, iqtisadi və təşkilati təsnifatlar üzrə müqaisəsi və digər
informasiyalar əldə etmək mümkündür.
Dövlət və icmal büdcə layihəsinin hazırlanması kimi ölkə miqyaslı məsələnin həlli
metodologiyası KT-nin tətbiqi – maliyyənin idarəedilməsində proqnozlaşdırma və
digər ehtimalların reallaşdırılmasının sınaq mərhələlərini şərtləndirməklə yanaşı,
dövlətin sosial-siyasət, əhalinin sosial müdafiə sisteminin möhkəmləndirilməsində
mühüm rol oynayır.
|