Mövzunun öyrənilmə səviyyəsi. Dövlət büdcəsinin idarə edilməsi məsələsinin
öyrənilməsi çox qədim tarixə malikdir. Bu məsələnin tədqiqatı
ilə A.Smit, D.Rikardo, C.Keyns və digər iqtisadçılar məşğul olmuşlar. Qeyd olunan
alimlərin tədqiqatları şübhəsiz boyük elmi dəyərə malikdir, amma onu da nəzərə almaq
lazımdır ki, müasir maliyyə bazarları çox mürəkkəb və dəyişkəndirlər,buna görə də
sürətlə dəyişən iqtisadi mühitə adekvat olaraq uyğun təhlillərin aparılması elmi
nəzəriyyənin daimi yenilənməsini və təkmilləşdirilməsini tələb edir.
Bir sıra ölkələrdə dövlətin agentlik və institutları büdcə siyasətinə birbaşa təsir
etmək iqtidarına malikdirlər.
Azərbaycan Respublikasının büdcəsinin icrasında və büdcəyə nəzarətdə Dövlət
Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri
həyata keçirir.
Dostları ilə paylaş: |