NƏT CƏ VƏ TƏKL FLƏR
Büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülsə də bu
sahədə müəyyən problemlər mövcuddur. Bu problemləri həll etmək üçün dövlət bir sıra
iqtisadi qanunlar qəbul etməklə iqtisadi inkişafa zəmin yaradır. Bu qanunların
ə
ksəriyyəti o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu
da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır.
Dövlət büdcəsinin tənzimlənməsi və büdcə kəsirinin aradan qaldırılması üçün
vahid büdcənin idarə edilməsi siyasətinin aparılmasına böyük ehtiyac vardır. Büdcənin
icarsı və idarə edilməsi siyasətində, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla
yanaşı, milli, regional prinsiplər nəzərə alınmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi
büdcənin idarə edilməsində əsas rol oynayan Dövlət Xəzinədarlıq Agentliyinin xüsusi
çəkisinin son illərdə artması istisna edilmir. Uzunmüddətli perspektivdə ölkənin
dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından Xəzinədarlığın büdcədan
maliyyələşən təşkilatlar üzrə nəzarətinin gücləndirilməsi istiqamətində məqsədyönlü,
uğurlu tədbirlər davam etdirilir. Bu da öz müsbət nəticəsini göstərir və nikbin
proqnozlara əsas verir.
Araşdırılmalar göstərir ki, Respublikamızda Xəzinədarlığın işinin təşkilində
təkmilləşmə naminə mühüm addımlar atılır, böyük nailiyyətlər əldə edilir. Aşağıda
sadalanan təkliflərin həyata keçirilməsinin də bu istiqamətdə öz töhvəsini verəcəyi
fikrindəyik:
1. Büdcə təşkilatlarının və idarəetmə orqanlarının sayının azaldılması, bu
özlüyündə büdcənin idarə edilməsini asanlaşdıracaq və optimallığın təmin edilməsinə
gətirib çıxaracaqdır;
2. Yerli Xəzinədarlıq orqanlarının inkişaf etdirilməsi üçün yerlərdə (paytaxtdan
uzaq rayonlarda və şəhərlərdə) büdcədən maliyyələşən istehsal və emal sahələrinin
yaradılmasının təşkili;
3. Dövlət büdcəsi xərclərində sahəvi inkişaf meyllərinin artırılması;
77
4. Dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcə
layihələrinin göstəricilərinin tamlığına nəzarətin artırılması
5. Əvvəlki illərin (ən azı iki ilin) müvafiq proqnoz və ya icra göstəricilərinin
növbəti ilin büdcə layihəsində nəzərdə tutulan göstəricilərlə qarşılıqlı müqayisəsinin
aparılması
6. Xəzinədarlığın məlumat bazasının daim genişləndirilməsi;
7. Hesabatlılığın aşağı olduğu büdcə təşkilatlarında düzgün hesabatların vaxtında
verilməməsi hallarına qarşı mübarizənin daha da gücləndirilməsi;
8. Həyata keçirilən təhlil, araşdırma, əsaslandırma və qiymətləndirmələr rəsmi
məlumatlarla uyğunluq təşkil etməklə obyektiv və qərəzsiz olmalı, əldə edilmiş nəticə
və təkliflər əsaslandırılmalıdır
Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir
ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bugünədək büdcə siyasəti dövlətin
1 nömrəli köməkçisi olmuşdur və bugündən sonrada olacağına heç bir şübhəmiz
yoxdur.
78
Ə
Dostları ilə paylaş: |