Yradılmış elektron hesabatların təqdim edilməsi proqramı vasitəsi ilə həm məlumatların
sərf edilnən zamanın qısaldılması və hesabatın təqdim edilmıninin optimalaşdırılmasına
nail olunmuşdur. Elektron siostem vasitəsi ilə təşkilatlar həm periodik olara öz
Müasir sistem həm məlumatların vahid bir bazada yerləşməsini, həmçinin büdcə
74
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi istifadəçilərin işini
asanlaşdırmaq üçün elektron xidmətlərin göstərilməsi istiqamətində növbəti addımı
“Asan mza” Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin Xəzinədarlığın
nformasiya darəetmə Portalına inteqrasiya edilməsidir. Belə ki, 2015-ci ilin fevralın 1-
dən etibarən “Asan mza” mobil elektron imza xidməti Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin “https://portal.dxa.gov.az”
ünvanında yerləşən Xəzinədarlığın nformasiya darəetmə Portalı vasitəsilə əhalinin
istifadəsinə təqdim
olunub.
Dövlət Xəzinədarlıq Agentliyi bildirir ki, bundan sonra büdcə təşkilatları
xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri
“Asan mza” mobil elektron imza xidməti vasitəsilə “AsanDoc” proqram təminatında
imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə
bilərlər.
Həmçini istifadəçilərə yardım məqsədilə Xəzinədarlığın nformasiya darəetmə
Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə
dair müvafiq təlimat və video çarx yerləşdirilib.
Yaranmış hər hansı vəziyyətin real qiymətləndirilməsi və qəbul ediləcək qərarın
keyfiyyəti, məhz əldə edilmiş ilkin informasiyanın etibarlılığından asılıdır. Dövlət və-
saitlərinin effektiv idarə edilməsi, cari vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan
vəsaitlərin proqnozlaşdırılması və baş kredit sərəncamçılarına veriləcək xərc
limitlərinin müəyyən edilməsi üçün tələb olunan məlumat mənbəyi kimi hazırda
xəzinədarlıq çıxış edir .
Xəzinədarlığın həyata keçirdiyi xəzinə uçotu və hesabatı kredit sərəncamçıları
tərəfindən büdcə vəsaitlərinin istifadə vəziyyəti, təşkilatlar tərəfindən istifadə
olunmayan və lüzumsuz yaradılan ehtiyat vəsaitlərin aşkar edilərək, onların dövriyyəyə
cəlb edilməsi, büdcə təsisatları ilə kassa xərcləri arasında müddətin maksimum
qısaldılması üçün tədbirlərin görülməsi, büdcədənkənar vəsaitlərin daha çox prioritet
tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsi barədə dolğun məlumatın əldə edilməsi
və son nəticədə, dövlət vəsaitlərinin səmərəli idarə edilməsi üçün zəruri baza yaradır.
75
Büdcə təşkilatlarının nə vaxt və hansı xərcləri həyata keçirəcəyi barədə məlumatlara
malik olmaqla, xəzinədarlıq, vahid hesabın köməyi ilə təşkilatların istifadə olunmayan
və sərbəst olan qalıq büdcə vəsaiti hesabına digər mənbələrdən qısa müddətə vəsait cəlb
olunması barədə özünün hazırladığı proqnozlara düzəlişlər etmək və kassa
kənarlaşmalarını aradan qaldırmaq və ya onun təsirini minimuma endirmək imkanına
malikdir.
Xəzinədarlığın vahid hesaba malik olması - onun iqtisadiyyatın digər sahələrində
baş verə biləcək hər hansı neqativ proseslərdən qorunmasını təmin edir. Bununla yanaşı
vahid hesabın yaradılması büdcədə nəzərdə tutulmuş vəsaitlərin kredit sərəncamçıları
tərəfindən mü- əyyən edilmiş qaydalara uyğun olaraq istifadə edilməsində
məhdudiyyətlər yaratmır. Əksinə xəzinədarlıq tərəfindən vəsaitlərin birbaşa son
istifadəçilərə çatdırılması ayrılmış vəsaitlərdən büdcə sistemi üzrə mövcud
qanunvericiliyin tələblərinə uyğun istifadə etməklə büdcə təşkilatına öz funksional
vəzifələrini daha effektiv yerinə yetirməyə imkan verir. Maliyyə vəsaitlərinin səmərəli
istifadə edilməsi ilə yanaşı onların xərclənməsinin bütün mərhələlərində xəzinədarlıq
istənilən səviyyədə büdcənin icrasına ilkin nəzarət funksiyasını da həyata keçirir.
Yalnız bununla dövlət maliyyəsinin vahidliyi və ondan səmərəli istifadə edilməsi təmin
edilə bilər.