Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   29   30   31   32   33   34   35   36   37
XÜLASƏ 

 

Azərbaycan  Respublikasında  xəzinədarlıq  sisteminin  qurulması  nəticəsində 

büdcə  gəlirlərinin  və  xərclərinin  kassa  icrasının  bütünlüklə  dövlət  xəzinədarlığı 

vasitəsilə  həyata  keçirilməsinə  başlanması  büdcənin  icrası  prosesinin  digər 

mərhələlərində  də,  o  cümlədən,  büdcədən  maliyyələşən  kredit  təşkilatlarında  (bundan 

sonra  büdcə  təşkilatları)  debitor-kreditor  borclarının  yaradılması  və  faktiki  xərclərin 

aparılması üzərində xəzinə nəzarətini təmin edə biləcək icra mexanizmlərinin təşkilini 

mümkün etmişdir.  

Xəzinədarlıq  sisteminin  tətbiqi,  Dövlət  Büdcəsinin  idarə  edilməsində  açılan 

maliyyələşmə  ilə  vəsaitlərdən  istifadə  müddəti  arasında  məsafəni  azaltmağa,  maliyyə 

resursu  olmadan  mövcud  kassa  vəsaitləri  hesabına  manevr  etməklə  maliyyələşmə 

dövrünü  minimuma  endirməyə  imkan  verir  ki,  bu  da  büdcənin  icrası  üzrə  prioritet 

sahələrin  müəyyən  edilməsi  və  dövlətin  maliyyə  vəsaitlərinin  səmərəli  istifadə 

olunması üçün zəmin yaradır. 

Mövzunun  hazırlanması  zamanı  tədqiqatın  ümum  elmi  metod  və  üsullarından 

istifadə  edilmişdir;  sistem,  struktur-funksional  təhlil,  eləcə  də  sosioloji,  iqtisadi  və 

iqtisadi-sosioloji yanaşmalar. 

Dövlət  büdcəsinin  idarə  edilməsində  Xəzinədarlığın  rolunun  artırılması 

istiqamətində  görülən  tədbirlərin  ən  başlıcası  kimi  Dövlət  Xəzinədarlıq  Agentliyinin 

hesabtalrın  təqdim  edilməsi  sisteminin  elektronlaşdırılması  və  vahid  baza  sisteminin 

yaranması əsas perspetiv göstəricilərdəndir.  

Tədqiqatın nəzəri əsası kimi müxtəlif Azərbaycan və dünya alimlərinin bu mövzu 

üzrə elmi araşdırmaları çıxış etmişdir. 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin