2.3 Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının
səmərəliliyinin artırılması məqsədilə xəzinədarlıq sistemində nəzarət
sisteminin fəaliyyətinin təhlili
Dövlət Xəzinədarlıq Agentliyinin Nazirlər Kabinetinin 6 noyabr 2000-ci il
tarixli qərarına əsaslanan funksiyalarından biri də dövlət büdcəsində büdcə
kəsirinin örtülməsi üçün nəzərdə tutulmuş maliyyələşmə mənbələrindən istifadə
edilməsi olub növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən
edilən dövlət büdcəsi kəsirinin məbləğinin maliyyələşməsində dövlət borcu,
kredit və digər mənbələr hesabına həyata keçirilməsinə nəzarəti həyata
keçirməkdir.
Büdcə siyasətinin təmin olunması məqsədi ilə hər büdcə ilində gəlirlər,
xərclər və büdcə kəsri üzrə tədbirlərin həyata keçirilməsi proqnozları hazırlanır.
Büdcə kəsiri üzrə:
Iqtisadi sabitliyi qorumaq məqsədilə dövlət büdcəsi kəsrinin ÜDM-yə nisbətən
tədricən azaldılmasına nail olmaq;
Büdcə kəsrini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;
Kəsrin maliyyələşdirmə mənbələrini təkmilləşdirmək məqsədilə investisiya və
daxilolmaların maksimum artırılmasına yönəldilən aktiv özəlləşdirmə proqramını
həyata keçirmək;
Dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək, dövlət
qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirməklə bu kağızlara
olan tələbatı artırmaq və faiz dərəcələrinin aşağı salınamsına nail olmaq;
Dövlət qiymətli kağızlarının təkrar bazarını yaratmaq;
Əhalidə olan sərbəst pul vəsaitlərinin dövriyyəyə daha səmərəli cəlb edilməsini və
dövlətin qiymətli kağızlar bazarında iştirakının artırılmasını təmin etmək üçün
dövlət daxili uduşlu istiqraz vərəqələrinin buraxılmasını genişləndirmək.
Ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqnozuna uyğun olaraq,
maliyyə siyasətinin həyata keçirilməsi üçün 2015-ci ildə büdcə-vergi siyasəti üzrə
45
dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılmasına nail olunmasının
reallaşdırılması da nəzərdə tutulur.
Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət
büdcəsində risklərin qarşısının alınması, aparılan iqtisadi islahatların nəticəsi
olaraq ölkə iqtisadiyyatında qeyri-neft sektorundan daxilolmaların artırılması
istiqmətində tədbirlərin görülməsi 2015-ci ildə qarşıda duran vəzifələrdəndir.
Dövlət büdcəsinin gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət və yol
vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqından gəlir vergisinin
vergi tutulmayan məbləğinin yaşayış minimumuna yaxınlaşdırılması, müxtəlif
vergi növləri üzrə vergi bazasının genişləndirilməsi və vergidən yayınmaların
qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.
2015-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi
həcmində olmaqla, nominal ifadədə 19 438,0 mln. manat, dövlət büdcəsinin
xərcləri isə ümumi daxili məhsulun 35,3 faizini təşkil etməklə 21 100,0 mln.
manat həcmində proqnozlaşdırılır.
Dostları ilə paylaş: |