Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
 

AzərbaycanRespublikasıdövlətbüdcəsininxərclərivəonunartımsürəti 

 

 



 

     Xərclər üzrə büdcənin icrası xərclər siyahısı üzrə nəzərdə tutulmuş tədbirlərin 

maliyyələşdirilməsinin təmin edilməsi deməkdir və bir neçə mərhələdən ibarətdir 

:  


1.  Büdcə  bölgüsünün  tərtibi,  təsdiqi  və  büdcə  vəsaitlərinin  sərəmçılara 

çatdırılması.  Azərbaycan  Respublikası  büdcə  sisteminin  bütün  səviyyəli 

büdcələrinin  icra  edilməsini  müvəkkil  icra  orqanları  büdcə  bölgüsü  əsasında 

həyata  keçirirlər.  Büdcə  bölgüsü  üzrə  büdcə  vəsaitlərinin  baş  sərəncamçıları 

tərəfindən  rüblərə  bölünməklə  Azərbaycan  Respublikası  büdcə  xassələrinin 

funksional  və  iqtisadi  təsnifatına  uyğun  təsdiq  edilmiş  büdcə  əsasında 

0

5000


10000

15000


20000

25000


2010

2011


2012

2013


2014

2015


Столбец1

Ряд 1



34 

 

sərəncamçılar  və  büdcədən  vəsait  alanlar  üzrə  tərtib  edilir  və  büdcənin  tərtibinə 



məsul olan icra hakimiyyəti orqanına təqdim edilir.  

2.  Büdcə  öhdəliklərinin  limitləri  haqqında  bildirişlərin  təsdiqi  və  onun 

sərəmcamçılara və büdcə vəsaiti alanlara çatdırılması. Büdcə öhdəliyi – büdcəni 

icra  edən  orqanın  büdcə  haqqında  qanuna  və  icmal  büdcə  bölgüsünə  uyğun 

yaranan  ,  müəyyən  edilmiş  müddət  ərzində  müvafiq  büdcə  vəsaitlərinin 

xərclənməsini həyata keçirmək üzrə borcudur. Büdcə öhdəlikləri limiti – büdcəni 

icra  edən  orqanın  büdcə  haqqında  qanuna  və  icmal  büdcə  bölgüsünə  uyğun 

yaranan  ,  müəyyən  edilmiş  müddət  ərzində  müvafiq  büdcə  vəsaitlərinin 

xərclənməsini həyata keçirmək üzrə borcudur. Büdcə öhdəlikləri limiti – büdcəni 

icra edən orqan tərəfindən sərəmcam – çılar və büdcədən vəsait alanlar üçün üç ay 

müddətinə müəyyən edilən və təsdiq edilən büdcə öhdəliklərinin həcmidir. 

            Büdcə  icrası  zamanı  Xəzinədarlıq  öhdəlik  və  vəsaitlərə  nəzarətlə  bağlı 

məsuliyyət  daşıyır.  Rayon  səviyyəsində  xəzinədarlıq  orqanları  Xəzinədarlığın 

tabeliyində  olan  qurumlar  kimi  fəaliyyət    göstərir  və  öhdəlikləri    və  X S-də  

ödənişləri  həyata keçirirlər. 

VXHS-nin  möhkəmləndirilməsi  və  vəsaitlərin  idarə  etmə  funksiyalarının 

mərkəzləşdirilməsi  sayəsində,  Maliyyə    Nazirliyi  hökumətin  maliyyə  

ə

məliyyatları  barədə  etibarlı  və  vaxtında  məlumat  hazırlaya  bilir.  Büdcə  Milli 



Məclis  tərəfindən  təsdiq  edildikdən  sonra,  büdcə  ayrılması  X S-ə  yüklənir. 

Xəzinə tərəfindən ciddi nəzarətdə olan kifayət qədər büdcə ayrılması olmadıqca, 

xərclər  həyata  keçirilə  bilməz.  Ödənişlər  xəzinədarlıq  vasitəsilə  mərkəzləşmiş 

qaydada  və  yalnız  nəğd  vəsait  olduqda  həyata  keçirilir.  Yoxlama  dövründə 

öhdəlik  limitindən  aşağı  vəsait  limiti  tətbiq  edilməmişdir,  çünki  bütün 

öhdəliklərin yerinə yetirilməsi üçün dövlət kifayət qədər nəğd vəsait saxlayır. 

            Bütün  bu  qeyd  edilənlər  son  nəticədə,  büdcə  vəsaitlərinin  yalnız  xəzinə 

hesabları  vasitəsilə  istifadə  olunmasını,  dövlət  büdcəsində  nəzərdə  tutulmuş 

vəsaitlərin  birbaşa  son  təyinatına  çatdırılmasını,  dövlət  xərclərinin  yalnız 

xəzinədarlıq  tərəfindən  qəbul  edilmiş  öhdəliklər  çərçivəsində  yaranan  borcların 




35 

 

ödənilməsinə  yönəldilməsini,  büdcə  təşkilatları  tərəfindən  maliyyə  intizamına 



ə

məl  edilməklə  və  təsdiq  edilmiş  xərc  smetalarında  nəzərdə  tutulmuş  limitlər 

gözlənilməklə  vəsaitlərdən  məqsədyönlü  və  təyinatına  görə  istifadə  olunmasına 

zəruri nəzarətin həyata keçirilməsini təmin etmişdir. 

Xəzinədarlığın  büdcə  xərclərinin  idarə  edilməsi  prosesindəki  funksiyaları 

aşağıdakılardan ibarətdir :  

-  Baş  Dövlət  Xəzinədarlığının  hesabları  üzrə  əməliyyatları  həyata  keçirir  və 

onların uçotunu təşkil edir ;  

-  Xəzinədarlığın  cari  hesabları  ilə  tranzit  hesabları  arasında  hesablaşmaların 

həyata  keçirilməsini  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  ilə 

razılaşdırılmış qaydada tənzimləyir ;  

- Müəyyən olunmuş qaydada mərkəzləşdirilmiş xərclərin , o cümlədən məqsədli 

büdcə fondlarının xərclərinin icrasını təmin edir.  

-  Dövlət  büdcəsi  ilə  digər  büdcələrin  qarşılıqlı  əlaqələrinin  nizamlanmasını  və 

qarşılıqlı  hesablaşmaları  həyata  keçirir  ,  o  cümlədən  müvafiq  ilin  dövlət 

büdcəsinə  riayət  olunmaqla  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

müəyyən etdiyi qaydada və hədlərdə dövlət büdcəsindən ssuda ( borc ) verir.  

- Baş Dövlət Xəzinədarlığı ilə yerli xəzinədarlıq orqanları arasında hərəkət edən 

maliyyə resurslarının və pul vəsaitlərinin dövri üzləşdirilməsini həyata keçirir;  

-  Dövlət  büdcəsindən  ayrılan  vəsaitlərdən  təyinatı  üzrə  istifadə  olunmasına  ; 

büdcə  təşkilatlarının  büdcədənkənar  vəsaitlərinin  maliyyə  orqanları  ilə 

razılaşdırılmış qaydada təsdiq edilimiş smetaya uyğun istifadəsinə ümumi nəzarət 

edir ; 

-  Büdcə  və  büdcədənkənar  (  o  cümlədən  məqsədli  büdcə  fondları  )  gəlir  və 

xərclərin icrasına dair hesabat məlumatlarının müvafiq büdcə təşkilatları ilə dövr 

üzləşdirilməsini həyata keçirir ;  

-  Büdcə  və  büdcədənkənar  (  o  cümlədən  məqsədli  büdcə  fondları  )  gəlirlərin 

tədiyyə  növləri  kassa  icrasının,  xərclərin  isə  büdcə  təşkilatları  üzrə  kassa  və 

faktiki icrasının uçotuna aparır .  



36 

 

- Müəyyən olunmuş qaydada dotasiyaların verilməsini təmin edir;  



- Büdcənin icrasında yaranmış gərginliyi aradan qaldırmaq üçün “ Büdcə sistemi 

haqqında  ”,  Azərbaycan  Respublikası  Qanunu  ilə  müəyyən  edilmiş  daxili  və 

xarici maliyyələşdirilmiş mənbələrindən istifadə edir. 

Dövlət Xəinədarlıq Agentliyi Dövlət büdcəsinin kassa və faktiki icrasının uçotuna 

aparmaqla  Xərclərinin  idarə  olunmasında  birbaşa  iştirak  edir.  Büdcə  xərclərinin 

kassa  icrası  üçün  xəzinədarlıq  tərəfindən Azərbaycan  Respublikasının  dövlə



büdcəsindən  maliyyələşən

 təşkilatlar  və  dövlət  xərclərinin  həyata  keçirilməsini 

təmin edən orqanlar qarşısında mövcud qaydalara uyğun olaraq dövlət öhdəlikləri 

qəbul edilir, bu öhdəliklər uçota alınır və dövlət büdcəsinin icrası haqqında dövri 

hesabatlara  daxil  edilir.  Dövlət  büdcəsinin  hüquqi  və  fiziki  şəxslər  qarşısında 

yaranan öhdəliklərinin büdcə vəsaiti hesabına təmin edilməsi xəzinədarlığın vahid 

hesabından  pul  vəsaitlərinin  köçürülməsi  ilə  həyata  keçirilir  və  bu  dövlət 

büdcəsinin xərclərinin kassa icrasını təşkil edir.  

Xərclərin  kassa  icrası  müəyyən  edilmiş  dövr  ərzində  təmin  ediləcək  dəyərlərin 

haqqının qabaqcadan ödənişi vasitəsilə də həyata keçirilə bilər. Bu cür ödənişlər 

satınalmanın  tərəfləri  arasında  bağlanmış  alqı-satqı  müqavilələri  ilə 

şə

rtləndirilməsi  və  xəzinədarlıq  tərəfindən  məqbul  sayıldıqdan  sonra  həyata 



keçirilir.  Dövlət büdcəsinin  xərclərinin  kassa  icrası üzrə  məlumatları  bu xərcləri 

həyata keçirən büdcə təşkilatları ilə xəzinədarlıq arasında dövri olaraq üzləşdirilir 

və müvafiq qaydada rəsmiləşdirilir.  

            Bu  istiqamətdə  nəzarəti  daha  da  gücləndirmək,  dövlət  vəsaitlərindən 

səmərəli və qənaətlə istifadə edilməsi üzərində təsirli cari nəzarəti təmin etmək, 

debitor  və  artırmaq  məqsədilə  xəzinədarlıq  sisteminin  kompüterləşdirilməsi, 

bütün  maliyyə  qurumlarını  əhatə  edən  lokal  şəbəkələrin  yaradılması  üçün 

Maliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.  

 



37 

 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin