30
FƏS L 2. DÖVLƏT BÜDCƏS N N DARƏ OLUNMASINDA
XƏ
Z NƏ
DARLIĞ
IN ROLUNUN MÜAS R VƏ
Z YYƏ
T
2.1 Dövlə
t büdcə
sinin xə
rclə
rinin idarə
olunması prosesində
xə
zinə
darlığ
ın fə
aliyyə
tinin tə
hlili
Respublikamızda xəzinədarlıq sisteminin tətbiq edilməsi nəticəsində dövlət
maliyyə
vəsaitlərindən
istifadə
olunmasının
səmərəli
mexanizminin
formalaşdırılması, bu vəsaitlərin birbaşa son təyinatına çatdırılması və onunla
bağlı əməliyyatların yalnız xəzinə hesabları vasitəsilə aparılması üçün hüquqi
baza yaradıldı. Dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə
edilməsinin təşkili, bütün dövlət xərclərinin, o cümlədən büdcədənkənar fondların
ə
məliyyatlarını büdcə vasitəsilə həyata keçirilməsi, dövlət daxili və xarici
investisiyalarının xəzinə nəzarətinə cəlb edilməsinə başlanılmasına, öhdəliklər
sistemini tətbiq edərək büdcə təşkilatları tərəfindən yeni borclanmanın qarşısının
alınmasına və xərclərin icrasının maliyyə planlaşdırmaları əsasında həyata
keçirilməsinə nail olunmuşdur.
Azərbaycan Respublikasında dövlətə məxsus maliyyə ehtiyatlarının vahid
mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və
xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq, dövlət borclarının,
zəmanətlərin və alınmış kreditlərin uçotunu yaxşılaşdırmaq və respublikada
qiymətli kağızlar bazarının formalaşmasını sürətləndirmək məqsədi ilə
"Azərbaycan Respublikasında dövlət xəzinədarlığının yaradılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan Muxtar
Respublikasında, respublikanın şəhər və rayonlarında onun ərazi orqanları
yaradılmışdır. Bununla da Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında
Baş Dövlət Xəzinədarlığının yaradılması ilə əlaqədar olaraq respublika
büdcəsinin, büdcədənkənar dövlət fondlarının, büdcədən maliyyələşdirilən idarə
31
və təşkilatların vəsaitləri Baş Dövlət Xəzinədarlığının hesablarında
cəmləşdirilmişdir.
Müasir dövrün tələblərinə uyğun olaraq büdcə vəsaitlərinin xərclənməsi
mərkəzləşdirilmiş qaydada Baş Dövlət Xəzinədarlığı tərəfindən həyata keçirilir
ki, bu da ödənişlər üzrə borcların əmələ gəlməsinin qarşısını almağa, büdcə
təşkilatlarını resursla müntəzəm təmin etməyə və zəruri dövlət ödənişlərini
vaxtında həyata keçirməy, büdcə vəsaitlərinin səmərəli xərclənməsi üzərində cari
nəzarəti etməyə imkan verir.
Son illərdə Dövlət büdcəsinin xərclərinin idarə olunması Dövlət Xəinədarlıq
Agentliyi tərəfindən elektron olaraq həyata keçirilir ki, bu da statistik göstəricilərə
vaxtında nəzarətin operativliyini təmin edir.
Azırbaycan Respublikasının Dövlət Büdcəsinin Xərcləri son üç il ərzində
dalğavari hərəkət etmiş 2012-2014-cü illər ərzində artıb azalmışdır. Bu qrafiki
aşağıdakı sxemdə görə bilərik.
Dostları ilə paylaş: