Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
8. Büdcələrin  həqiqilik  prinsipi  onu  ifadə  edir  ki,  hər  bir  büdcə  növünün  

göstəriciləri müvafiq inzibati-ərazi vahidinin iqtisadi – sosial inkişaf proqramının 

göstəricilərinə uyğun tərtib ediləklə büdcənin gəlirləri və xərclərinin reallığı təmin 

edilməlidir. 




12 

 

9. Büdcə vəsaitinin ünvanlı və məqsədli istitfadə edilməsi prinsipi onu göstərir 

ki, büdcə vəsaiti olan hər bir subyekt onun sərəncamına daxil olan vəsaiti konkret 

məqsədli təyinatına uyğun istifadə etməlidir. 

Büdcə ölkənin maliyyə sisteminin mərkəzi həlqəsi olduğuna görə maliyyə 

kateqoriyasına ail olan bütün keyfiyyət cəhətlərini özündə əks etdirir. Həmçinin, 

bir  iqtisadi  kateqoriya  olmaqla  müəyyən  funksiyaları  yerinə  yetirir  və  bu 

funksiyaların  məzmunun  açmaqla  «büdcənin»  dövlət  büdcəsinin  sosial-iqtisadi 

məzmununu aydınlaşdırmaq olar. Bir çox iqtisadçı alimlər bu və ya digər iqtisadi 

kateqoriyanın mahiyyətini açarkən onun yerinə yetirdiyi funksiyaların əsas meyar 

olduğunu göstərirlər. Büdcə kateqoriyası da geniş ictimai münasibətlər sistemini 

ə

ks  etdirməyinə  görə  maliyyəyə  aid  olan  bütün  funksiyaları  özündə  əks  etdirir. 



Lakin  büdcənin  spesifik  cəhətlərini  də  ümumi  maliyyə  münasibətlərindən 

ayırmaq  olar.  Belə ki,  ən  əvvəl  büdcəyə  maliyyə  münasibətlərinin tərkib  hissəsi 

kimi  baxmalıyıq,  ikinci,  büdcə  maliyyə  planı  kimi  səciyyələnməlidir,  üçüncü, 

büdcə mərkəzləşdirilmiş pul vəsaiti fondudur. Bu cür xarakterik cəhətlərini nəzərə 

almaqla  görürük  ki,  büdcə  kateqoriyası  müəyyən  konkret  istiqamətlər  üzrə 

xarakterizə olunur. Bunlar aşağıdakılardır:  

1) büdcə fondunun yaranması (yəni büdcənin gəlirlərinin əmələ gəlməsi) 

2) büdcə  fondunun  istifadə  olunması  (yəni  büdcənin  xərclərinin 

maliyyələşdirilməsi). 

3)büdcənin gəlirləri və xərclərinin formalaşması üzərində nəzarət. 

Büdcənin  gəlirləri dedikdə,  Azərbaycan  Respublikasının qanunvericiliyinə 

uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və 

yerli  özünüidarəetmə  orqanlarının  sərəncamına  daxil  olan  pul  vəsaiti  başa 

düşülür.  Dövlət  büdcəsinin  gəlirləri  dövlətin  maliyyə  bazasını  təşkil  edir. 

Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə 

müəssisə, təşkilat və əhali arasında əmələ gələn iqtisadi münasibətləri ifadə edir.  

Büdcənin xərcləri də onun gəlirləri kimi müəyyən şərtlərə əsaslanır. Lakin 

gəlirlərə nisbətən xərclərin istiqamətinin, quruluşunun dəyişilməsi daha çevikdir. 




13 

 

qtisadi  və siyasi  vəziyyət  dəyişəndə,  büdcə  xərcləri  hərbi,  sosial,  iqtisadi-siyasi 



məqsədlərin  mənafeyinə  uyğun  dəyişir.Belə  ki,  büdcənin  xərclərinin  hərbi  və 

sosial  məqsədlərə  bölünməsi  nisbətləri  ayrı-ayrı  hallarda  kəskin  dəyişə 

bilər.iqtisadi böhranlar, hərbi münaqişələr zamanı büdcə xərcləri hərbi ehtiyacları 

ödəmək üçün daha çoz dəyişilir. 

Büdcənin  nəzarət  funksiyası  da  mövcud  vəziyyətdən  asılı  olaraq  müxtəlif 

istiqamətlərdə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, büdcənin nəzarət 

funksiyası  həm  gəlirlərin  formalaşması  zamanı,  həm  də  onun  xərclərinin 

maliyyələşdirilməsi  zamanı  həyata  keçirilir.Bununla  belə,  büdcənin  nəzarət 

funksiyası  iqtisadi  proseslərə  təsir  etməklə  pul  vəsaiti  fondlarının  düzgün 

formalaşması  və  məqsədli istifadəsi  üçün  şərait  yaradır.Lakin nəzarət  funksiyası 

həm ümumi maliyyə nəzarəti kimi, həm də maliyyə orqanlarının nəzarət vəzifəsi 

kimi qarşılıqlı vəhdətdə aparılır. Büdcənin nəzarət funksiyası maliyyənin nəzarət 

funksiyasının  tərkib  hissəsidir.  Büdcənin  iqtisadi-sosial  məzmunu  həm  də  onun 

geniş  təkrar  istehsaldakı  rolu  ilə  də  müəyyən  edilir.  Dövlət  büdcə  fondundan 

ölkənin ümumi  mənafeyinə  xidmət  edən mütərəqqi təsərrüfat sahələrinin inkişaf 

etdirilməsi  üçün  istifadə  edir.  Ən  mühüm  sahələrin  inkişaf  etdirmək,  ölkənin 

perspektiv  iqtisadi  inkişafı  mənafeyi  üçün  büdcə  vasitəsilə  dövlət  ümumi  daxili 

məhsulu bölüşdürür və yenidən bölüşdürür. Büdcə vəsaiti hesabına qeyri-istehsal 

sahələrinin maliyyə vəsaitinə olan tələbatı ödənilir. Büdcə vəsaitilə ümumi daxili 

məhsul  ölkənin  iqtisadi  rayonları,  ayrı-ayrı  regionları  arasında  bölüşdürülür  və 

yenidən  bölüşdürülür.  Ayrı-ayrı  iqtisadi  rayonlarda  iqtisadi  inkişaf  etdirmək, 

məhsuldar  qüvvələrin  inkişafına  nail  olmaq  və  ölkə  ərazisində  infrastrukturasını 

inkişaf  etdirmək  və  s.  məqsədlər  üçün  büdcədən  iqtisadi  bir  alət  kimi  istifadə 

olunur. 


Konkret olaraq isə Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir: 

-  ctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;  

-  qtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi və stabilləşdirilməsi; 

- Sosial siyasətin maliyyə təminatı; 




14 

 

- Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə nəzarət. 



Dövlət  büdcəsi  öz  vəzifələrini  bölgü  və  nəzarət  funksiyası  vasitəsilə  həyata 

keçirir. 

Bölgü  funksiyası  vasitəsilə  pul  vəsaitlərinin  dövlətin  əlində  cəmləşdirilməsi 

və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu 

ictimai  istehsalın  müxtəlif  sahələri  arasında  maliyyə  ehtiyatlarının  yenidən 

bölgüsü  ilə  müəyyən  olunur.  Maliyyənin digər  həlqələrindən heç  biri vəsaitlərin 

yenidən  bölgüsünü  büdcə  kimi  çoxçeşidli  (sahələrarası,  ərazilərarası  və  s.)  və 

çoxsəviyyəli  (respublika,  şəhər  və  s.)  həyata  keçirmir.  Büdcə  daxilolmaları  və 

xərc  təyinatlı  göstəricilərlə  müvafiq  olaraq  öz  əksini  tapan  büdcə  vəsaitlərinin 

hərəkəti bölgü funksiyasının əsasını təşkil edir. 

Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam 

şə

kildə  daxil  olmasını,  büdcə  vəsaitlərinin  bölgüsünün  düzgün  aparılmasını  və 



səmərəli istifadəsini öyrənməyə imkan verir. 

Büdcənin  nəzarət  funksiyasına  hədd  qoymaq  və  ya  məhdudlaşdırma  prinsipinə 

ə

saslanır ki, bu da iki baxımdan həyata keçirilir: 



a) zaman baxımından məhdudlaşdırma; 

b) məbləğ və qiymət baxımından məhdudlaşdırma;  

Bu  o  deməkdir  ki,  dövlət  büdcəsi  müəyyən  bir  müddətdə  mədudlaşar.  Bir 

qayda  olaraq,  büdcə  müddəti  bir  il  müəyyən  edilir.  Buna  bəzən  maliyyə  ili  də 

deyilir.   

   



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin