15
1.2 Dövlə
t büdcə
sinin idarə
olunmasının ə
nə
nə
vi metodları
Azərbaycan Respublikasında büdcə ili, büdcə icrası prosesi yanvarın 1-dən
dekabrın 31-dək olan 12 aylıq dövrdür. Büdcə prosesinin uzunluğu (müddəti)
büdcə ilindən çoxdur, belə ki, büdcə prosesinə büdcə proqnozlaşdırılmasına,
sonradan, büdcə nəzarətinə və digər proseslərə ayrılan vaxt daxildir.
Büdcənin idarə edilməsinin də ənənəvi metodları məhz proqnozlaşdırma və
nəzarətdən ibarət olub büdcənin icrası prosesi ilə sıx bağlılıq təşkil edir.
Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması büdcə prosesinin mühüm
tərkib hissələrindən biri olmaqla, büdcə-vergi siyasətinin formalaşdırılması və
qiymətləndirilməsində mühüm rol oynayır. Dövlət büdcəsi gəlirlərinin
proqnozları iqtisadi və sosial inkişafın makroiqtisadi proqnozları, iqtisadiyyatın
ayrı-ayrı sahələrinin iqtisadi göstəricilərinin qiymətləndirilməsinə əsaslanmaqla,
səmərəli orta müddətli proqnozlaşmanın əsasını təşkil edir. Rəsmi və şəffaf tərzdə
proqnozlaşma proseslərinin olması gəlirlərin toplanması prosesi və inzibatçılıqda
hesabatlılığın yaradılması baxımından əsasdır. Dövlət büdcəsi gəlirlərinin
proqnozlarının arzuolunan xüsusiyyətlərinə şəffaflıq, rəsmilik və təşkilati
baxımdan sadəlik aiddir. Çox az sayda ölkələr büdcə prosesinin tərkib hissəsi
kimi proqnozlaşdırma prosesini təsvir edən rəsmi qaydada təlimatlara malikdirlər.
Bu metodologiyada mərkəzi icra hakimiyyəti orqanlarının büdcə gəlirlərinin
proqnozlaşdırılmasında istifadə etdiyi metodlar göstərilməklə yanaşı, Maliyyə
Nazirliyinin dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar ilə daxilolmaların
təhlili, hesablanmış gəlirlərin yığımı və vergi siyasəti dəyişikliklərində
səmərəliliyin qiymətləndirilməsi təsvir olunur. Vergi daxilolmalarının real artımı,
inflyasiya, vergi siyasəti tədbirləri və vergi yığımları kimi müxtəlif mənbələrə
görə məlumatların əldə olunması Maliyyə Nazirliyinə vergi sistemi fəaliyyətinin
qiymətləndirilməsi imkanını verir. Nəhayət, xam neftin qiymətlərində olan
dəyişikliklərə olan həssaslığın əsas vergilərə təsirinin hesablanmasında istifadə
16
olunan model təsvir olunur. Ölkə iqtisadiyyatı dünyada xam neftin qiymətlərinin
dəyişməsinə son dərəcə həssas olduğundan xam neftin qiymətlərində olan
dəyişiklik korporativ və istehlaka əsaslanan vergilərə əhəmiyyətli dərəcədə təsir
göstərir.
Müxtəlif ölkələrdə gəlirlərin proqnozlaşdırması və hesablama modellərinin bir
çox növləri vardır. Gəlirlərin proqnozlaşdırılması maliyyə resurslarının gələcək
axınının hesablamalarını yaratmaq üçün analitik üsulların istifadəsinə istinad edir.
Gəlirlərin proqnozlaşdırmasına müvafiq tarixi məlumatların toplanması, əsas gəlir
mənbələri üzrə ehtimalların dəqiqləşdirilməsi və onların yığımlarının təhlil
edilməsi daxildir. Bu modellərin əsasını sosial-iqtisadi dəyişənlərdən, vergi
bazaları və yığımlar barədə məlumatlardan ibarət məlumat bazası təşkil edir.
Vergi bazalarını hesablamaq və proqnozlaşdırmaq məqsədilə müxtəlif
mənbələrdən sosial-iqtisadi məlumatların toplanması, emalı və təhlil edilməsi
vacibdir. Vergi bazası kimi istifadə olunan məlumat mənbələrinə hesabat və
statistik məlumatlar daxildir. Vergi bəyannamələri üzrə olan məlumatlar da vergi
ödəyicilərinin vergi davranışı barədə məlumatları təmin edir. Lakin, bu
mənbədən əldə olunan məlumatlar vergilərin hesablanması məqsədləri üçün tam
istifadə olunmur.
lk növbədə, gəlirlərin proqnozlaşdırılması prosesinə rəsmiləşdirilmiş və daima
informasiya bazasının yeniləşdirilməsi mümkün olan model daxil olmalıdır.
kincisi, xüsusilə proqnozlaşdırma modeli sadə olmalıdır. Üçüncüsü,
proqnozlaşdırma prosesi şəffaf olmalıdır.
Alternativ modellər və metodologiyalar müxtəlif ölkələrdə maliyyə orqanları
tərəfindən vergi gəlirlərinin hesablanması və proqnozlaşdırılmasında tətbiq
olunur. Məlumatların mövcudluğu və onların təhlilinin təcrübəsindən asılı olaraq
gəlirlərin proqnozlaşdırılması üçün bir sıra modellər tətbiq edilə bilər. Gəlirlərin
proqnozlaşdırılmasında ekonometrik proqnozlaşdırma, reqressiya təhlili, vaxt
silsiləsi təhlili və təmayül təhlili kimi statistik üsullardan istifadə etməklə gələcək
mədaxil yığımlarını qiymətləndirmək mümkündür. Vaxt silsiləli gəlirlərin
17
proqnozlaşdırılması modeli sadəcə modelləşdirilən vergi daxilolmaları üçün tarixi
məlumatların olmasını tələb edir. Digər tərəfdən, mikrosimulyasiya modelində
fiziki şəxslərin gəlir vergisi və ya hüquqi şəxslərin mənfəət vergisi müəyyən qrup
mülkiyyət növlərinə dair məlumatların olmasını tələb edir. Bu modelin əsas
məqsədi dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılması üçün bütün mövcud
modellərə geniş surətdə baxılmasını tələb edir. Təcrübədə geniş istifadə olunan
modellərdən qısaca aşağıdakıları qeyd etmək olar:
a)
Ekonometrik modellər: (vaxt silsiləsi və struktur modellərlə birlikdə gəlirlərin
proqnozlaşdırılması);
b)
Hesablama;
c)
Mikrosimulyasiya modelləri;
Dostları ilə paylaş: