Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   11   12   13   14   15   16   17   18   ...   37
o

 

Fiziki şəxslərin gəlir vergisi üzrə; 



o

 

Hüquqi şəxslərin mənfəət vergisi üzrə; 



o

 

Dolayı vergilər üzrə (ƏDV və aksizlər); 

d)

  Hesablanan Ümumi balans modelləri (CGE). 



  Əksər inkişaf etməkdə olan ölkələr (təxminən 80%)  inflyasiya və iqtisadi artım 

faktoru ilə artan vergi bazasının proqnozuna tətbiq edilən effektiv vergi dərəcəsi 

ə

sasında  gəlirlərin  hesablanması  üzrə  bəzi  metodlardan  istifadə  edirlər.  nkişaf 



etmiş  ölkələrin  təcrübəsində  ekonometrik  modellər  artan  mikrosimulyasiya  və 

Hesablanan  Ümumi  balans  modelləri  (CGE)  əsasında  qurulur.  Hazırda  Maliyyə 

Nazirliyi  dövlət  büdcəsi  gəlirlərinin  proqnozlaşdırılması  üçün  ETR  və 

ekonometrik  modellərdən  istifadə  edir.  ETR  modelləri  bəzi  vergilər,  həmçinin 

ekonometrik  modellərin  ardıcıllıq  baxımından  nəzarəti  üçün  istifadə  olunur. 

Dövlət  büdcəsi  gəlirlərinin  proqnozlaşdırılması  üzrə  modelləri  təsvir 

olunmamışdan əvvəl yuxarıdakı siyahıda qeyd olunan daha geniş istifadə olunan 

modellər göstərilir. 

 Büdcənin  inkişaf  proqnozunun  tərtibi  zamanı  müxtəlif  üsullardan  istifadə 

edilə bilər: 




18 

 

Ekstropolyasiya  üsulu

-  əvvəlki  dövrün  təcrübəsindən  (göstəricilərindən) 

istifadə  etməklə  proqnozun  tərtibidir.  Bu  üsuldan  az-çox  sabit  olan  dövlət 

büdcəsinin  gəlir  və  xərcləri  üzrə  br  sıra  maddələrin  proqnozlaşdırılmasında 

istifadə edilə bilər; 



Ekspert qiymətləndirilməsi üsulu

- elmin və təsərrüfatın müxtəlif sahələrinin 

mütəxəssisləri  tərəfindən  aparılan  və  əsaslandırılan  qiymətləndirmə  bazasında 

proqnozun tərtibidir. Lakin bu üsul subyektivizm elementinə malikdir; 



Eyni  vaxtda  hər  iki  üsuldan  istifadə  edilir

.  Bu  zaman  həm  inkişafın 

obyektiv meyli və həm də mütəxəssislərin fikri nəzərə  alınır.  

Ə

sas  maliyyə  qanunauyğunluğunun  ekstropolyasiya  üsullarından  biri 



reqressiya xətti

 ola bilər. Bu halda büdcə proqnozu  üzərində işləyərkən büdcənin 

yaradılmasına  təsir  edən  amillərin  araşdırılmasından  və  öyrənilməsindən 

başlamaq  lazımdır.  Bu  amillərə  ölkənin  məhsuldar  qüvvələrinin  inkişafı  və 

ümumdövlət maliyyə ehtiyatlarının mövcudluğu, demoqrafik dəyişiklik, təsərrüfat 

sahələrinin inkişafı və b. aiddir. 

   

Perspektiv  üçün  büdcə  vəsaitləri  həcminin  proqnozlaşdırılması  zamanı 



dərin iqtisadi və statistik təhlildən istifadə edilir və bu müəyyən dərəcədə bir çox 

amillərin  göstəricilərə  təsirinin  araşdırılmasına  imkan  verir.  Təhlil  göstərir  ki, 

büdcə  vəsaitlərinin  müəyyən  edilməsinin  statistik  üsulu  perspektiv  üçün 

hesablanan göstəricilərin dolğunluğunu əks etdirir.  

  Yuxarıda qeyd olunan iki dəyişənli kəmiyyəti olan reqressiya tənliyi aşağıdakı 

xətti halda olar: 

U=a



+ a



1

Burada, u- dövlət büdcəsi vəsaitinin həcmi; 



              x- 1)iqtisadiyyatın sahələrində istehsal edilən məhsul, 

                  2)milli gəlir; 

              a

0, 


a

1- 


ilkin məlumatlar əsasında müəyyən edilən reqressiya xətti əmsalı. 

Bu  üsulların  tərtibi  zamanı  proqnozlaşdırılan  dövrdən  asılı  olmayan 

kəmiyyətlərin  qiymətlərinin  tapılması  (milli  gəlir  və  istehsal  olunmuş  məhsul) 



19 

 

problemi  sərbəst  problem  kimi  meydana  çıxır.  Onların  müəyyən  edilməsi  üçün 



qeyd  olunan  ümumi  göstəricilərin  proqnoz  hesablanmasından  istifadə  edilir. 

qtisadi  təhlil  tədqiq  edilən  göstəricilərin  inkişaf  tempinin  öyrənilməsi,  onların 

qarşılıqlı  münasibəti,tədqiq  olunan  hadisələrin  illər  üzrə  orta  illik  tempinin 

hesablanması ilə tamamlanır. Belə təhlil ona görə vacibdir ki, dövlət büdcəsi real 

iqtisadi  vəziyyət  ilə  əlaqədədir  və  təsərrüfatda  baş  verən  hər  bir  dəyişikliyə 

reaksiya  verir,  əhalinin  sosial  müdafiəsi  sahəsində  siyasətlə,  dövlətin  əsas 

xərclərinin maliyyələşdirilməsi üsullarının dəyişilməsi ilə əlaqədardır.  

Büdcə  proqnozlaşdırılmasının  növbəti  mərhələsi-  büdcə  layihəsinin  tərtibi 

prosesidir. Büdcə layihəsinin tərtibinin əsas vəzifəsi dövlət hakimiyyəti orqanı və 

yerli  özünüidarəetmə  orqanları  üzərinə  qoyulmuş  funksiyaların  dövlət  və  yerli 

özünüidarəetmənin  iqtisadi  və  sosial  proqnozlaşdırmasında  nəzərdə  tutulan 

tədbirlərin  maliyyə  təminatının  həyata  keçirilməsi  məqsədilə  büdcədə 

mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir. 

Büdcə  layihəsinin  tərtib  edilməsi  üçün  Azərbaycan  Respublikasının, 

Naxçıvan  Muxtar  Respublikasının,  bələdiyyələrin  və  iqtisadiyyatın  müxtəlif 

sahələrinin  sosial-iqtisadi  inkişaf  proqnozları  işlənib  hazırlanır.  Icra  hakimiyyəti 

orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal maliyyə balansı 

hazırlanır.  

Büdcə  layihəsinin  tərtib  edilməsi  Azərbaycan  Respublikası  hökumətinin, 

Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının, müvafiq 

icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir.  

Büdcə  layihəsinin  tərtib  edilməsini  bilavasitə  Azərbaycan  Respublikası 

Maliyyə  Nazirliyi,  Naxçıvan  Muxtar  Respublikasının  Maliyyə  Nazirliyi  və 

bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər.  

Proqnoz-plan  əsasında  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi 

növbəti  maliyyə  ilinə  dövlət  büdcəsinin  gəlirlər  və  xərclər  üzrə  əsas 

göstəricilərinin  layihələrini  hazırlayır.  Azərbaycan  Respublikası  dövlət  büdcəsi 

xərclərinin  funksional  təsnifatına  uyğun  olaraq  növbəti  maliyyə  ili  üçün  dövlət 




20 

 

büdcəsi  xərclərinin  bölgüsünü  müəyyən  edir.  Eyni  zamanda  Azərbaycan 



Respublikasının  hökuməti  növbəti  maliyyə  ilində  vəzifə  maaşlarının, 

pensiyaların,  müavinətlərin  və  digər  ödənişlərin  minimum  həddinin  artırılması 

haqında təklifləri nəzərə alır. 

Növbəti  maliyyə  ilinə  dövlət  büdcəsi  xərclərinin  bölgüsü  Azərbaycan 

Respublikasının hökuməti tərəfindən qəbul edildiyi gündən sonra iki həftə ərzində 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 

Dövlət  büdcəsi  vəsaitinin  büdcədən  maliyyələşən  təşkilatlar  arasında 

bölüşdürülməsi  üçün  büdcə  layihəsini  mərkəzi  icra  hakimiyyəti  orqanlarına 

göndərir; 

Növbəti  maliyyə  ilinə  və  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilən orta müddətli perspektivə Azərbaycan Respublikası hökumətinin 

Naxçıvan Muxtar Respublikası icra hakimiyyəti orqanına münasibətini bildirir.  

Dövlət büdcəsinin formalaşmasının ikinci mərhələsində mərkəzi icra hakimiyyəti 

orqanları  tərəfindən  büdcə  vəsaitinin  büdcə  təsnifatına  uyğun  olaraq 

bölüşdürülməsi,  həmçinin  büdcə  vəsaitinin  sərəncamçılar  arasında  ünvanlı 

maliyyələşdirilməsi nəzərdə tutulur.  

Dövlət büdcəsinin səmərəli idarə edilməsində gəlirlərin proqnozlaşdırılması 

kimi büdcə xərclərinə nəzarət mühüm əhəmiyyət kəsb edir. 

Məlum olduğu kimi dövlət tərəfindən iqtisadiyyatın birbaşa tənzimlənməsi 

büdcə-vergi siyasəti alətləri vasitəsilə həyata keçirilir.  Bu siyasətin  son  məhsulu 

kimi dövlət büdcəsi və onun xərcləri həmişə sosial iqtisadi maraqların daşıyıcıları 

olan  müxtəlif  təbəqələr  arasında  tarazlığı  əks  etdirir.  qtisadiyyatın  inkiçaf 

səviyyəsindən  və  onun  mövcud  imkanlarından  asılı  olmayaraq  istənilən  ölkədə 

büdcə xərclərinin səmərəli idarəolunması bütün dövrlərdə ən vacib probemlərdən 

biri  hesab  edilir.  Bu  hər  şeydən  əvvəl  ölkənin  sosial  həyatının  və  ayrı-ayrı 

sahələrin  fəaliyyəti  və  inkiçafının  dövlət  tərəfindən  maliyyələşdirilməsi  üçün 

ayrılan  vəsaitlərin  real  tələbata  uyğun  olmaması  ilə  bağlıdır.  Ona  görə  də 

xərclərin  idarəedilməsi  bütövlükdə  dövlətin,  o  cümlədən  dövlət  büdcəsinin 




21 

 

qarşısında  duran  vəzifələrə  uyğun  həyata  keçirilməlidir.  Büdcə  xərcləri  dedikdə 



dövlətin  və  yerli  özünüidarəetmə  orqanlarının  vəzifə  və  funksiyalarının  yerinə 

yetirilməsinə  yönəldilən  pul  vəsaiti  başa  düşülür.  Müasir  şəraitdə  ümumi  xərc 

həcminin 

müəyyən 


edilməsindən 

onların 


bölüşdürülməsi 

və 


maliyyələşdirilməsinədək  bütün  mərhələlərdə  idarəetmə  qərarlarının  qəbul 

edilməsi üçün lazım olan resursların məhudluğu üzündən xərclərin idarəedilməsi 

prosesi daha da mürəkkəbləşmişdir.  

Ümumiyyətlə  xərclərin  idarəedilməsi  prosesi  aşağıdakı  mərhələləri  əhatə 

etməlidir: 

Ə

saslandırılmış  büdcə  siyasətinin  və  onun  ali  məqsədinin,  habelə  onların 



reallaşdırılması üçün lazım olan resursların müəyyən edilməsi; 

Büdcə  siyasətinin  səmərəli  həllini  təmin  etmək  məqsədilə  resursların 

optimal bölüşdürülməsi; 

Konkret məsələlərin daha effektiv üsullarla həllinin təşkil edilməsi. 

Praktikada  bu  məsələlər  büdcənin  tərtibi  və  icrası  prosesində  və  ya  digər 

səviyyədə  nəzərə  alınır.  Eyni  zamanda  xərclərin  idarə  edilməsi  mədaxil  və 

məxaric  üzrə  imkanların  nəzərə  alınması,  dövlətin  malik  olduğu  resursların 

bölüşdürülməsi, onlardan səmərəli istifadə edilməsi, vacib idarəetmə qərarlarının 

qəbul  edilməsini  təmin  edəcək  informasiya  sisteminin  yaradılması  kimi 

məsələlərin həll olunduğu proses kimi də baxmaq olar. 

Azərbaycan  Respublikasında  xəzinədarlıq  sisteminin  yaradıldığı  dövrdən 

ödənişlər  mərhələsində  xərclər  üzərində  nəzarət  əsasən  təmin  edilmişdir.  Lakin 

xərclər  üzərində  daha  səmərəli  nəzarətin  həyata  keçirilməsi  bu  nəzarət 

mexanizminin  öhdəliklər  mərhələsində  yaradılmasını  tələb  edir.  Belə  nəzarət 

mexanizminin tətbiqi büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borclarının 

səmərəli idarə edilməsinə, büdcə təşkilatlarını resurslarla müntəzəm təmin etməyə 

və ən zəruri dövlət ödənişlərini vaxtında həyata keçirməyə imkan verir.  

Öhdəlik—malların  (iş  və  xidmətlərin)  alınması  və  bununla  əlaqədar 

müəyyən  şərtlərin  yerinə  yetirilməsi  ilə  bağlı  büdcə  təşkilatlarının  gələcək 



22 

 

xərclərinin  icrası  ilə  əlaqədar  dövlətin  öz  üzərinə  götürdüyü  təəhhüddür.  Dövlət 



xərcləri  prosesində  öhdəlik  mühüm  mərhələ  hesab  edilərək,  proqnozlaşdırılmış 

xərc  maddələrinə  qarşı  mal  (iş  və  xidmətlərin)  alışı  və  bu  alışlar  əsasında 

aparılacaq kassa xərclərinə qədər götürülür və Xəzinədarlıqda uçota alınır. 

Dövlət büdcəsi xərclərinin tənzimlənməsinin ən vacib istiqamətlərindən biri 

də  onun  sahələr  üzrə,  həmçinin  cari  və  əsaslı  xərclər  üzrə  bölüşdürülməsidir  ki, 

ölkədə  mövcud  olan  makroiqtisadi  sabitlik  daha  çox  bu  xərclərin  nisbətindən 

asılıdır. 

Qeyd  etmək  lazımdır  ki,  bütün  ölkələrdə  büdcə  xərcləri  siyasəti  öz 

mühafizəkarlığı  ilə  seçilir.  Bir  qayda  olaraq  cəmiyyətin  sosial  inkişafı  gəlirlə 

müqayisədə  xərclərin  daha  sürətli  artmasını  tələb  edir  ki,  bu  da  gəlir,  xərc  və 

büdcə kəsirinin daha uzun müddətə planlaşdırılmasına səbəb olur.  

Xərc  siyasətinin  reallaşdırılması  elementlərindən  biri  də  institutsional 

büdcə 

maliyyələşdirilməsinin 



məqsədyönlülüyü 

və 


strukturunun 

qiymətləndirilməsidir. Keçid dövrünü yaşayan bütün MDB ölkələrində tamamilə 

büdcə  vəsaiti  hesabına  fəaliyyət  göstərən  çoxsaylı  büdcə  təşkilatları  şəbəkəsi 

mövcuddur ki, onların bir çoxunun fəaliyyətində məqsəd heç də ictimai məhsul və 

xidmətin yaradılmasına yönəldilməmişdir, başqa sözlə bu qurumların sayı əsassız 

olaraq  şişirdilmişdir.  Ona  görə  də  maliyyələşmələrin  və  dövlət  vəsaitlərindən 

istifadənin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üçün büdcə 

təşkilatlarının inventarizasiyası aparılmalı, dövlət funksiyalarının səmərəli icrasını 

təmin  edəcək  sistemə  nail  olmaq  məqsədilə  büdcə  təşkilatlarının  sayı  optimal 

səviyyəyə endirilməlidir.  

Bundan  başqa  xərclərin  xarakterinə  uyğun  olaraq  mərkəzi  hökumətin 

funksiyalarına xas olmayan bir çox səmərəsiz xərclərdən təmizləməklə və onların 

bələdiyyə səviyyəsinə endirilməsinə nail olmaqla dövlət büdcəsinin makroiqtisadi 

göstəricilərə  təsir  səviyyəsini  daha  da  artırmaq  mümkündür.  Bu  zaman  dövlətin 

iqtisadi  siyasətinin  həyata  keçirilməsi  ilə  bağlı  xərlərin  strukturu  və 

məqsədyönlülüyü xüsusi əhəmiyyət kəsb edir. Real sektorun inkişafı üçün dövlət 




23 

 

vəsaitlərinin  ayrılması  dövlət  sektorunun  həcmindən  asılı  olaraq  kəskin  surətdə 



dəyişir. Məsələn, Qərbi Avropa ölkələrində bu sektorun xüsusi çəkisi çox olduğu 

üçün  dövlət  büdcəsi  xərclərinin  çox  hissəsi  subsidiya  şəklində  milliləşdirilmiş 

müəssisələrin  saxlanmasına  və  inkişafına  yönəldilirdi,  birbaşa  investisiya 

qoyuluşları  isə  ümumi  investisiyanın  10-20%-ni  təşkil  edirdi.  Son  zamanlar 

milliləşdirilmiş  müəssisələrin  özəlləşdirilməsi  təsərrüfatlara  kapital  qoyuluşunu 

və dövlət müəssisələrinə verilən subsidiyaların həcmini kəskin surətdə azaltmağa 

imkan vermişdir.  

Qeyd  etmək  lazımdır  ki,  təsərrüfat  məqsədləri  üçün  ayrılan  xərclərin 

içərisində aqrar sektor daha çox seçilir. Heç bir dövlət fermerlərin və kəndlilərin 

müflisləşməsində  maraqlı  deyildir.  Şəraitdən  asılı  olaraq  bəzi  hallarda  dövlət 

himayədarlıq  funksiyasını  yerinə  yetirməkdən  uzaqlaşaraq  daxili  bazara  külli 

miqdarda xarici kənd təsərrüfatı məhsullarının idxal olunmasına imkan verməsinə 

baxmayaraq,  adətən  hökumət  öz  ölkəsində  orta  və  iri  fermer  təsərrüfatlarının 

formalaşmasında daha çox maraqlı olur.  

Daxili  dövlət  borcuna  xidmət  xərcləri,  kənd  təsərrüfatı  tədbirlərinin 

maliyyləşdirilməsinə çəkilən xərclər, dövlət və özəl müəssisələrə ayrılan kredit və 

subsidiyalar,  infrastruktura  obyektlərinin  yaradılması  və  təkmilləşdirilməsi 

xərcləri  büdcə  tənzimlənməsinin  dəyişən  məqsədinə  xidmət  edir.  Bu  xərclərin 

həcmi investisiya qoyuluşunun səviyyəsinə çox ciddi təsir göstərir. Adətən böhran 

və  tənəzzül dövrlərində  təsərrüfat  məqsədinə dövlət  xərclərinin  həcmi  bir  qayda 

olaraq artır, iqtisadiyyatda dirçəliş meylləri gücləndikcə əksinə azalır.  

xracın  kreditləşməsinə,  onların  siğortalanmasına  çəkilən  büdcə  xərcləri 

ixracı  stimullaşdırır  və  uzunmüddətli  dövrdə  tədiyyə  balansını  yaxşılaşdırır, 

iqtisadiyyat  üçün  yeni  xarici  bazarların  əldə  olunmasına  imkan  verir,  milli 

valyutanın  möhkəmlənməsinə  kömək  edir,  xaricdən  daxili  bazara  yalnız  zəruri 

malların gətirilməsini təmin edir. Bunlar dövlət büdcəsi xərclərinin xarici iqtisadi 

yönümünü müəyyən edir.  



24 

 

Dövlət  xərclərinin  səmərəli  idarəedilməsi  və  onun  keyfiyyətcə  yeni 



səviyyəyə  yüksəldilməsi  büdcə  vəsaitlərindən  istifadənin  effektivliyinin 

artırılmasını,  sosialyönümlü  xərclərin  keyfiyyətinin  yüksəldilməsini  büdcə 

subsidiyaları  və  dotasiyalarının  optimallaşdırılmasını  nəzərdə  tutur.  əsas  məsələ 

dövlətin  büdcə  siyasətinin  reallaşdırılmasına  imkan  verən  dövlət  borcu  və  faiz 

ödənişlərindən başqa digər büdcə xərclərinin xüsusi çəkisinin artırılmasıdır. 

Büdcə xərclərinin  optimallaşdırılması  üzrə  görülən  tədbirlərin səmərəliliyi 

son  nəticə  kimi  vəsaitlərdən  məqsədyönlü  istifadənin  səviyyəsi  ilə,  başqa  sözlə 

xərc  edilən  dövlət  vəsaitinin  hər  bir  vahidinin  istifadə  effektivliyi  ilə  müəyyən 

olunur  ki,  bu  da  dövlətin  malik  olduğu  məhdud  resursların  ilk  növbədə  strateji 

məqsəd və vəzifələrin yerinə yetirilməsini şərtləndirir. 

 

 

 



 


25 

 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin