Microsoft Word Dissertasiya Gunay Rustamova docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix02.01.2022
ölçüsü0,55 Mb.
#1171
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
 

 


15 

 

 



1.2 Dövlət büdcəsinin idarə olunmasının ənənəvi metodları 

 

Azərbaycan Respublikasında büdcə ili, büdcə icrası prosesi yanvarın 1-dən 



dekabrın  31-dək  olan  12  aylıq  dövrdür.  Büdcə  prosesinin  uzunluğu  (müddəti) 

büdcə  ilindən  çoxdur,  belə  ki,  büdcə  prosesinə  büdcə  proqnozlaşdırılmasına, 

sonradan, büdcə nəzarətinə və digər proseslərə ayrılan vaxt daxildir. 

Büdcənin idarə edilməsinin də ənənəvi metodları məhz proqnozlaşdırma və 

nəzarətdən ibarət olub büdcənin icrası prosesi ilə sıx bağlılıq təşkil edir. 

Dövlət  büdcəsi  gəlirlərinin  proqnozlaşdırılması  büdcə  prosesinin  mühüm 

tərkib  hissələrindən  biri  olmaqla,  büdcə-vergi  siyasətinin  formalaşdırılması  və 

qiymətləndirilməsində  mühüm  rol  oynayır.  Dövlət  büdcəsi  gəlirlərinin 

proqnozları  iqtisadi  və  sosial  inkişafın  makroiqtisadi  proqnozları,  iqtisadiyyatın 

ayrı-ayrı  sahələrinin  iqtisadi  göstəricilərinin  qiymətləndirilməsinə  əsaslanmaqla, 

səmərəli orta müddətli proqnozlaşmanın əsasını təşkil edir. Rəsmi və şəffaf tərzdə 

proqnozlaşma proseslərinin olması gəlirlərin toplanması prosesi və inzibatçılıqda 

hesabatlılığın  yaradılması  baxımından  əsasdır.  Dövlət  büdcəsi  gəlirlərinin 

proqnozlarının  arzuolunan  xüsusiyyətlərinə  şəffaflıq,  rəsmilik  və  təşkilati 

baxımdan  sadəlik  aiddir.  Çox  az  sayda  ölkələr  büdcə  prosesinin  tərkib  hissəsi 

kimi proqnozlaşdırma prosesini təsvir edən rəsmi qaydada təlimatlara malikdirlər. 

  Bu  metodologiyada  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  büdcə  gəlirlərinin 

proqnozlaşdırılmasında  istifadə  etdiyi  metodlar  göstərilməklə  yanaşı,  Maliyyə 

Nazirliyinin  dövlət  büdcəsinin  gəlirlərini  təmin  edən  orqanlar  ilə  daxilolmaların 

təhlili,  hesablanmış  gəlirlərin  yığımı  və  vergi  siyasəti  dəyişikliklərində 

səmərəliliyin qiymətləndirilməsi təsvir olunur. Vergi daxilolmalarının real artımı, 

inflyasiya,  vergi  siyasəti  tədbirləri  və  vergi  yığımları  kimi  müxtəlif  mənbələrə 

görə məlumatların əldə olunması Maliyyə Nazirliyinə vergi sistemi fəaliyyətinin 

qiymətləndirilməsi  imkanını  verir.  Nəhayət,  xam  neftin  qiymətlərində  olan 

dəyişikliklərə  olan  həssaslığın  əsas  vergilərə  təsirinin  hesablanmasında  istifadə 



16 

 

olunan model təsvir olunur. Ölkə iqtisadiyyatı dünyada xam neftin qiymətlərinin 



dəyişməsinə  son  dərəcə  həssas  olduğundan  xam  neftin  qiymətlərində  olan 

dəyişiklik  korporativ  və  istehlaka  əsaslanan  vergilərə  əhəmiyyətli  dərəcədə  təsir 

göstərir. 

  Müxtəlif ölkələrdə gəlirlərin proqnozlaşdırması və hesablama modellərinin bir 

çox  növləri  vardır.  Gəlirlərin  proqnozlaşdırılması  maliyyə  resurslarının  gələcək 

axınının hesablamalarını yaratmaq üçün analitik üsulların istifadəsinə istinad edir. 

Gəlirlərin proqnozlaşdırmasına müvafiq tarixi məlumatların toplanması, əsas gəlir 

mənbələri  üzrə  ehtimalların  dəqiqləşdirilməsi  və  onların  yığımlarının  təhlil 

edilməsi  daxildir.  Bu  modellərin  əsasını  sosial-iqtisadi  dəyişənlərdən,  vergi 

bazaları  və  yığımlar  barədə  məlumatlardan  ibarət  məlumat  bazası  təşkil  edir. 

Vergi  bazalarını  hesablamaq  və  proqnozlaşdırmaq  məqsədilə  müxtəlif 

mənbələrdən  sosial-iqtisadi  məlumatların  toplanması,  emalı  və  təhlil  edilməsi 

vacibdir.  Vergi  bazası  kimi  istifadə  olunan  məlumat  mənbələrinə  hesabat  və 

statistik məlumatlar daxildir. Vergi bəyannamələri üzrə olan məlumatlar da vergi 

ödəyicilərinin  vergi  davranışı  barədə    məlumatları  təmin  edir.  Lakin,  bu 

mənbədən əldə olunan məlumatlar vergilərin hesablanması məqsədləri üçün tam 

istifadə olunmur. 

 

lk növbədə, gəlirlərin proqnozlaşdırılması prosesinə rəsmiləşdirilmiş və daima 



informasiya  bazasının  yeniləşdirilməsi  mümkün  olan  model  daxil  olmalıdır. 

kincisi,  xüsusilə  proqnozlaşdırma  modeli  sadə  olmalıdır.  Üçüncüsü, 

proqnozlaşdırma prosesi şəffaf olmalıdır.  

  Alternativ  modellər  və  metodologiyalar  müxtəlif  ölkələrdə  maliyyə  orqanları 

tərəfindən  vergi  gəlirlərinin  hesablanması  və  proqnozlaşdırılmasında  tətbiq 

olunur. Məlumatların mövcudluğu və onların təhlilinin təcrübəsindən asılı olaraq 

gəlirlərin proqnozlaşdırılması üçün bir sıra modellər tətbiq edilə bilər. Gəlirlərin 

proqnozlaşdırılmasında  ekonometrik  proqnozlaşdırma,  reqressiya  təhlili,  vaxt 

silsiləsi təhlili və təmayül təhlili kimi statistik üsullardan istifadə etməklə gələcək  

mədaxil  yığımlarını  qiymətləndirmək  mümkündür.  Vaxt  silsiləli  gəlirlərin 




17 

 

proqnozlaşdırılması modeli sadəcə modelləşdirilən vergi daxilolmaları üçün tarixi 



məlumatların  olmasını  tələb  edir.  Digər  tərəfdən,  mikrosimulyasiya  modelində 

fiziki şəxslərin gəlir vergisi və ya hüquqi şəxslərin mənfəət vergisi müəyyən qrup 

mülkiyyət  növlərinə  dair  məlumatların  olmasını  tələb  edir.  Bu  modelin  əsas 

məqsədi  dövlət  büdcəsi  gəlirlərinin  proqnozlaşdırılması  üçün  bütün  mövcud 

modellərə  geniş  surətdə  baxılmasını  tələb  edir.  Təcrübədə  geniş  istifadə  olunan 

modellərdən qısaca aşağıdakıları qeyd etmək olar: 

a)

  Ekonometrik  modellər:  (vaxt  silsiləsi  və  struktur  modellərlə  birlikdə  gəlirlərin 



proqnozlaşdırılması); 

b)

  Hesablama; 



c)

  Mikrosimulyasiya modelləri; 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin