1. Büdcə sisteminin vahidliyi onu ifadə edir ki, bütün büdcə həlqələri
Azərbaycan Respublikasının vahid büdcə sistemində birləşdirməklə onların
gəlirləri və xərcləri vahid büdcə təsnifatı əsasında qurulur. Həm də gəlirlərin və
xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi Respublikanın ali
qanunvericiliyinə əsaslanır. Bütün büdcələr gəlirlər və xərclər haqqında
məlumatları, büdcələrin tərtibi və icrasını büdcə təsnifatı üzrə aparırlar.
2. Büdcələrin müstəqillik prinsipi onda ifadə olunur ki, Azərbaycan
Respublikasının Ali qanunvericiliyi (Milli Məclis) əsasında hər bir büdcə
həlqəsinin müstəqil gəlir mənbəyi təyin edilir və büdcə vəsaitinin xərclənməsində
müstəqil olmaqla onların hüquqları qanunla tənzimlənir. Büdcələrin müstəqil
fəaliyyət göstərməsi bütün dövlət hakimiyyəti və idarə orqanlarının hüquq və
səlahiyyətlərinə müvafiq olaraq zəruri gəlir mənbələri və buna müvafiq xərclərlə
təmin edilirlər. Azərbaycan Respublikasının Ali qanunvericiliyi (Milli Məclis)
tərəfindən hər maliyyə iliüçün Respublikanın Dövlət büdcəsi müzakirə edilib
təsdiq olunarkən Respublika dövlət büdcəsinin və eləcə də Naxçıvan Muxtar
Respublikasının büdcəsi və yerli büdcələr üçün tənzimləyici gəlirlər də təyin
edilir. Bununla yanaşı Naxçıvan MR və yerli hakimiyyət orqanları öz büdcələrini
tərtib və təsdiq edərkən öz gəlir mənbələrini artırmaqda və ondan istifadə etməkdə
qanun dairəsində tam müstəqiliyə malikdirlər. Həm də Respublikanın Ali
Qanunvericiliyi ilə yerli orqanları verilmiş səlahiyyət dairəsində onlar əlavə gəlir
mənbələri aşkar edə və buna müvafiq xərcləri maliyyələşdirə bilərlər. Büdcə
haqqında qanun icra edilərkən əlavə əldə edilmiş gəlirlər, habelə gəlirlərin
11
xərclərdən artıq olan məbləği və büdcə xərclərinə edilmiş qənaət məbləği yuxarı
büdcələrə alına bilməz.
3. Gəlirlərin və xərclərin büdcələr arasında bölüşdürülməsi prinsipi onu
nəzərdə tutur ki, hər bir dövlət hakimiyyət və dövlət idarəsi orqanları üçün
müəyyən gəlir mənbələri təyin edilir və xərcləri maliyyələşdirmək səlahiyyəti
verilir.
4. Büdcələrin gəlirləri və xərclərinin, dövlət büdcədənkənar fondunun tam
ə
Dostları ilə paylaş: |