FƏS L
1.
DÖVLƏT
BÜDCƏS N N
DARƏ
OLUNMASINDA
XƏZ NƏDARLIĞIN NƏZƏR VƏ METODOLOJ ƏSASLARI
1.1 Dövlət büdcəsinin nəzəri əsasları
Digər subyektlər kimi dövlət də bu və ya digər məqsədləri həyata keçirmək
üçün öz büdcəsindən istifadə edir. Dövlət büdcəsini əmələ gətirən amillər
çoxşaxəli olduğundan büdcə anlayışı da müxtəlif ədəbiyyatlarda fərqli izah
olunur. Bir qisim mütəxəssislər tərəfindən dövlət büdcəsinə dövlət gəlirlərinin
toplumu forması kimi, yəni dövlətin xəzinəsi baxımından yanaşılır. Digər qisim
isə dövlət büdcəsi dedikdə, höküməti müxtəlif ehtiyaclarını ödəmək üçün bir
vasitə kimi nəzərdə tuturlar. “Dövlət büdcəsi haqqında” Azərbaycan
Respublikasının qanununda verilən tərif isə aşağıdakı kimidir:
“Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və
özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və
funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə
olunması üçün əsas maliyyə sənədidir.”
“Dövlət büdcəsi” anlayışının mahiyyətinə gəldikdə isə burada da fərqli
yanaşmalar mövcüddur. Bir qrup mənbələrdə dövlət büdcəsi vəsaitlərin vaxtli-
vaxtında və tam həcmdə toplanmasl kimi, digərlərində isəyalnız dövlət büdcə
xərclərinin qarşılanması kimi izah olunur. Qədim və müasir iqtisadi
ə
dəbiyyatlarda dövlət büdcəsinin metodları və prinsipləri, eyni zamanda burada
səmərililik meyarlarının izahı sübut edir ki, “dövlət büdcəsi”anlayışı daha geniş
mənanı ifadə edir. Yəni, bura dövlət büdcə münasibətlərinin bütün mərhələləri
daxildir. Beleliklə, sözügedən anlayışa aşağıdakı kimi tərif verə bilərik:
“Dövlət
büdcəsi
–
uyğun
büdcə
mənbələrinin
tapılması,
toplanmışvəsaitlərin səmərəli istifadə olunması, büdcə kəsirinin ödənilməsi
məqsədilə pul fondlarının və ya vəsaitlərinin səfərbər edilməsindən ibarət
tədbirlər kompleksidir.”
7
Dövlət büdcəsinin nəzəri əsaslarının tədqiqində klassik və müasir məktəblərin
baxışları kifayət qədər fərqlənir. Bu məktəblərin dövlətin büdcə siyasətinə, o
cümlədən ölkə iqtisadiyyatına büdcə xərcləmələrinin səmərəliliyinə münasibəti
fərqlidir.
Büdcə haqqında klassik iqtisadi nəzəriyyənin banilərindən biri A.Smitin
“Xalqların sərvətlərinin təbiəti və onların səbəbləri haqqında tədqiqat” adlı
ə
sərində yer alır. Bununla müəllif hələ o dövr üçün də aktuallıq daşıyan, hətta,
müasir dövrdə hər bir dövlətin maliyyə siyasətinin ayrılmaz hissəsi olan dövlət
büdcəsi haqqında klassik baxışın əsasını qoymuşdur.
Müxtəlif dövrlərdə dövlət büdcəsinə və büdcə sisteminə fərqli baxışlar olsa
da, hər bir dövlətin konkret tarixi şəraitindən asılı olaraq, mövcüd şəraitdə
optimal olan funksiyaları yerinə yetirən, yəni dövləti maliyyə vəsaiti ilə təmin
etmək üçün formalaşmış dövlət büdcəsi olmalıdır. Dövlət özünün iqtisadi, sosial
və siyasi vəzifələrini, funksiyalarını yerinə yetirmək üçün mərkəzləşdirilmiş pul
vəsaiti fonduna malik olmalıdır. ctimai – iqtisadi formasiyalar hətta dəyişiləndə
belə dövlətin mühüm elementləri olan vergilər, istiqrazlar və dövlətə xas olan
xərclər kimi kateqoriyalar obyektiv surətdə zəruri olur. Məhz bu cəhətlər dövlət
büdcəsinin obyektiv bir iqtisadi kateqoriya kimi zəruri olmasını şərtləndirir.
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas olan büdcə sistemi
təşəkkül tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə,
onun dövlət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı
ə
laqələr büdcə quruluşu adlanır.
Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələrin məcmusu
dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növlərinin
məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları dövlətin
Konstitusiyasında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə
sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər də ölkənin
iqtisadi, siyasi və sosial əsasların üzərində qurulmuşdur.
8
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin
məcmusunu özündə birləşdirdiyinə görə onlar arasında qarşılıqlı münasibətlər
qanunvericiliklə tənzimlənir. Büdcə sisteminin xarakteri ölkənin ictimai-iqtisadi
və siyasi quruluşu ilə müəyyən olunur. Büdcə sisteminin təşkilati quruluşu və
onların qarşılıqlı əlaqələri dövlətin iqtisadi və siyasi təşkili əsasında müəyyən
olunur.
nkişaf etmiş ölkələrlə (unitar dövlətlərdə) məsələn, Böyük Britaniyada,
Fransa və s. kimi ölkələrdə büdcə sistemi dövlətin mərkəzi büdcəsindən və yerli
özünüidarə orqanlarının, yerli bələdiyyələrin büdcələrindən ibarətdir. Federal
dövlətlərin büdcə sistemi üç halqadan, yəni mərkəzi federal büdcədən,
federasiyaya daxil olan subyektlərin büdcələrindən və yerli orqanların
büdcələrindən ibarətdir. Məsələn, ABŞ-da, Rusiyada, Almaniya Federativ
Respublikasında və s. büdcə sistemi üç həlqədən ibarətdir. ABŞ-da federal büdcə,
ş
tatların büdcələri, Rusiyada respublikaların, vilayətlərin büdcələri və mərkəzi
federasiyasının büdcəsindən ibarətdir.
Azərbaycan Respublikasının büdcə sistemi mərkəzi büdcədən, yəni
respublika büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli
hakimiyyət orqanlarının, o cümlədən, bələdiyyələrin büdcələrindən ibarətdir.
Bütün büdcə növləri arasında qarşılıqlı maliyyə münasibətləri Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən olunmuşdur. Bununla yanaşı
Azərbaycanın büdcə sistemi «Dövlət büdcəsi haqqında» Azərbaycan
Respublikasının qanunu ilə tənzimlənir.
|