Dissertasiya işinin informasiya bazasını ASK-nin və Maliyyə Nazirliyinin
statistik məlumatları təşkil edir.
Metodoloji informasiya və metodoloji baza qismində isə müxtəlif təşkilatların
(Beynəlxalq valyuta fondu, Dünya Bakı və s. ) məlumatları, dövrü qəzet və jurnal
buraxılışlarının materialları, internet şəbəkəsi resursları, eləcə də AR Mərkəzi
Bankının, Maliyyə Nazirliyinin və qtisadi inkişaf Nazirliyinin statistik
materialları çıxış etmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti. Dissertasiya işində alınan nəticə və təkliflər
Dövlət Büdcəsinin idarə edilməsində Xəzinədarlıq Agentliyinin təcrübəsinin və
mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün dövlət hakimiyyəti orqanları
tərəfindən istifadə edilə bilər.
Dissertasiyanın strukturu. Dissertasiyanın hazırlanması üçün qarşıya
qoyulmuş məqsədlər onun məntiqini və strukturunu müəyyən etmişdir. O
girişdən, üç fəsildən,nəticə və təkliflərdən, ədəbiyyat siyahısından ibarətdir.
Elmi yenilik: Dövlət kreditinin və büdcə kəsrinin istifadə və idarə olunmasının
səmərəliliyinin artırılması məqsədilə xəzinədarlıq sistemində nəzarət sisteminin
yaradılması.
|